Mövzu 10 Dövlət və özəl müəssisələrinin fərqi və onların əsas xüsusiyyətləri Plan


Son dövrlərdə aparılan araşdırmalara əsasən dövlət müəssisəsinin üç əsas xüsusiyyəti ayırd edilir



Yüklə 70,74 Kb.
səhifə4/5
tarix16.12.2023
ölçüsü70,74 Kb.
#183514
növüQaydalar
1   2   3   4   5
Mövzu 10

Son dövrlərdə aparılan araşdırmalara əsasən dövlət müəssisəsinin üç əsas xüsusiyyəti ayırd edilir:
1. Dövlət müəssisələri hüquqi şəxslər və ya onların nəzarəti altında idarə olunması;
2. Ümumi və kollektiv ehtiyacların qarşılanması və sosial xidməti təmin etmək məqsədi güdərək, hərkəsə açıq olması;
3. Davamlı və müntəzəm fəaliyyət göstərməsi.
Bu xüsusiyyətlərə nəzər yetirikdə dövlət müəssisəsinin xidmət məqsədilə fəaliyyət göstərdiyi aydın görünür. Burada mənfəət qazanmaq kimi qavramlar əsas götürülmür. Dövlət müəssisənini idarə edən şəxslər də dövlətin təklif etdiyi xidmətləri davamlı və müntəzəm yerinə yetirən səlahiyyətli insanlardır.
Dövlət müəssisəsi idarəçilərinə xas olan əsas xüsusiyyətlər aşağıda qeyd edilmişdir:
 İdarəçi gücünü qanunlardan, digər qanunverici sənədlərdən və ya üst rəhbərindən alır;
 Dövlət idarəçisinin əsas vəzifəsi dövlət xidmətinin həyata keçirilməsidir və millətin mənfəəti hərşeydən öncə gəlməlidir;
 İdarəçi planlanmİşfəaliyyətini effektli şəkildə idarə edən və onu nizamlayan şəxsdir;
 Dövlət idarəçisinin mülkiyyət haqqı olmadığından, mənfəət və ya zərəri birbaşa dövlətə aid olacağından risk alma istəyi olduqca aşağıdır. Bu baxımdan dövlət müəssisələrində əsas idarəetmə verilən göstərişlərə əsasən həyata keçirilir.
 Dövlət müəssisəsi idarəçisi üçün uğur və ya uğursuzluq şəxsinə yox, dövlətə aiddir. Özəl müəssisə dedikdə isə müstəqil təşəbbüskarlıq əsas alınır. Yəni hər şəraitdə sərmayə tədarük etmək, bu sərmayəni öz istəklərinə uyğun şəkildə idarə etmək nəzərdə tutulur. Təbii ki, sahibkar hər təşəbbüsündə müstəqil deyil, fəaliyyətini nizamlayan qanunlara riayət etməyə məcburdur. Lakin özəl müəssisə idarəetmədə, maddi işlərində, istehsalda və nəzarətdə müstəqildir. Özəl müəssisəni idarə edən şəxslər müəssisənin rəhbərliyi tərəfindən seçilərək işə qəbul edilir. Ya da müəssisənin rəhbəri eyni zamanda həm də onu idarə edir. Özəl müəssisədə əsas şərt işlərin təkcə edilmiş olması deyil, həm də işlərin uğurlu olmasıdır. Özəl müəssisə idarəçilərinin də müvəfəqiyyət kriteriyaları bəlli olur. Müəssisənin sahibi və ya tərəfdaşlarının istəklərinin yerinə yetirilməsi müəssisənin idarə edən üçün əsas amillərdəndir.

Yüklə 70,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin