Mövzu 10. Ünsiyyət və şəxsiyyətin sosiallaşmasında onun rolu


qarşılıqlı münasibətlərin



Yüklə 20,78 Kb.
səhifə2/3
tarix02.06.2023
ölçüsü20,78 Kb.
#123979
1   2   3
Mövzu 10

qarşılıqlı münasibətlərin хarakterindən çoх şey asılıdır. Bu sahədə pozitiv işgüzar münasibətlərin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunan funksiyaların necə həyata keçirilməsi ünsiyyətdə olan insanların qarşılıqlı münasibətlərinin necə olmasından asılı olur.
Pedaqoji fəaliyyətdə uğurun əldə edilməsində pedaqoji ünsiyyət əsas amillərdən biridir. Müəllimin şagirdlərlə təlim-tərbiyə prosesində həyata keçirdiyi ünsiyyət pedaqoji ünsiyyət adalanır. Təlim-tərbiyə prosesində müəllim pedaqoji ünsiyyətin aşağıdakı cəhətini nəzərə almalıdır: birgəfəaliyyətin iştirakçıları arasında informasiya mübadiləsinin, düzgün qarşılıqlı əlaqənin, fərdlərin bir-birinə qarşılıqlı təsirinin, adamların bir-birini qavraması və anlamasını nəzərə almalıdır.
Müəllimin şagirdlərə müraciət tərzinə görə ünsiyyət təşkiledici, qiymətləndirici, intizamyaradıcı olur. Ünsiyyət şagirdlərə nə isə yeni bir şey öyrətmək, yəni fərdi-idraki təlimatlandırmaq, söhbət etmək və s. məqsədi daşıyır.
Müəllim ilə şagird arasındakı informasiya mübadiləsi ünsiyyətin məzmununu təşkil edir. Bu məzmun təlim prosesində müəllimin qarşıya qoyduğu məqsədlə ölçülür. Ünsiyyət vahid məqsəd güdməli və müəllimin məqsədi ona yönəldilməlidir. Pedaqoji ünsiyyətin səmərəliliyi onun motivləri ilə bağlıdır. Motivin düzgün dərk edilməsi ünsiyyətin səmərəsini artırır. Pedaqoji ünsiyyət daxili və xarici şərtlərdən asılı olur və ünsiyyətin qurulmasında mühit və vəziyyət də əsaslı rola malik olur. Məsələn yaşayış yerini dəyişən şagird oxuduğu məktəbi də təbii ki dəyişməli olur və o bu zaman düşdüyü xarici mühitin təsirinə məruz qalır. Belə ki, şagirdlərin rəğbət bəslədiyi müəllimə o da eyni münasibət bəsləməyə başlayır və zaman keçdikcə buraya daxili motivlər də əlavə olunur. Artıq yuxarı siniflərdə şagirdin özündə müəllimə qarşı şəxsi, nisbətən davamlı münasibət formalaşır. Müəyyən vaxtdan sonra bu seçici xarakter daşımağa başlayır.
Uşağın bir fərd və şəxsiyyət kimi inkişafında onun başqa insanlarla ünsiyyəti əsaslı rol oynayır. Uşaqların qarşılıqlı münasibətləri müxtəlif və çoxşaxəli olur. Hər bir yaş dövründə ünsiyyət yeni məna kəsb etməklə spesifik rola malik olur. Kiçik yaşlı məktəblilər (I-II siniflər) ünsiyyətinə görə müəllimi iki qrupa, yaxşı və ya pis qrupa bölürlər. Bu sadəlövh xarakter daşıyan qiymətləndirmədə uşaqlar müəllimin şəxsi keyfiyyətlərini ünsiyyət prosesndə görürlər. Şagirdin yaşının artması ilə onların müəllimə olan münasibəti də dəyişir ki, burada da müəllimin reputasiyası-onun məziyyətləri və ya çatışmazlıqları barəsində formalaşmış ümumi rəy mühüm rol oynayır.
Sosial pedaqogikada müəllim və şagirdin reputasiyası sosial roluna görə fərqlənir. Müəllimlərin - məktəb rəhbərləri, müəllimlərin- valideyinlər ilə qarşılıqlı münasibətini, şagirdlərin isə müəllim-tərbiyəçilərlə, valideyinlərlə, sinif yoldaşları ilə qarşılıqlı münasibətlərinin təhlilində reputasiya anlayışından geniş istifadə edilir. Faktlardan da aydın olur ki, şagird reputasiyasının formalaşmasında onun ailəsinin sosial, iqtisad və əxlaqi vəziyyəti əsaslı rol oynayır. Təəssüf ki, bəzi ailələrdə baş verən sosial münaqişələr hətta ən yaxşı reputasiyaya malik olan şagirdin reputasiyasının həm pedaqoji, həm də şagird kollektivində aşağı düşməsinə şərait yaradır.
2. Pedaqoji prosesin iki tərəfi -
Yüklə 20,78 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin