Mövzu 10. İqtisadi fəaliyyətin tənzimlənməsi



Yüklə 454,5 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü454,5 Kb.
#37329
  1   2   3
İqtisadi fəaliyyətin tənzimlənməsi. İnhisar və iqtisadi tənzimlənmə


XI həftə (30.04.2018) – 2 saat

Mövzu 10. İqtisadi fəaliyyətin tənzimlənməsi. İnhisar və iqtisadi tənzimlənmə

10.1. Bazarların qüsurları, iqtisadi siyasət və tənzimlənmə

10.2. Kənar effekt və optimal tənzimləmə

10.3. İnhisar problemləri və antitrest siyasəti

10.4. Təbii inhisar və iqtisadi tənzimlənmə


10.1. Bazarların qüsurları, siyasət və tənzimlənmə
Siyasətçilər hansı tənzimləyici agentliklərin yaradılmasına qərar verirlər və onların nə ilə məşğul olmalarını təyin edirlər. İqtisadi təhlil isə tənzimlənmə və qeyri-tənzimlənmə haqqında qərarlara dolayı təsir edir.

Bazar iqtisadiyyatı şəraitində qiymətlər mərkəzi bölüşdürmə mexanizmi kimi çıxış edirlər. Qiymətlər istehlakçılara alternativ nemətlərin və sahələr arasında isə resursların bölüşdürülməsi nisbətlərinin seçimini aparmağa imkan verir. Tələb tərəfində rəqabətli qiymətlər istehlakçılar üçün əlavə nemət vahidinin faydalılığını əks etdirir. Təklif tərəfində isə rəqabətli qiymətlər istehsalçılar və bütövlükdə cəmiyyət üçün əlavə nemət vahidinin son istehsal məsrəflərini əks etdirir. Müvazinətlik şəraitində rəqabətli bazarlarda müvazinətli qiymət tələbin həcmini təklifin həcmi ilə tarazlaşdıraraq, nemətin son faydalılığını onun istehsalı və satışının son məsrəflərinə bərabərləşdirir. “Rəqabət və iqtisadi səmərəlilik” mövzusunda qeyd etdiyimiz kimi, mükəmməl rəqabətli bazarlar məsrəflər və faydaları son xarakteristikalar əsasında bərabərləşdirərək, resursları optimal bölüşdürür. Lakin qiymətlərin bazarı tarazlaşdırmasına baxmayaraq, onlar istehlakçılar tərəfindən əlavə məhsul vahidinə qoyulmuş son faydalılığı və ya cəmiyyət üçün onun istehsalının son məsrəflərini əks etdirmir. Əgər bu belədirsə, onda bazarın işində çatışmazlıq baş verir, resursların qeyri-səmərəli bölüşdürülməsinə səbəb olur.

Qeyd etmək lazımdır ki, bazarların tənzimlənməsinin zəruriliyi, onun qüsurlarının mövcud olduğu mənbələrlə bağlıdır. Bazarların üç əsas qüsuru fərqləndirilir: inhisar hökmranlığı, kənar effekt və qeyri-mükəmməl informasiya.

Məlumdur ki, satıcılar öz mənfəətlərini qiymətin rəqabətli səviyyədən yuxarı yüksəltmək yolu ilə artırmağa çalışdıqda inhisar hökmranlığı məhsul buraxılışını məhdudlaşdırır. İnhisar probleminin həlli iqtisadiyyatın əksər bölmələrində antitrest tədbirləri ilə bağlıdır. Deməli, harada ki, miqyasdan qənaət inhisarın mövcud olması zəruriliyini şərtləndirir (deməli, onun “təbiiliyini”), orada iqtisadi tənzimlənmə və ya dövlət mülkiyyəti lazımdır.

İstehsal və ya istehlak sferalarında bəzi fəaliyyət növləri, onların bilavasitə iştirakçıları olmayan istehlakçılar və ya firmalar üçün bir başa məsrəf və ya faydanı şərtləndirir. Hətta yeni kiçik və qənaətli minik maşınları hərəkət etdikdə belə havanı çirkləndirir. Böyük, daha köhnə və ya daha çox səsli maşınların hərəkətinin ətraf mühitə vurduğu “kənar” effekt daha ciddi olur. Yaşayış evlərinin yanında böyük mağazaların açılması, həmin küçələrdə daha çox canlanma yaradır. Deməli, xarici amillər çirklənmə səviyyəsinin tənzimlənməsi, torpaqdan istifadə, tele və radio verilişlərinə nəzarət üzrə məhdudiyyətlərə iqtisadi əsaslar yaradır.

Mükəmməl rəqabət modelində göstərmişik ki, burada istehlakçılar və satıcılar öz maraqlarına müvafiq olaraq bütün zəruri olan biliklərə malikdirlər. Təəssüf ki, əksər hallarda bu ehtimal düzgün olmur. Əksər hallarda alıcılar müəyyən məhsullarla bağlı olan risklər haqqında heç bir anlayışa malik olmurlar. Satıcılar isə onlara bu risklər haqqında informasiya verməyə maraqlı olmurlar. Eləcə də işçi qüvvəsinin satıcıları işlə əlaqədar olan və insanların sağlamlığına təsir edən risklər haqqında məlumata malik olmaya bilərlər.

Bu problemlərin həlli üçün müxtəlif ölkələrin təcrübəsində iqtisadi və sosial tənzimləyici agentliklər mövcuddur. Onların mövcudluğu səbəbləri, eləcə də onların reaksiya verdikləri siyasi qüvvələr müxtəlifdir.

10.2. Kənar effekt və optimal tənzimləmə



Kənar effekt o vaxt mövcud olur ki, hər hansı ev təsərrüfatları və ya firmaların fəaliyyəti bilavasitə digər ev təsərrüfatları və ya firmaların məsrəfləri və ya faydalarına təsir edir və həmin “yan” effekt bazar qiymətində öz əksini tapmır.

Ətraf mühitin çirkləndirilməsi kənar effektə ən çox aiddir. Kimya kombinatı öz istehsalı tullantılarını çaya atır. Bu isə yerli su ehtiyatlarını çirkləndirir, balıq və quşlara ziyan verir və ətrafa pis qoxu yayır. Deməli, kompaniya yerli əhaliyə bir başa zərər verir. Başqa sözlə, tullantıları atmaq üçün çaydan istifadə edir, lakin heç bir müvafiq xərc çəkmir. Nəticə etibarı ilə həmin kimya kompaniyasının xüsusi istehsal məsrəfləri ictimai məsrəflərin ölçüsündən aşağı olacaqdır, çünki o, ətraf mühitə vurduğu zərərə görə haqq ödəmir. Deməli, uyğun olaraq firmanın istehsal etdiyi kimyəvi məhsulların bazar qiyməti də çox ehtimal ki, çirkab suların emalının tam məsrəfləri daxil olan istehsalın ictimai məsrəflərindən aşağı olacaqdır. Kimyəvi məhsulların istehlakı böyük olduğuna görə o, öz növbəsində resursların qeyri - səmərəli bölüşdürülməsinə səbəb olacaqdır. Sonuncu istehsal olunan məhsul vahidinin son faydalılığı istehsalın son ictimai məsrəflərinin ölçüsündən aşağı olduğu üçün onun istehsalı ixtisar edilməlidir.

Qeyd etmək lazımdır ki, müsbət və mənfi kənar effekt fərqləndirilməlidir. Ətraf mühitin çirkləndirilməsindən kənar effekt mənfidir.

Ev sahibkarı öz evini yenidən rəngləyərək, öz qonşularına müəyyən müsbət kənar effekt gətirir. Ev daha cəlb edici olur. Lakin ev sahibkarına həyata keçirilmiş yan effekt ödənilmədiyi üçün evin rənglənməsindən əldə olunan ictimai faydanın ölçüsü xüsusi faydanın ölçüsündən yüksək olur. Bu isə yeni rənglənmiş evlərə təklifi azaldır, yəni cəmiyyət belə evlərin bütövlükdə çox olmasında udardı. Lakin evlərin sahibkarları yalnız, onların xüsusi faydalarının, rəngləmə məsrəflərindən çox olduğu halda evləri rənglənməsini aparırlar.

Yuxarıda göstərilmiş misallar sübut edir ki, kənar effekt mövcud olmayan bazarların yerində meydana çıxır. Firmalar və ya ev təsərrüfatları faydalılığa malik olan, lakin qiyməti olmayan məhsulların istehlakçıları (çaya tullantıların atılması) və ya istehsalçıları (təzə rənglənmiş evlər) kimi çıxış edirlər. Hətta bütün mövcud olan bazarlar mükəmməl olsa belə, bütövlükdə iqtisadiyyatda resurslar səmərəli bölüşdürülməyəcək, çünki müəyyən bazar mövcud deyildir. Bu halda nemətin istehsalı son məsrəfləri onun son faydalılığı ilə uyğun gəlməyəcəkdir. Neqativ kənar effektə gətirən daha çox nemət istehsal olunacaq, ancaq müsbət kənar effekt gətirən nemətlər kifayət olmayan həcmdə istehsal olunacaqdır. Nə üçün biz ilk növbədə olmayan bazarlar haqqında danışırıq? Qeyd etmək lazımdır ki, ətraf mühitin çirklənməsi və digər mühüm kənar effektlər əksər səmtlərdə ictimai nemətlərdir. Əgər evinizi rəngləyirsinizsə, onda sizin qonşuların görünüşləri çox xoş olur, yəni onların hər birinin aldığı faydanı inkar etmək olmaz. Məhz, bu hallar insanlara təsir göstərən kənar effektə dövlətin müdaxiləsini labüd edir.

Lakin qeyd etmək lazımdır ki, bütün hallarda dövlətin müdaxiləsi düzgün deyil, çünki tənzimlənmə pulsuz deyildir. Əksər ölkələrdə torpaqdan istifadə (məsələn, yaşayış rayonlarında elektrik stansiyasının tikintisinə icazə verilmir) və ətraf mühitin çirklənməsində kənar effekt tənzimlənir.

Fərz edək ki, hökumət çayların çirklənməsinin qarşısını almaq üçün nə isə qərara alır. Onun məqsədi nə olmalıdır? Rəqabətli bazarlar resursları səmərəli bölüşdürüldüyü üçün həmin metoddan istifadə etməlidir, başqa sözlə olmayan bazara əvəzedici tapmalıdır.

Bu prinsipi daha aydın şəkil 10.1-dən görünür.





Şəkil 10.1. Çirklənmənin azalmasının optimal səviyyəsi

Şəkildən görünür ki, suyun çirklənmə səviyyəsinin azalması üzrə son məsrəflər (MC) bu səviyyə aşağı düşdükcə artır. Su təmiz olduqca isə son fayda (MB) azalır. Çirklənmənin həcminin azalmasının optimal səviyyəsi Q0-dır. Bu səviyyədə MB=MC, deməli optimum E nöqtəsində əldə edilir. Əgər çayın çirklənmə səviyyəsi E nöqtəsinə nisbətən yüksəkdirsə, çirklənmədən fayda məsrəflərin ölçüsünü azca qabaqlayır; əgər çay Q0 nöqtəsinə nisbətən çox təmizdirsə, onda bütövlükdə cəmiyyət firmalara tullantıların həcmini artırmaq hesabına öz məsrəflərini azalmağa icazə verməklə fayda alırlar. Ətraf mühitin çirklənməsinə iqtisadi səmərəli nəzarət, əlavə tənzimləmə üzrə son ictimai məsrəflərin ölçüsü ilə son ictimai faydalılığın ölçüsünün bərabərliyini tələb edir.

Əlbəttə ətraf mühitin sıfıra bərabər olan optimal çirklənmə səviyyəsinə nail olmaq mümkün deyildir. Çirklənməyə görə verginin tətbiqi daha az məsrəflə tullantıların həcmini azaltmağa imkan verir. Bu məqsədlə müəyyən çirkləndirici tullantıların atılma həcmi üçün alış-satış icazəsi sistemi tətbiq oluna bilər.



Yüklə 454,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin