2. BEYNƏLXALQ HAVA HÜQUQUNDA BEYNƏLXALQ UÇUŞLARIN
HÜQUQI REJIMI.
Mülki aviasiya bu gün beynəlxalq aləmdə təkcə
sərnişin və yük daşima
rolunu deyil, həm də dövlətlərarasi iqtisadi, mədəni, siyasi münasibətlərin
möhkəmləndirilməsində müstəsna rol oynayir. Bu baximdan, beynəlxalq aləmdə mülki
aviasiyanin daha intensiv inkişafi üçün hava məkaninin hüququ rejiminin aviasiya
xidməti işinin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir.
Dövlətlərin ərazisi üzərində mövcud hava məkanindan beynəlxalq uçuşlarin
nizama salinmasi, dövlətlərin qəbul etdikləri qanunvericiliklə, o cümlədən çoxtərəfli və
ikitərəfli beynəlxalq müqavilələrlə hüququ qaydada tənzimlənir.
Hava gəmisi uçuşunun beynəlxalq uçuş kimi
təsdiq edilməsi üçün vacib
şərtlərdən biri də onun iki dövlətin hava məkanini kəsib keçməsidir. Bu vacib əlamət
«beynəlxalq uçuş» anlayişinin əsasini təşkil edir. Öz-özlüyündə digər dövlətin hava
məkanındakı uçuş beynəlxalq uçuş sayıla bilməz. Söhbət yalnız o uçuşdan gedə bilər ki,
onun başlanması və ya başa çatması xarici dövlətin ərazisində baş verir. Uçuş
bütövlükdə (onun bir mərhələsi yox) bir dövlətin içərisində planlaşdırılıbsa, bu, daxili
uçuş hesab olunur. Ümumiyyətlə hava məkanındakı uçuşların aşağıdakı növləri vardır:
1. Bir dövlətin ərazisindən başqa dövlətin ərazisinə.
Bu uçuşlar da öz növbəsində bir neçə cür olur:
a) iki dövlətin sərhədini ani kəsib keçməklə həmsərhəd dövlətə uçuşlar;
b) açıq dəniz rayonunu kəsib keçməklə;
c) üçüncü dövlətin ərazisindən tranzit (enmədən) uçub keçməklə;
ç) beynəlxalq boğazlardan və ya arxipelaq sularından tranzit uçub keçməklə.
2. Açıq dəniz rayonundan və ya Antarktikadan xarici dövlətin ərazisinə və
geriyə;
3. Açıq dənizin bir rayonundan və ya Antarktikadan açıq
dənizin digər
rayonuna, beynəlxalq boğazlardan və ya arxipelaq sularından tranzit uçub
keçməklə;
4. Açıq dəniz və ya Antarktika hüdudlarında, beynəlxalq boğazlardan və ya
arxipelaq sularından tranzit uçub keçmədən;
5. Hava gəmisinin qeydiyyatda olduğu (gəmini istismar edən) dövlətin
ərazisindən açıq dənizə və ya Antarktikaya və geriyə (balıq ehtiyatlarının
kəşfiyyatı, elmi tədqiqatlar aparılması məqsədilə və s.);
6. Hava gəmisinin qeydiyyatda olduğu (gəmini istismar edən) dövlətin
ərazisinin bir
hissəsindən digər hissəsinə, xarici dövlətin ərazisini tranzit uçub
keçməklə (məsələn, ABŞ-ın mərkəzi hissəsindən Kanadadan keçməklə
Alyaskaya);
7. Hava gəmisinin qeydiyyatda olduğu (gəmini istismar edən) dövlətin
ərazisinin bir hissəsindən digər hissəsinə, beynəlxalq boğazlardan və ya arxipelaq
sularından tranzit uçub keçməklə;
8. Bir dövlətin hüdudlarında daxili uçuşlar (həmin ölkənin milli hüququnun
məhdud məqsədlərlə həyata keçirilən uçuşlar).
Beynəlxalq uçuşlar haqqinda dövlətlər öz
hava məkaninda bu məkanin
suverenlik prinsipi əsasinda xarici dövlətlərə mənsub olan hava gəmisinin dövlət
sərhəddini keçməsi qaydasini mövcud olan prinsiplər əsasinda müəyyən edirlər. Habelə
dövlətlər öz hava məkani hüdudunda bütün hava hərəkətlərini qüvvədə olan normalar
əsasinda nizama salir və öz yurisdiksiyasini həyata keçirirlər. Xarici dövlətlərə mənsub
olan hava gəmilərinin başqa dövlətin ərazisində olan zaman həmin dövlətin beynəlxalq
uçuşlari tənzimləyən və qüvvədə olan bütün qanunlarina və qaydalarina tabe olmalari
haqqinda prinsiplər beynəlxalq hava hüququnda hami tərəfindən qəbul edilmiş
normalardir.
Hər hansi bir xarici dövlətə mənsub olan hava
gəmisinin başqa dövlətin
ərazisi üzərindən uçuşlari həmin dövlətin tam və müstəsna suveren hüququna aiddir. Bu
o deməkdir ki, dövlətin yer və su ərazisi üzərində yerləşən hava məkanindan beynəlxalq
uçuşlar üçün yalniz həmin dövlətin raziliği olduğu halda həyata keçirə bilər.
Beynəlxalq uçuşlar müntəzəm surətdə, yəni maraqli dövlətlər arasinda
razilaşdirilmiş qaydalar üzrə və ya qeyri-müntəzəm, yəni cədvəldənkənar surətdə yerinə
yetirilə bilər.
Qəbul olunmuş Çikaqo konvensiyasinin müddəalarinda nəzərdə tutulur ki,
başqa dövlətlərin ərazisi üzərindən və ya ərazisinə həmin dövlətin xüsusi icazəsi
olmadan müntəzəm uçuşlar həyata keçirilə bilməz.
Müntəzəm uçuşlarin həyata keçirilməsi, bir qayda olaraq, bu məqsədlə xüsusi
təyin olunmuş aviasiya müəssisələri tərəfindən bağlanilan
müqavilədə göstərilən hava
xətləri üzrə yerinə yetirilir.
Praktiki olaraq, bağlanilan hər hansi ikitərəfli müqavilələrdə belə müddəa
nəzərdə tutulur ki, raziliğa gələn hər bir tərəfin öz ərazisi üzərindən xarici dövlətlərə
məxsus olan hava gəmilərinin uçuşlarinin marşrutlarini müəyyən etməyə səlahiyyətləri
vardir.
Ikitərəfli müqavilələrdə hava xəttləri üzrə uçuşlarin təhlükəsizliyini təmin
etməyə yönəlmiş bir sira qarşiliqli vəzifələr nəzərdə tutulur.
Ilk əvvəl tərəflər təyin
olunmuş aviasiya müəssisəsinin hava gəmilərinə hava xətlərinin istismarina zəruri olan
yerüstü radio, işiq texnikasi və digər aeronaviqasiya avadanliği ilə təmin etməlidir.
Dövlətlər arasinda bağlanilan müqavilədə nəzərdə tutulan hava xətləri üzrə
uçuşlarin təhlükəsizliyi, habelə dövlətlərin ərazisi üzərindən müəyyən edilmiş
istiqamətlər üzrə xarici ölkəyə məxsus olan hava gəmisinin uçuşuna aid olan kompleks
məsələlər dairəsi üzrə məlumatlarin vaxtinda və dəqiq verilməsindən asilidir. Bir çox
ölkələrin bağladiqlari ikitərəfli müqavilələrdə nəzərdə tutulmuş elə müddəalar vardir ki,
bağlanmiş müqavilənin iştirakçilari tərəfindən uçuşlar
zamani hansi məlumatlarin
verilməsi müqavilə şərtlərində öz əksini tapir.
Dostları ilə paylaş: