Formal və qeyri – formal təşkilatlar da mövcuddur. Formal təşkilatlar - rəhbərlik (və ya dövlət) tərəfindən yaradılan, qeydiyyatdan keçən, möhürü, blankı və bankda hesablaşma-hesabı olan hüquqi şəxslərdir.
Qeyri-formal təşkilatlar – əsasən formal təşkilatların tərkibində dövri yaranan və hər hansı bir problemin aradan qaldırılması məqsədlərinə xidmət edən, adətən müvəqqəti xarakter daşıyan qruplar və ya təşkilatlardır.
Dövlət müəssisəsi nədir?
Dövlət mülkiyyətinə əsaslanan müəssisələri dövlət müəssisəsi adlandıra bilərik. Dövlət müəssisəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət əmlakını idarə etməyə vəkil edilən dövlət orqanları tərəfindən yaradılır. Dövlət müəssisəsinin əmlakı Azərbaycan Respublikasının dövlət mülkiyyətidir. Dövlət müəssisəsində mülkiyyətçinin əmlakdan istifadəsi, sərəncam vermək səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmİşqaydada həyata keçirilir. Dövlət müəssisəsi öz öhdəliklərinə görə qanunvericiliklə müəyyən edilmİşqaydada müəssisənin əmlakı ilə məsuliyyət daşıyır. Dövlət müəssisəsinin öhdəliklərinə görə dövlət məsuliyyət daşımır. Müəssisə dövlətin öhdəliklərinə görə məsuliyyət daşıyır.
Dövlət müəssisəsinə əsaslanan aşağıdakı növ müəssisələr fəaliyyət göstərirlər: -əmlakı tamamilə dövlət mülkiyyətində olan müəssisə;
-səhmlərin nəzarət paketi dövlət orqanlarına məxsus olan müəssisə;
Ayrı-ayrı sahələr üzrə dövlət müəssisələri Dövlət müəssisələrinə misal olaraq İcra Hakimiyyəti orqanlarını, Nazirlikləri, Departamentləri, Komitələri, Məhkəmələri, Dövlət Agentliklərini misal göstərmək olar. Şirkətlərə misal olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətini (SOCAR), Dövlət Aqrar Ticarət Şirkətini, Xidmətlərə ASAN xidmət, AR Dövlət Miqrasiya Xidmətini, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətini misal çəkmək olar. Hökümət portalından digər Dövlət qurumlarının siyahısı və rəsmi internet resursları ilə yaxından tanış ola bilərsiniz (www.gov.az).
Dövlət müəssisələrinin idarə olunması D övlət müəssisəsinin idarə olunması “Müəssisələr haqqında Azərbaycan Respublikasının Qanunu”na, müəssisələrin ayrı-ayrı təşkilati-hüquqi formalarına dair Azərbaycan Respublikasının digər qanunlarına, habelə müəssisənin nizamnaməsinə uyğun şəkildə həyata keçirilir. Dövlət müəssisələrin idarə olunması təşkilati strukturla nizamlanır. Müəssisə idarəetmə orqanlarının strukturunu, ştat vahidlərini və onların saxlanılması xərclərini müstəqil müəyyən edir. Qrafik şəkildə baxsaq, idarəetmə sistemi bizə daha aydın olacaq. Qrafik şəkildə bir neçə dövlət müəssisəsinin təşkilati strukturu ilə tanİşolaq. Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-ə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan Sədr rəhbərlik edir. Onun təşkilati strukturu aşağıdakı kimidir: Qrafik 1.1. Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin təşkilatı strukturu