“Bahar”, H.Arifin “Təbiət düşünür” şeirlərinin ifası zamanı birbaşa auditoriyaya müraciət olunur. İfaçının dinləyicilərlə ünsiyyəti oxu prosesində
onun etdiyi fasilələrdə də davam edir. Fasilələr müxtəlif məqsədlərin həyata
keçirilməsinə xidmət edə bilər; ifaçı hər hansı mühüm fikrin, fakt və hadisənin
dinləyici tərəfindən qavranılmasına, qiymətləndirilməsinə imkan yaratmaq üçün
fasilə edə bilər. Yaxud ifaçı süjetdəki ən kəskin, gözlənilməz məqamlarda fasilə
etməklə dinləyicinin marağının güclənməsinə imkan yaradır. İfaçı hər hansı sözü
diqqətə daha çox çatdırmaq, həmin sözün dinləyicilərin yadında qalmasına nail
olmaq üçün ondan əvvəl fasiləyə yol verə bilər. Bəzən ifaçı özü müəyyən bir fikrin
üzərində diqqətini toplamaq istədikdə də fasilə edir. Bütün bu məqamlarda ifaçı
dinləyicilərlə ünsiyyət kəsmir, əksinə, fasilə məna kəsb edir, oxunun təsirliliyini
əmin edən vasitəyə çevrilir. Onu da qeyd etmək lazımdır ki, ifaçı hələ hazırlıq
mərhələsində mətni kimə isə oxumalı, onun verdiyi reaksiyanı nəzərə almalıdır.
2. Təsəvvürdə tutulan (təsəvvür edilən) subyektə (və ya obyektə) müraciət:Bu
zaman ifaçı dinləyicilərlə xəyalında canlandırdığı, nəzərdə tutduğu subyektə,
obyektə müraciət etməklə, fikrən onunla danışır. Təxəyyüldə canlandırılan
dinləyici ilə ünsiyyət dedikdə, ifaçı qarşısında olmayan dinləyiciyə müraciət edir.
İfaçı da əsərin məzmunundan asılı olaraq təsəvvüründə tutduğu subyektlə
danışmalı olur. Bu prosesdə o, xəyalında tutduğu, təsəvvür etdiyi adama (və ya
obyektə) müraciətlə danışıq şəklində dinləyicilərlə ünsiyyətə girir. Bunu, şərti
olaraq, sanki təklikdə danışıq kimi qəbul etmək olar. Bu ünsiyyət o əsərin
oxusunda geniş tətbiq edilir ki, müəllif “birbaşa” müəyyən obyektə (şəxsə)
müraciət edir.Təxəyyüldə canlandırılan dinləyici ilə ünsiyyət zamanı müəyyən
şəxsə, obyektə müraciətlə yazılan əsərlər (N.Gəncəvi: “ Ayüzlü nigarım kimə