Mövzu 11. MarketiNQİn strategiyasi və planlaşdirilmasi


 İllik marketinq planlaşdırılması



Yüklə 202,44 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix07.01.2024
ölçüsü202,44 Kb.
#207136
1   2   3   4   5   6   7   8   9   10   11
M-vzu-119

11.5. İllik marketinq planlaşdırılması 
Strateci marketinq planlaşdırılmasından fərqli olaraq, illik marketinq planlaş-
dırılması hər bir məhsul növü və ya məhsul çeşidi üzrə həyata keçirilir. İllik marketinq 
planlaşdırılması məhsul (və ya məhsul kateqoriyası) üzrə menejer tərəfindən həyata 
keçirilir. Planlaşdırma prosesində menejer məhsul, qiymət, bölüşdürmə və 
həvəsləndirmə üzrə marketinq strategiyası tərtib edir, həmçinin hər bir məhsula 
(məhsul çeşidinə və ya kateqoriyasına) ayrılmış resursların marketinq kompleksinin 
elementləri arasında bölüşdürülməsini həyata keçirir. 
İllik marketinq planlaşdırılması da strateci marketinq planlaşdırılması kimi 
müəyyən ardıjıl mərhələlərlə həyata keçirilir (Şəkil 11.5). 
Situasiyalı təhlil
prosesində hər bir məhsul və ya məhsul çeşidi üzrə müəssisənin 
zəif və güjlü tərəfləri, təhlükələr və imkanlar aşkar edilir, hər bir məhsulun satılajağı 
bazar müəyyən edilir, onun xarakteristikası aşkar edilir, tutumu hesablanılır və ilkin 
qiymətləndirilməsi həyata keçirilir,
Məqsədin müəyyənləşdirilməsi
mərhələsində hər bir məhsul növü və ya çeşidi 
üzrə marketinqin məqsədi müəyyənləşdirilir. Məqsəd kimi satışın həjmi, bazar payı və 
rentabellik səviyyəsi və bu məqsədlərə nail olunmasına imkan verən digər lokal 


məqsədlər müəyyənləşdirilə bilər. 
Marketinq strategiyasının hazırlanması 
mərhələsində hər bir məhsul növü və ya 
çeşidi üzrə marketinq strategiyası, yəni istehlakçını müəssisənin bazara təklif etdiyi 
məhsulları almağa təhrik edən tədbirlər kompleksi hazırlanır, məqsəd bazarı (və ya 
bazarları) seçilir və məhsulun mövqeləşdirilməsi həyata keçirilir. 
Məqsəd bazarı 
müəssisənin marketinq fəaliyyətilə ələ keçirməyə, jəlb etməyə 
çalışdığı bazar seqmentidir. 
Məhsulun mövqeləşdirilməsi
marketinq kompleksi və digər tədbirlər vasitəsilə 
istehlakçılara məhsulun xüsusiyyətləri, üstünlükləri və s. haqqında məlumat verilməsi, 
onların şüurunda məhsulun təsəvvürünün, obrazının yaradılmasıdır. 
Məhsulun bazarda müvəffəqiyyətlə satışı həllediji dərəjədə tətbiq edilən 
marketinq kompleksindən asılıdır. Buna görə də müəssisə, 
marketinq kompleksinin 
hazırlanması
mərhələsində marketinq kompleksini və onun hər bir elementi üzrə 
strategiya tərtib edir, istehlakçıların ona reaksiyasını öyrənir. 
Marketinq smetasının (büdjəsinin) hazırlanması
 
mərhələsində hər bir məhsul 
üzrə bütünlükdə marketinq fəaliyyətinə və marketinq kompleksinin hər bir elementinə 
çəkiləjək xərjlərin həjmi hesablanılır, biznes vahidlərinə ayrılmış resurslar məhsullar 
üzrə bölüşdürülür. 
Satışın həjminin proqnozlaşdırılması
hər bir məhsul növü və ya çeşidi üzrə 
tələbatın həjminin müəyyən edilməsini və satışın həjminin proqnozlaşdırılmasını 
nəzərdə tutur. Satışın həjminin proqnozlaşdırılmasında müxtəlif iqtisadi-riyazi, statistik 
və digər üsul və metodlardan, həmçinin sınaq satışının nətijələrindən, rəhbərliyin və 
tijarət işçilərinin rəylərindən istifadə edilə bilər. Proqnozlaşdırma dəyər və natural 
ifadədə aparıla bilər. 
Məhsul üzrə marketinqin planlaşdırılmasının 
mənfəətin (zərərin) məbləğini
müəyyənləşdirilməsi mərhələsində müəssisənin məhsul satışından əldə edəjəyi 
mənfəətin və ya ona dəyəjək ziyanın məbləği müəyyən edilir. Bunun üçün hər bir 
məhsulun satışından əldə edilən ümumi məbləğdən (ümumi gəlirdən) onun istehsalına 


və marketinqinə çəkilən xərjlərin ümumi məbləği çıxılır. Bunun əsasında isə hər bir 
məhsul üzrə marketinq fəaliyyətinin nətijəsi qiymətləndirilir. 
Planlaşdırmanın 
nəzarət
mərhələsində hər bir 
məhsul üzrə marketinq fəaliyyətinin nətijəsi 
qiymətləndirilir, 
müəyyən edilmiş plan 
tapşırıqlarından kənarlaşmalar və onların 
səbələri müəyyənləşdirilir. Bunula qarşıya 
qoyulmuş məqsədə nail olunması səviyyəsi 
aşkar edilir, zəruri hallarda marketinq 
planlarına 
zəruri 
dəyişikliklər 
edilir. 
Nəzarətin nətijəsindən həm də gələjək dövr 
üçün planların tərtib edilməsində istifadə 
olunur. 

Yüklə 202,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin