Mövzu: 10. Layihə və layihənin idarə edilməsinin əsas anlayışları və kateqoriyaarı, əlamətləri və inkişaf mərhələləri. I mövzu: Layihə nədir?


Məzmun qiymətləndirilməsi (100 ballıq şkala ilə qiymətləndirilir)



Yüklə 49,21 Kb.
səhifə9/11
tarix01.05.2023
ölçüsü49,21 Kb.
#105305
1   2   3   4   5   6   7   8   9   10   11
Mövzu10. Layihə və layihənin idarə edilməsinin əsas anlayışNew Microsoft Word Document (5)

2. Məzmun qiymətləndirilməsi (100 ballıq şkala ilə qiymətləndirilir):

  • Uyğunluq – 5 bal.

  • Orijinallıq – 5 bal.

  • Problemin vacibliyi – 10 bal.

  • Məqsəd və vəzifələrin dəqiqliyi – 10 bal.

  • Faydalılıq – 20 bal.

  • Davamlılıq – 10 bal.

  • Fəaliyyət planı – 10 bal.

  • Monitorinq və qiymətləndirmə – 10 bal.

  • Maliyyə səmərəliliyi – 20 bal.

Qrant qazanan layihələrin müəyyənləşdirilməsi:

  • Yalnız texniki ekspertizadan keçən layihələr məzmun qiymətləndirilməsi mərhələsinə buraxılır.

  • Məzmun qiymətləndirilməsi zamanı keçid balı 50 bal təşkil edir.

  • Keçid balını toplayan və qrant müsabiqəsinin büdcəsinə sığan ən yuksək bala malik layihələr qrant qazanır.



3. Fənnin tədrisini zəruri edən amillər.
- Digər sahələrdə olduğu kimi, idarəetmə sahəsində də yeni texnologiyaların və metodların tətbiqi onun səmərəliliyini artırmaqla yanaşı, keyfiyyətli uğurlu nəticənin əldə olunmasına zəmanət verir. Bu baxımdan yeni texnologiyaların sürətlə inkişafı idarəetmə sahəsinin də dəyişdirilməsinə səbəb oldu. Bu sahələrdən biri də layihələrin və proqramların idarə olunmasıdır. Sovet İttifaqı dövründə “layihə” dedikdə mühəndis qurğularının, binaların, maşın və mexanizmlərin “rəsmi”ni (çertyojunu) göz önünə gətirirdik. Çünki biz “rəsm”lər çəkməklə tələb olunan obyekti layihələndirirdik. Bu gün isə artıq “layihə” sözü bütün sahələrdə: mühəndis, maliyyə, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, səhiyyə, hərbi, biznes və başqa bu kimi sahələrdə fərqli bir mənada istifadə olunur.
Beləliklə, bu gün biz “layihə” sözünə hansısa bir obyektin “rəsmi” kimi yox, obyektin məqsədi, fəlsəfəsi, missiyası, büdcəsi, işlər çoxluğu kimi baxırıq. Biz adi həyatımızda demək olar ki, hər gün hər hansı bir layihəni yerinə yetirmiş oluruq. Məsələn, evə bazarlıq etmək, kitab yazmaq, mənzil təmir etmək, ad günü keçirmək, yeni vergi sistemini tətbiq etmək, struktur dəyişikliyi və islahatlar aparmaq, yeni texnologiyaların tətbiqi və s. bu kimi bütün fəaliyyətimiz layihələrin həyata keçirilməsi nəticəsində baş verir. Bu fəaliyyət növləri təbiətcə müxtəlif olmalarına baxmayaraq, bir-birinə çox oxşardırlar. Layihələrin oxşarlığı onlara olan ümumi tələblərdən irəli gəlir: məqsəd, büdcə, vaxt, keyfiyyət, məhdud resurslar, risk idarəçiliyi və s. Layihənin, ilk növbədə, məqsəd və missiyası müəyyənləşdirilir və daha sonra məqsədə çatmaq üçün müəyyən vəsait tələb olunur. Maliyyə problemi həll olunduqdan sonra məqsədə çatmaq üçün vaxt və layihə iştirakçıları təyin olunur, yəni layihə komandası formalaşır. İcraçı bəzi riskləri nəzərə almaqla, məqsədə çatmaq istiqamətində müəyyən olunmuş tapşırıqları icra edir. İşlər müəyyənləşdirilən keyfiyyət standartlarından aşağı olmamalıdır. Layihə tələb edilən resurslarla təmin olunur, mal, materiallar alınır, insan resursları və onların vəzifələri aydınlaşdırılır, onlar arasında kommunikasiya və məsuliyyət bölgüsü aparılır. Daha sonra tərəfdaşlar arasında danışıqlar həyata keçirilir, müqavilələr imzalanır və işlərin icrasına nəzarət edilir. Əksər hallarda biz adi məişətdə bütün bunları intiutuv olaraq yerinə yetiririk. Lakin bu işlər toplusu və onların icra prosedurları layihələrin yerinə yetirilməsi və onların idarə olunmasından xəbər verir.



Yüklə 49,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin