Mövzu 10 Dövlət və özəl müəssisələrinin fərqi və onların əsas xüsusiyyətləri Plan


Qrafik 1.2. Azərbaycan Sənaye Korporasiyasının təşkilati strukturu



Yüklə 70,74 Kb.
səhifə3/5
tarix16.12.2023
ölçüsü70,74 Kb.
#183514
növüQaydalar
1   2   3   4   5
Mövzu 10

Qrafik 1.2. Azərbaycan Sənaye Korporasiyasının təşkilati strukturu

Dövlət müəssisələrində işə qəbul və dövlət qulluğunda yardımçı vəzifələrin tutulması


Dövlət müəssisələrində vakant İşyeri olduqda işə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsi və başqa müvafiq normativ hüquqi aktlar əsasında aparılır. İddiaçı baxılmaq üçün aşağıda göstərilən sənədləri müvafiq müəssisənin rəhbərliyinə təqdim etməlidir. Sənədlər toplanandan sonra iddiaçı həmin müəssisənin rəhbərliyi ilə söhbətdən müvəffəqiyyətlə keçdikdə həmin şəxslə müqavilə bağlanır. Anket, Tərcümeyi-hal, Diplomun surəti (əgər varsa başqa sertifikatların sürəti), Əmək kitabçasının sürəti, rəngli foto şəkil 2 ədəd (4x6), hərbi biletin surəti, şəxsiyyət vəsiqəsinin surəti tələb olunur. Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına da malikdirlər. Dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının vətəndaşları sırasından təyin edilirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qanunla müəyyənləşdirilmİş qaydada qəbul edilə bilərlər. Dövlət qulluğunda inzibati vəzifələr də həmçinin müsabiqə və müsahibə yolu ilə işə qəbulu həyata keçirir. Yardımçı vəzifələrə isə işə qəbul (burada işləmək üçün tam orta təhsil mütləqdir) vakansiya üzrə həyata keçirilir. Dövlət orqanlarında yardımçı vəzifələrə - kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və s. vəzifələr üzrə dövlət qulluğuna qəbul edilmək üçün müsabiqə keçirilmir. Belə ki, yardımçı vəzifələrin işə qəbulu adi qaydada həyata keçirirlir.
Dövlət müəssisələrində etik davranış qaydaları
Hər bir müəssisə öz işinin səmərəlilik və şəffaflığını artırmaq, gözlənilən davranış qaydalarına əməl etmək, etik kodeskin əsaslarına əməl etmək məqsədilə Etik Davranış Kodeksi qəbul edir. Hər bir dövlət müəssisəsinin qanuna uyğun şəkildə hazırlayıb, əməl edəcəyi Etik Davranış Qaydaları mövcüddür. Bir sıra dövlət müəssisəsinin etik kodeksi ilə onların rəsmi internet səhifəsində tanış ola bilərsiniz. Ümumilikdə götürsək, etik davranışqaydaları aşağıdakı müddəaları əsas götürür:
-Vicdanlı Davranış;
-Peşəkarlıq və fərdi məsuliyyətin artırılması;
-Sədaqət;
-İctimai etimad;
-İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət;
-Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət;
-Mədəni davranış;
-Əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsi;
-Qərəzsizlik;
-Korrupsiyanın qarşısının alınması və s.

Özəl müəssisə nədir?


Mənfəət əldə etmək və insanlara xidmət etmək məqsədilə istehsal edən və satan quruma müəssisə dedik. Özəl müəssisə dedikdə, fərdlər, ortaqlar tərəfindən təşkil olunan müəssisələri nəzərdə tuta bilərik. Müəssisənin təşkilati-hüquqi formalarına üzrə bolgüsünə görə: Fərdi müəssisə - bir şəxsə aid olub və onun tərəfindən idarə olunan müəssisədir. Fərdi sahibkar müəssisənin öhdəliklərinə görə özünün bütün əmlakı ilə cavabdehlik daşıyır. Bu cür müəssisələrin üstünlüyü asan idarə olunmasındadır. Çatışmayan cəhəti müəssisəyə əlavə kapitalın cəlb edilməsi imkanlarının az olmasıdır. Fərdi müəssisə vətəndaşın ya da ailə üzvlərinin başqa mülkiyyətçilərə məxsus olan müəssisələrin satın alınması yolu ilə də yaradıla bilər. Bu növ müəssisənin mülkiyyətçisi müəssisənin öhdəliklərinin yerinə yetirilməsinə görə öz əmlakı ilə Azərbaycan Respblikasının qanunvericiliyində nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Şərikli (ortaqlıq) müəssisə - ən azı iki fiziki və ya hüquqi şəxs tərəfindən müqavilə əsasında təsis edilir. Fərdi müəssisələrdən bir fərqi vardır ki, o da müəssisənin ortağının olmasıdır. Müəssisənin şərikləri onun öhdəliklərinin yerinə yetirilməsinə görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Ortaqlıq müəssisələrinin iki forması ola bilər: tam ortaqlıq və komandit ortaqlıq. Tam ortaqlı müəssisə - ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onun iştirakçıları (tam ortaqları) nizamnaməyə müvafiq sürətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. Komandit ortaqlıq müəssisə- elə bir ortaqlıqdır ki, ortaqlığın adından sahibkarlıq fəaliyyətini həyata keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan iştirakçıları (tam ortaqlar) ilə yanaşı ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləği həddində risk daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməyən bir və ya bir neçə iştirakçı – maya qoyanı (kommandıtçı) vardır.
Ayrı-ayrı sahələr üzrə özəl müəssisələrin təsnifi
Fəaliyyət sahəsinə görə müəssisələrin dörd əsas formasını ayırd edə bilərik:
Xidmət müəssisələri (mühasibat, hüquq, tibbi və s.)
Ticarət müəssisələri (Wal-Mart, Safeway, The Gap)
Istehsal müəssisələri (General Motors, 3M, Reynolds Metals və s)
Maliyyə müəssisələri (Amerikan Express, Citicorp və s)
Bəzi müəssisələr özündə daha çox funksiyaları daşıyan biznes qura bilərlər. Hazırda Azərbaycan bazarında çoxlu sayda və hər bir sahəni əhatə edəcək şəkildə müəssisələr mövcuddur. Ölkədə fəaliyyət göstərən özəl müəssisələrin (kiçik, orta, böyük) siyahısı ilə internet saytlarından tanış olmaq mümkündür. Əsasən, Şirkətlər qrupu, Neft & Qaz sektoru (BP, Exxon Mobile, Delta, Lukoyl), Qeyri-neft sektoru (Fab boya, Pal Süd, Bakı Tikİşevi, Caspian Fish), Turizm (Fairmont Baku, Bulvar Hotel, Qafqaz Riverside vəs.), Tikinti (AZ İnşaat, ANT Group və s.), Ticarət (Sabah Group, Veyseloğlu, Kontakt Home və s.), İctimai İaşə (KFC, MCDonalds, Mado Azərbaycan və s.), Nəqliyyat (AZAL, Bakubus, vəs ), Tərcümə (Şəms Tərcümə), Pərakəndəçilik şirkətləri (Bazarstore, Favorit və s), Telekommunikasiya (Azercell, Bakcell, Azeurotell və s), İnformasiya kommunikasiya texnologiyaları (Caspian Telecom, Ailə TV və s), FLAME Technologies , Banklar, Sığorta şirkətləri, Lizinq şirkətləri, Televiziya şirkətləri və s. qeyd etmək olar.
Özəl müəssisələrin idarə edilməsi formaları
Fərdi (ailə) müəssisənin idarə edilməsi Müəssisələr haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təsisçi tərəfindən müstəqil müəyyən olunur. Özəl müəssisənin idarə olunması təşkilati strukturuna uyğun misallara nəzər yetirək:
Baş Direktor, Maliyyə Direktoru, Texniki Direktor, İstehsalat üzrə Direktor, Ticarət üzrə Direktor, Personalın idarə edilməsi xidməti.
 Özəl müəssələrdə işə qəbul prosesi Dövlət müəssisəndə olduğu kimi özəl müəssisələrdə də işə qəbul prosesi müvafiq qanunlara uyğun şəkildə nizamlanır. Lazım olan vakant yer üçün elanlar verildikdən sonra işə uyğun hesab olunan şəxslər müraciətlərini edirlər. Anket, tərcümeyi-hal işçinin ilkin profilinin yaranmasında ən əsas yollardan biridir. Daha sonrakı mərhələlər müəssisənin daxili qaydalarına əsasən (müsabiqə, müsahibə) nizamlanır. Digər bütün məsələlər Əmək Məcəlləsinə uyğun şəkildə həyata keçirilir. Işə müraciət və qəbul prosesi dövlət müəssisələrində olduğu kimidir.

Özəl müəssisələrdə etik davranış qaydaları


Etik davranış qaydaları haqqında digər mövzuda da bəhs etdiyimiz kimi etik davranışlar bir müəssisənin ayrılmaz parçasıdır. Özəl müəssisələrin hər birinin daxili etik davranışkodeksləri olur. Bu kodeksə əməl etmək işçinin əsas vəzifələrindən biridir. Ayrı-ayrı özəl müəssisələrin etik davranışkodeksi ilə internet resursları vasitəsilə çox rahatlıqla tanİşola bilərsiniz. Biz gözümüzdə şəkil olaraq canlanması üçün Azercell ASC-nin Etik Davranış Kodeksindən misal verəcəyik:
“Ortaq dəyərlər üzərinə əsaslanma”- burada dəyər qatmaq, hörmət göstərmək, həyata keçirmək kimi faktorlar daxildir ki, bu da müştəriyə fokuslanan bir xidmətin varlığını vurğulayır. Ticarət üzrə Direktor Texniki Direktor Personalın idarəedilməsi xidməti Maliyyə Direktoru İstehsalat üzrə Direktor
“Tərəfdaşlarımızla münasibətlərimiz”- burada müştərilərlə və əməkdaşlarla qurulan münasibətin önəmindən danışılır. Müştərilər üçün güvənilir, əməkdaşlıq üçün cəlbedici işyeri olmaq, insan hüquq və azadıqlarına hörmət əsas gətirilir.
“Səhmdarlarımızla münasibətlərimiz”- Azərcell açıq səhmdar cəmiyyət olduğu üçün daima cəlbedici sərmaye mənbəyi olmağa çalışır.
“Təchizatçılarımızla, biznes tərəfdaşlarımızla və rəqiblərimizlə münasibətlərimiz”- etibarlı tərəfdaşlıq, sağlam rəqabət və ümumilikdə düzgün, əlverişli işgüzar münasibətlərin qurulmasından bəhs edilir.
“Cəmiyyətlə münasibətlərimiz”- cəmiyyətin maddi durumunu nəzərə alan, başqa dildə desək, texnologiyanın münasib şəkildə satılması ilə cəmiyyətə fayda vermək, eyni zamanda İşimkanları yaradaraq birbaşa və ya dolayı yolla maddi rifaha çalışmaq kimi nüanslar bu başlıq altında təhlil edilir.
“Ətraf Mühit” – işgüzar fəaliyyətin ekoloji cəhətdən zərərsiz şəkildə həyata keçməsindən danışılır. Yəni verilən xidmət təbiətə ziyan vermədən təqdim olunmağa çalışılır. Konkret bir özəl müəssisə üzərində diqqətimizi toplayaraq ümumilikdə xidmət sektorunda fəaliyyət göstərən özəl müəssisələrin əsas məqsədləri ilə də müəyyən qədər tanış olduq. Gələcəkdə çalışacağınız müəssisənin etik kodeksini bilmək sizin üçün vacibdir.
Dövlət və özəl müəssisələri fərqləndirən ən əsas amillər
İlk əvvəl onu qeyd etmək lazımdır ki, dövlət və özəl müəssisələr Azərbaycan Respublikası “Müsəssisələr Haqqında” qanuna və digər müvafiq qanunlara əsasən idarə olunur. Hər iki müəssisə tipi də öz fəaliyyət istiqamətləri və fəaliyyət nəticələri ilə birbaşa və ya dolayı yolla Azərbaycan Respublikasının iqtisadi rifahının yüksəldilməsinə xidmət edir. Lakin digər mövzulardan da aydın olduğu kimi özəl və dövlət müəssisəsini fərqləndirən bir sıra amillər mövcuddur. Həmin amilləri aşağıdaki kim qruplaşdıra bilərik:
Artıq öyrəndik ki, dövlət müəssisəsi dövlət qanunvericiliyə əsasən dövlət əmlakını idarə edən dövlət orqanları tərəfindən yaradılan qurumdur. Bu baxımdan dövlət müəssisəsi öz əmlakı ilə dövlət qarşısında məsuliyyət daşıyır.
Özəl müəssisə isə fiziki və hüquqi şəxs (şəxslər) tərəfindən qanunvericiliyə uyğun şəkildə təsis edilmİşmüəssisədir. Bu baxımdan özəl müəssisə vergi və digər öhdəlikləri çıxmaq şərtilə öz əmlakında müstəqildir.
Dövlət müəssisələrinin təsis olunmasında ən əsas məqsəd Azərbaycan Respublikası vətəndaşlarına, ölkənin maddi rifahına xidmət etməkdir.
Özəl müəssisələrdə də bütün bunlarla yanaşı, sahibkarın öz maddi mənfəəti də ən əsas amillərdəndir.
İşəgötürmə prosesi “dövlət qulluğu” istisna olmaqla hər iki müəssisə tipində demək olar ki, eyni mərhələlərdən keçir.
Etik davranış dövlət müəssisələrində müvafiq qanunlara əsasən nizamlanır və təsdiq edilir.
Özəl müəssisələrdə isə müəssisə öz daxili etik kodeksini nizamlayır. Dövlət müəssisəsi sosial xidmət anlayışı ilə qurulmuşdur. Əsas məqsəd özəl müəssisələrdə olduğu kimi mənfəət əldə etmək deyil. Dövlət müəssisəsi göstərdiyi xidmət sahəsinə görə dəyişir. Dövlət müəssisəsi səlahiyyətli şəxslər tərəfindən və ya onların nəzarəti altında ümumi, kollektiv ehtiyacları qarşılamaq, ictimaiyyətə yararlı şəkildə təşkil olunmuş davamlı və müntəzəm fəaliyyətlər toplusudur.

Yüklə 70,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin