müxtəlifliyi prinsipi xeyli dərəcədə gözlənilir. Əgər bu əmtəələr qarşılıqlı
mübadiləyə, eyni tələbatın ödənilməsinə malikdirsə, onda bazar rəqabəti satıcıların
(istehsalçıların) məhdud sayı olduğu şəraitdə yaranır və elə bil əmtəələr arasındakı
rəqabətə keçir. Daha ümumi görünüşdə inhisarçı rəqabəti özündə oxşar, lakin identik
olmayan məhsulları satışa təklif edən, satıcıların sayının çox olduğu (onlarla) bir
bazar strukturunu əks etdirir. Bu zaman inhisarçı rəqabət bazarında təmsil olunan
hər bir firma başqa firmların hərəkətlərinə reaksiya, fikir vermədən özünü tam
4
müstəqil hiss edə bilər. Bu cür sahələrə üst geyimləri, ayaqqabı, kosmetika
mallarının istehsalını,
kitab nəşrini, turizmi misal göstərmək olar.
İnhisarçı rəqabət şəraitində rəqabətin aləti nəinki qiymət, hətta bu və ya digər
əmtəənin keyfiyyəti də çıxış edir. İnhisarçı rəqabət bazarında material, stil, işin
keyfiyyəti cəhətdən fərqlənən geyim, daimi alıcılar güzəştlər, kreditə satılmaqla
bağlı olan ticarət təklif olunur. İnhisarçı rəqabət şəraitində istehsalçıların
məhsulların qiymətlərinə nəzarət etməyə imkanları məhduddur. Çünki, alıcılar və
satıcılar bir- birilərinə təbii bağlı deyillər, alıcılar özləri bu və ya digər məhsulun
qiymətini müəyyən edirlər. İnhisarçı rəqabəti xarakterizə edən cəhətlərdən biri də
odur ki, bu şəraitdə sahəyə yeni firmanın daxil olması asandır, bu da praktiki olaraq
firmalar arasında gizli danışıqların, sazişlərin yaranmasının qeyri- mümkünlüyünə
səbəb olur.
Müasir bazar iqtisadiyyatına daha tipik olan bazarlardan biri də oliqapolik
bazardır (yunan dilindən “oligos” – “az” və “poleo” – “satıram”). Bu cür bazar
adətən bir neçə nisbətən böyük, satış miqyasına və təsir dərəcəsinə görə yaxın olan
iştirakçılardan ibarət olur. Oliqapoliyanın əsas müəyyən edilən əlaməti- bazarda
hakim satıcıların( istehsalçıların) sayının məhdudluğu, azlıq təşkil etməsidir.
Dostları ilə paylaş: