Qidalanma mənbələri. Qafqazın çaylarının qidalanmasında bütün mənbələr iştirak edir. Çayların qidalanmasında bu və ya digər mənbələrin payı və həmçinin çoxsulu dövrün davamiyyəti və təzahür vaxtı nəiki hövzənin yerləşdiyi ərazinin dəniz səviyyəsindən olan hündürlüyündən, həmçinin ərazinin iqlim xüsusiyyətlərindən və geoloji quruluşundan çox asılıdır. İqlimin ümumi kontinentallığının qərbdən şərqə artması ilə əlaqədar olaraq qarla qidalanmanın miqdarı da artır. Bu hal bəzən qərb ərazilərdə yerləşən hövzələrdə də müşahidə olunur. Eyni zamanda yağış suları ilə qidalanmanın sayı aşağı düşür və çoxsulu dövrün davamiyyəti azalır. Yaz aylarının payı yay aylarınkına nisbətən xeyli çox olur. Məhz buna görə də çayların su rejimi çox mürəkkəbdir və şaquli qurşaqlıq qanunauyğunluğun-dan asılıdır.
Çayların buzlaq və ərimiş qar suları ilə qidalandığı yük-səkdağlıq ərazilərdə çayların yay - payız bol sulu dövrü mü-şahidə olunur. Bunu bəzən Alp tipli su rejimi dövrü də ad-landırırlar. Ortadağlıq zonalarda yağış suları ilə qidalanmanın miqdarı xeyli artır, öz başlanğıcını bu zonadan götürən çayların bol sulu dövrü yaz-yay aylarının payına düşür. Nisbətən quraq keçən şərqin ortadağlıq rayonlarında isə çayların bol sulu dövrü yalnız yay aylarında müşahidə olunur. Qara dəniz hövzəsinin çaylarının qidalanmasında yağış suları üstünlük təşkil edir. Demək olar ki, il ərzində bol sulu olurlar. Kiçik Laba çayını buna misal göstərmək olar. Bu rayonun çaylarının rejimi bir növ Aralıq dənizi tipinin əlamətlərini xatırladır.
Ərazinin geoloji quruluşunun bir sıra xüsusiyyətlərindən asılı olaraq çayların qidalanmasında yeraltı suların da payı hiss olunacaq dərəcədədir. Məhz yeraltı sular bütün il boyu çayların fasiləsiz axınını tənzimləyir. Xüsusilə karst və effuziv mənşəli süxurların yayıldığı ərazilərdə - Zaqafqaziya dağlıq yaylasında, Qarabağ və Cavaxet vulkanik yaylasında yeraltı sularla qidalanmanın payı daha çoxdur (Tər-tərçay, Arpa çay və.s)
Ümumilikdə Böyük Qafqazın çaylarının qidalanmasında isə yay aylarında qar, qar və buzlaq suları, qış aylarında isə yeraltı suların payı daha çox olur.
Ön Qafqazın şimal ərazilərində yerləşən çayların qidalanmasında qar suları üstünlük təşkil etdiyi halda (Eya çayı) onun cənubunda yerləşən çayların qidalanmasında isə yağış sularının payı daha çox olur.(Məs: Kalays). Buraya Azov-Kuban və Stavropol yaylasından axan çayların hamısını misal göstərmək olar.
Böyük Qafqazın çimal yamacının orta dağlıq ərzilərinin çaylarının qidalanmasında əsasən qarışıq mənbələrin suları iştirak edir. Böyük Qafqazın cənub yamacının ortadağlıq zonalarının və Kiçik Qafqazın cənub-şərq yamacı çaylarının qidalanmasında yağış suları üstünlük təşkil edir (məs: Kvirila)
Öncədən qeyd olunduğu kimi yüksəkdağlıq zonalarının çayları üçün buzlaq və qar suları ilə qidalanma xarakterikdir. Böyük Qafqazın çaylarının axımında onların payı 40-45%, mərkəzi hissələrinin illik axımının 30-36%-ni (Kuban və Teberdic) təşkil edir.
Öz başlanğıcını Kiçik Qafqazın Murovdağ, Zəngəzur və Araqas silsilələrindən götürən çayların qidalanmasında da qar və buzlaq suları iştirak edir. Naxçıvan və Voxci çaylarını buna misal göstərmək olar.
Qafqaz çox mürəkkəb oroqrafik quruluşa malik olduğundan regionun bütün çaylarında su rejiminin dövrləri, fazaları müşahidə olunur. Lakin bu fazaların davamiyyəti və başvermə müddətləri ərazinin iqlim şəraitindən, geoloji quruluşundan, coğrafi mövqeyindən, dəniz səviyyəsindən olan hündürlüyündən və.s –dən olaraq müxtəlif olur.
Dostları ilə paylaş: |