1. Beynəlxalq hava hüququnun anlayişi və mənbələri
Beynəlxalq hava hüququ beynəlxalq hüququn aparıcı sahələrindən biridir.
Beynəlxalq hava hüququ dövlətlər arasında mülki aviasiyanın fəaliyyətini və hava
məkanından istifadəni beynəlxalq hüquq normaları və milli hüquq normaları
əsasında tənzimləyir.
Beynəlxalq hüququn bir sahəsi olub, hava məkaninin hüquqi statusunu
və beynəlxalq uçuşlari və ondan istifadə recimi ilə bağli dövlətlərarasi
münasibətləri nizama salan beynəlxalq-hüquqi normalarin məcmusuna
deyilir.
Beynəlxalq hava hüququnun tətbiq sahəsindən danışarkən nəzərə almaq
lazımdır ki, hava məkanı (dünya okeanının səviyyəsindən kosmik fəzanın
sərhədinə qədər olan sahə) iki növə – dövlətlərin
quru və su ərazisi üzərində
yerləşən suveren hava məkanına və dövlət sərhədlərinin hüdudlarından kənarda
yerləşən açıq hava məkanına ayrılır. Dövlətlər BMT-nin və digər beynəlxalq
təşkilatların bərabər hüquqlu üzvü olduğu səbəbdən
mülki aviasiya sahəsində öz
fəaliyyətini və hava məkanından istifadə qaydalarını beynəlxalq hüquq normaları
və milli hüquq normaları əsasında həyata keçirir.
Dövlətin hava məkanının hüquqi
rejimi milli qanunvericiliklə nizamalayarkən , beynəlxalq hava əlaqələrinə aid olan
öz beynəlxalq öhdəliklərini mütləq nəzərə almalıdır.
Buna əsasən
beynəlxalq hava hüququnun predmetinə aşağidaki münasibətlər
aid edilir:
Beynəlxalq hava uçuşlarının təşkili ilə əlaqədar münasibətlər;
Xarici hava nəqliyyat müəssisələrinin fəaliyyəti ilə əlaqədar
münasibətlər;
Dövlətlərin hava gəmilərinin beynəlxalq uçuşlarında
təhlükəsizliyin
təmin edilməsi ilə əlaqədar münasibətlər.
Beynəlxalq hava hüququnun əsas mənbəyi beynəlxalq müqavilələrdir. Bu
sahədə ilk çoxtərəfli müqavilə 1919-cu il Paris Konvensiyası olmuşdur.
Konvensiyada dövlətlərin öz hava məkanı üzərində müstəsna suverenliyi birbaşa
təsbit olunmuşdu. Eyni zamanda, Konvensiya əcnəbi
hava gəmilərinin başqa
dövlətlərin hava məkanından «dinc uçub keçməsini» nəzərdə tuturdu. 1929-cu ildə
ikinci çoxtərəfli müqavilə – Beynəlxalq hava daşımalarına aid olan bəzi qaydaların
unifikasiyası üzrə Varşava Konvensiyası bağlandı.
Beynəlxalq hava hüququ sahəsində ən mühüm akt 1944-cü ildə imzalanmış
Beynəlxalq mülki aviasiya haqqında Çikaqo Konvensiyasıdır. Bu Konvensiyada
dövlətin öz hava məkanı üzərində tam və müstəqil suverenliyi prinsipi birmənalı
şəkildə təsbit olunmuşdur. Konvensiyada iştirakçı dövlətlərin ərazisi üzərindən
uçuş qaydaları, mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblər
öz əksini tapmışdır. Çikaqo Konvensiyasının ikinci
hissəsində Beynəlxalq mülki
aviasiya təşkilatının (İKAO) təşkili və fəaliyyətinin hüquqi əsasları müəyyən
edilmişdir. Azərbaycan Respublikası bu Konvensiyanın iştirakçısıdır.
Bunlardan əlavə, beynəlxalq mülki aviasiyanın fəaliyyətinə qeyri-qanuni
müdaxilə aktları ilə mübarizə məsələlərinə həsr olunmuş konvensiyaları,
habelə
ikitərəfli sazişləri göstərmək olar (məsələn, Azərbaycan Respublikasının Rusiya
Federasiyası ilə 1993-cü ildə bağladığı Hava əlaqəsi haqqında Saziş).
Beynəlxalq hava hüququ sahəsində beynəlxalq adətlər öz əhəmiyyətini
saxlayır. Çikaqo Konvensiyasında iştirak etməyən dövlətlər üçün bi sıra
mühüm
normalar, o cümlədən dövlətin öz hava məkanı üzərində suverenliyi prinsipi məhz
adət «statusuna» malikdir. Bu sahədə digər adət normaları da mövcuddur: məsələn,
dövlət, istənilən hava məkanında onun reyestrinə daxil edilmiş hər bir hava gəmisi
üzərində öz yurisdiksiyasını saxlayır; fəlakət zamanı hava gəmisi icazə olmadan
xarici dövlətin hava ərazisinə daxil ola bilər və s.
Dostları ilə paylaş: