dövlətlərin hava məkanından «dinc uçub keçməsini» nəzərdə tuturdu. 1929-cu ildə
ikinci çoxtərəfli müqavilə – Beynəlxalq hava daşımalarına aid olan bəzi qaydaların
unifikasiyası üzrə Varşava Konvensiyası bağlandı.
Beynəlxalq hava hüququ sahəsində ən mühüm akt 1944-cü ildə imzalanmış
Beynəlxalq mülki aviasiya haqqında Çikaqo Konvensiyasıdır. Bu Konvensiyada
dövlətin öz hava məkanı üzərində tam və müstəqil suverenliyi prinsipi birmənalı
şəkildə təsbit olunmuşdur. Konvensiyada iştirakçı dövlətlərin ərazisi üzərindən
uçuş qaydaları, mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblər
öz əksini tapmışdır. Çikaqo Konvensiyasının ikinci hissəsində Beynəlxalq mülki
aviasiya təşkilatının (İKAO) təşkili və fəaliyyətinin hüquqi əsasları müəyyən
edilmişdir. Azərbaycan Respublikası bu Konvensiyanın iştirakçısıdır.
Bunlardan əlavə, beynəlxalq mülki aviasiyanın fəaliyyətinə qeyri-qanuni
müdaxilə aktları ilə mübarizə məsələlərinə həsr olunmuş konvensiyaları, habelə
ikitərəfli sazişləri göstərmək olar (məsələn, Azərbaycan Respublikasının Rusiya
Federasiyası ilə 1993-cü ildə bağladığı Hava əlaqəsi haqqında Saziş).
Beynəlxalq hava hüququ sahəsində beynəlxalq adətlər öz əhəmiyyətini
saxlayır. Çikaqo Konvensiyasında iştirak etməyən dövlətlər üçün bi sıra mühüm
normalar, o cümlədən dövlətin öz hava məkanı üzərində suverenliyi prinsipi məhz
adət «statusuna» malikdir. Bu sahədə digər adət normaları da mövcuddur: məsələn,
dövlət, istənilən hava məkanında onun reyestrinə daxil edilmiş hər bir hava gəmisi
üzərində öz yurisdiksiyasını saxlayır; fəlakət zamanı hava gəmisi icazə olmadan
xarici dövlətin hava ərazisinə daxil ola bilər və s.
Dostları ilə paylaş: