Şəkil 9.1. Token Rinq şəbəkəsi
Şəbəkə düyün nöqtələrinə markerlər (bəzi ədəbiyyatlarda markerlər Token də adlandırılır) növbə ilə daxil olur. Marker sahibləri şəbəkədə verilənlərin ötürülməsinə tam zəmanət verir. Əgər bir düyün nöqtəsində ötürülmə üçün nəzərdə tutulan verilənlər yoxdursa, onda marker növbəti düyün nöqtəsinə ötürülür (şəbəkədə hər bir düyün nöqtəsində bir və ya bir neçə kompyuter ola bilər). Hər bir düyün nöqtəsi markeri təyin olunmuş vaxta qədər saxlaya bilər.
Verilənlərin bloklarla ötürülməsi vaxtı şəbəkədə marker olmur, amma şəbəkə verilənləri tam qəbul etməyə hazır vəziyyətdə olur.
Verilənlər blokunun formatına yalnız düyün nöqtəsinə ötürülənlərin ünvanı və onların təyinatı daxildir. Düyün nöqtələrinə daxil olan verilənlərin sürəti (əksi) növbəti emal üçün çıxarılaraq şəbəkə sahəsinə translyasiya edilir. Bu zaman verilənləri kadrlarla qəbul etmək üçün Token Rinq formatındakı ayrılmış mərtəbələrdə əlamətlər təsdiqlənir.
Düyün nöqtəsinə qəbul edilən verilənlərin düzgünlüyü yoxlanılır, düzgünlük təsdiq olunandan sonra düyün nöqtəsində qəbul edilir və şəbəkəyə ötürülür. Beləliklə növbəti verilənlər qrupu yeni marker ilə dövrəyə daxil olur. Verilənlərin şəbəkə düyün nöqtələri arasında ötürüldüyü vaxt markerin düzgünlüyünü yoxlamaq məqsədilə bir düyün nöqtəsi ayrılır. Bu düyün nöqtəsi çox vaxt aktiv monitor da adlandırılır. Ayrılmış monitorun texniki təminat qurğuları başqa şəbəkə düyün nöqtələri üçün ayrılmış tex-niki təminat qurğularından fərqlənmir, lakin onun proqram təminatı şəbəkədə emal üçün ayrılmış müddətə nəzarət edir və təsadüfən yeni marker lazım olarsa onu formalaşdırır.
Aktiv monitor şəbəkənin işə salınması (inisiallaşma) vaxtı ayrılır. Ona görə də, aktiv monitor şəbəkədə istənilən kompyuter ola bilər. Beləliklə, əvvəldə qeyd edildiyi kimi, proses davam etdirilir. Təsadüfən ayrılmış monitor işdən çıxarsa, bu halda xüsusi (mexanizm) üsulla şəbəkədə qalan düyün nöqtələri üçün yeni monitorlar ayrılır.
Token Rinq texnologiyasında paketin formatında markerlə əlaqədar idarəolunma üçün üç baytlıq idarəedici paket ayrılır.
Bura, əsasən, aşağıdakılar daxildir:
* başlanğıc baytları bölüşdürən (SD-Start Delimiter) bitlər;
* bayta müraciətin idarə olunması üçün təyin olunmuş bitlər. (AC-Access Control);
* axırıncı baytın ayrılması üçün təyin olunmuş bitlər.
İstifadəçilərin tələbləri ilə əlaqədar idarəedici müraciət baytının formatını Token Rinq şəbəkəsinin formatı ilə qarışdırmamaq üçün onlara ayrılmış baytları təhlil edək (şəkil 9.2.).
Dostları ilə paylaş: |