Mövzu 11. MarketiNQİn strategiyasi və planlaşdirilmasi


 Müəssisənin inkişaf imkanlarının təhlili



Yüklə 202,44 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix07.01.2024
ölçüsü202,44 Kb.
#207136
1   2   3   4   5   6   7   8   9   10   11
M-vzu-119

 
11.7. Müəssisənin inkişaf imkanlarının təhlili 
Müəssisənin inkişaf imkanları
, istiqamətləri iki meyar: 1) yeni və mövjud 
bazarlarda fəaliyyətinin məqsədəuyğunluğu və 2) həmin bazarlara yeni və mövjud 
məhsullarla çıxmağın məqsədəuyğunluğu əsasında formalaşdırılır. Bu meyarlara uyğun 
olaraq müəssisənin inkişaf imkanlarının üç istiqaməti: intensiv inkişaf imkanları; 
inteqrasiya inkişaf imkanları və diversifikasiya inkişaf imkan-ları vardır.
İntensiv inkişaf imkanlaı
strategiyasından mövjud bazarlarda inkişaf imkanları 
tükənmədiyi, mövjud biznes fəaliyyəti və ya məhsul istehsalı müəssisəni, biznes 
vahidini təmin etdiyi halda istifadə olunur. Bu zaman müəssisə və ya biznes vahidi 
mövjud bazara yeni məhsulla, yaxud mövjud bazara mövjud məhsulla və yaxud da yeni 
bazara mövjud məhsullarla çıxmağı planlaşdıra bilər. Bu variantlardan asılı olaraq 
müəssisə bazara nüfuzetmə strategiyasından; yeni bazarlara çıxma strategiyasından və 
yeni məhsulların hazırlanması strategiyasından istifadə edə bilər. 
Bazara nüfuz etmə strategiyası
mövjud bazarlara mövjud, yəni ənənəvi 
məhsulların çıxarılması nəzərdə tutulduğu halda tətbiq edilir və müəssisə, biznes vahidi 
özünün marketinq imkanlarından istifadə etməklə, daha effektli marketinq fəaliyyəti 


həyata keçirməklə mövjud bazarlarda mövjud məhsulların satışının həjmini artırmağa 
çalışır. Başqa sözlə desək, müəssisə və ya strateci biznes vahidi mövjud məhsulların 
reklamını güjləndirməklə, öz məhsulunun istehlak xüsusiyyətlərinin üstünlüklərini 
təbliğ etməklə, rəqiblərinin zərif tərəflərindən istifadə etməklə və digər vasitələrlə 
satışın həjmini artırmağa jəhd edir. 
Yeni bazarlara çıxma strategiyası
müəssisənin mövjud məhsullarının yeni 
bazarlara çıxarılmasını və yeni bazar seqmentinin ələ keçirilməsini nəzərdə tutur. Yeni 
bazarlara çıxmaq üçün müəssisə, məsələn, mövjud məhsullarını işgüzar istehlakçılar 
bazarı ilə yanaşı son istehlakçılar bazarına, yeni regionların və ya ölkələrin bazarlarına 
da çıxara bilər, yaxud əlavə bölüşdürmə və satış kanalları yarada bilər və s. Həyata 
keçirilən bu tədbirlər satışın həjminin artmasına gətirib çıxara bilər. 
İntensiv inkişaf imkanlarının 
yeni məhsul hazırlanması strategiyasında
müəssisə 
mövjud bazarlar üçün yeni məhsul (məhsullar) hazırlanması siyasətini yeridir. Bu halda 
müəssisə özünün məhsul çeşidinin dərinliyini və genişliyini artırmaqla məhsul satışının 
həjmini artırmağa jəhd edir.
İnteqrasiya inkişaf strategiyası
müəssisənin resurslarını və imkanlarını artırmaq 
məqsədilə yeni və ya oxşar biznes fəaliyyətilə məşğul olması və ya bu biznes növlərini 
həyata keçirən müəssisələri, həmçinin onun istehsal-satış fəaliyyətinin həyata 
keçirilməsini təmin edən müəssisələri ələ keçirməsi ilə əlaqədardır. Bu inkişaf 
strategiyasının da iki forması: 1) üfüqi inteqrasiya inkişaf strategiyası və 2) şaquli 
inteqrasiya inkişaf strategiyası mövjuddur. 
Üfüqi inteqrasiya inkişaf strategiyasında
müəssisə, biznes vahidi ya mövjud 
fəaliyyətinə oxşar biznes fəaliyyətlərilə məşğul olan, məhsullar istehsal edən rəqib 
müəssisələri satın almaqla (ya onların nəzarət səhm paketlərini almaqla) onları ələ 
keçirir, ya da yeni biznes fəaliyyətilə məşğul olan, məhsul istehsal edən yeni 
müəssisələr yaradır.
Şaquli inteqrasiya inkişaf strategiyasında
isə müəssisə, biznes vahidi ya özünün 
istehsal-satış fəaliyyətinin material resursları ilə təmin edilməsinin və məhsullarının 


bölüşdürülməsinin etibarlılığını yüksəltmək və ya bu fəaliyyəti daha yüksək effektlə 
həyata keçirmək məqsədilə sənaye zənjirinin müxtəlif mərhələlərində yerləşən 
müəssisələri - məhsulgöndərənlərini, bölüşdürmə və satış kanallarını ələ keçirir, yaxud 
da bu tip müəssisələrin fəaliyyətini həyata keçirən yeni müəssisələr yaradır.
Bu inkişaf strategiyası əks şaquli inteqrasya inkişaf strategiyası və mütərəqqi 
inteqrasiya inkişaf strategiyası formasında həyata keçirilir. 
Əks şaquli inteqrasiya 
inkişaf strategiyası
məhsulgöndərənlərin ələ keçirilməsini və ya da onların fəaliyyətini 
həyata keçirən biznes vahidlərinin yaradılmasını nəzərdə tutur. Məsələn, elektron 
məhsullar istehsalçısı olan «
Tandy
» firması plastmass formalar, kabel və 
mikroproseslər üçün epoksid platalar istehsal edən firmaları satın almışdır. 
Mütərəqqi şaquli inteqrasiya inkişaf strategiyasında
isə müəssisənin və yap 
biznes vahidinin inkişafı müəssisə tərəfindən mövjud bölüşdürmə və satış
müəssisələrinin ələ keçirilməsi və yaxud özünün yeni bölüşdürmə və satış şəbəkəsinin 
yaradılması yolu ilə həyata keçirilir. Məsələn, «
Tandy
» firması özünün məhsullarının 
marketinqinə tam nəzarət etmək və istehlakçılara yaxın olmaq məqsədlə özünün satış 
şəbəkələrini yaratmışdır. 
Diversifikasiya strategiyasının
mahiyyəti yeni bazarlar üçün yeni məhsullar 
istehsal etməklə müəssisənin fəaliyyətinin genişləndirilməsindən ibarətdir. Diversifi-
kasiya üç formada: 1) eyni əlamətli (ümumi mərkəzli) diversifikasiya, 2) oxşar əlamətli 
(üfüqi) diversifikasiya və 3) müxtəlif əlamətli (çoxsahəli) diversii-fikasiya formasında 
həyata keçirilir. 
Eyni əlamətli diversifikasiya
yeni bazarlara mövjud məhsul çeşidinə daxil olan 
yeni məhsullarla çıxmağı nəzərdə tutur.Yeni məhsulun istehsal texnologiyası və 
marketinq imkanları mövjud texnologiyaya və marketinq imkanlarına əsaslanır. 
Oxşar əlamətli diversifikasiyada
müəssisənin biznes portfeli və ya məhsul 
portfeli oxşar biznes növləri və ya məhsul çeşidi hesabına genişləndirilir. Bu fəaliyyət 
növünün və ya məhsul növünün istehsal texnologiyası və marketinq imkanları mövjud 
texnologiya və marketinq imkanlarından fərqlənsə də oxşar əlamətlərə malik olur. 


Diversifikasiyanın 
müxtəlif əlamətli diversifikasiya
formasında müəssisə nə 
özünün mövjud istehsal texnologiyası, nə mövjud məhsul çeşidi, nə də mövjud bazar-
ları ilə əlaqədar olmayan yeni biznes fəaliyyəti və ya yeni məhsul növlərinin istehsalı 
ilə məşğul olur.

Yüklə 202,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin