Mövzu 17. Beynəlxalq hava hüququ p L a n


Beynəlxalq hava hüququnun prinsipləri



Yüklə 316,26 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix02.06.2023
ölçüsü316,26 Kb.
#123523
1   2   3   4   5   6   7   8   9   10
158 movzu 17. beynelxalq hava huququ

 Beynəlxalq hava hüququnun prinsipləri 
Dövlətlər arasında hava əlaqələrinin yaranması sahəsində beynəlxalq hüquqi 
təcrübənin və beynəlxalq hava hüququnun əsas prinsiplərinin müstəsna rolu vardır. 
Beynəlxalq hava hüququnun bu prinsipləri dövlətlər arasında yalnız mülki aviasiya 
sahəsində fəaliyyətə və hava məkanından istifadə qaydalarına tətbiq olunur. Bu 
prinsiplərə dövlətlər tərəfindən ciddi surətdə riayət edilməlidir. Əks halda dövlətlər 
arasında beynəlxalq hava əlaqələrinin həyata keçirilməsi mümkün ola bilməz.


Beynəlxalq hava hüququnun aşağıdakı prinsipləri vardır: 
a) öz hava məkanı üzərində dövlətin tam və müstəsna suverenliyi. 
Öz geniş formasına, əhəmiyyətinə və dərin məzmununa görə beynəlxalq hava 
hüququnda əsas mərkəzi prinsiplərdən biri kimi hesab edilən "dövlətlərin öz ərazisi 
hüdudunda hava məkanına tam və müstəsna suverenliyi" prinsipidir. Dövlətin suveren 
hava məkanından əcnəbi uçuş aparatları yalnız icazə qaydasında istifadə edə bilər. Bu 
icazə ya müvafiq dövlətlərarası müqavilədə təsbit oluna bilər, ya da dövlətin səlahiyyətli 
orqanı tərəfindən birdəfəlik uçuş üçün verilə bilər.
Mövcud olan bu prinsip beynəlxalq hava hüququnun bir sıra digər 
prinsiplərinin və beynəlxalq hüquq normalarının mahiyyətini, habelə hava məkanından 
istifadə edilməsi ilə əlaqədar yaranan konkret hüquqi münasibətlərin xarakterini və 
xüsusiyyətlərini müəyyən edir və tənzimləyir. Hava məkanında dövlətin bütöv və 
mütləq suverenliyi dövlət müstəqilliyinin ayrılmaz və tərkib hissəsidir. Bu o deməkdir 
ki, dövlət müstəqilliyinin və suverenliyinin ümumi xüsusiyyətləri dövlətin bütün 
ərazisində ali qüvvəyə malikdir və beynəlxalq münasibətlərin qurulmasında və həyata 
keçirilməsində müstəqildir. Dövlət ərazisi üzərindəki hava məkanına da müstəqilliyin və 
suverenliyin ali prinsipləri şamil olunur.
Dövlətin müstəqillik və suverenlik prinsipinin vacibliyi ondadır ki, dövlət öz 
ərazisi üzərindəki hava məkanının hüquqi rejimini və fəaliyyətini beynəlxalq hüquq 
normaları və milli qanunvericilik əsasında müəyyən edir, tənzimləyir və həyata keçirir. 
Dövlət müstəqilliyi və suverenliyi həmin dövlətin bütün ərazisi üzərindəki (ərazi suları 
da daxil olmaqla) hava məkanında qüvvədədir.
Dövlət ona məxsus olan hava məkanının hüquqi rejimini öz iradəsi ilə 
müəyyən etməli və bununla bağlı olaraq qəbul olunmuş milli qanunlar və normalar 
digər ölkələrin hava məkanlarının suveren hüquqlarının pozulmasına yönəlməməlidir.
Dövlətin ərazi hüdudlarında uçuş zamanı və ya bu ərazidə olarkən, əcnəbi 
hava gəmiləri həmin dövlətin müəyyən etdiyi müvafiq qanun və qaydalara ciddi surətdə 
riayət etməlidir. 
Bununla belə, dövlət öz hava məkanından elə istifadə etməlidir ki, bu zaman başqa 
dövlətlərin hüquq və qanuni mənafelərinə zərər dəyməsin. 


Sözügedən prinsipə müvafiq olaraq, hər bir dövlət öz hava məkanında beynəlxalq 
uçuşların marşrutlarını və lazım olduqda, belə uçuşlar üçün qadağan zonaları təyin edir, 
habelə radiorabitə və uçuşların təhlükəsizliyinin təmin edilməsi 
ilə bağlı qaydalar müəyyən edir. 
Əcnəbi hava gəmilərinə, onların ekipajına və dövlətə gələn və ya onu tərk edən 
sərnişinlərə həmin dövlətdə mövcud olan pasport, gömrük, sanitar və digər qaydalar 
şamil edilir. 
Qüvvədə olan beynəlxalq hava hüququ prinsipinin məzmununa görə dövlətlər 
aşağıdakı hüquqları həyata keçirmək hüququna malikdirlər:
1) dövlətin ərazisi hüdudunda hava hərəkətlərinin tənzimlənməsinə və nizama 
salınmasına aid olan hüquqlar;
2) dövlətin ərazisində olan mülki aviasiyaya məxsus hava nəqliyyatı 
müəssisələrinin kommersiya fəaliyyətinin nizama salınmasına aid olan hüquqlar;
3) ölkə ərazisində olan hava gəmilərinə, onların ekipajlarına və həmin 
gəmilərdə olan sərnişinlərə, yüklərə və poçta dövlətin inzibati, mülki, cinayət və sairə 
yurisdiksiyasının həyata keçirilməsinə aid olan hüquqlar.
Beynəlxalq hava əlaqələrinin nizama salınmasına aid olan hüquqlar qrupuna 
aşağıdakılar aiddir:
1) xarici hava gəmilərinin uçuşlarına icazələrin verilməsi qaydasını və 
şərtlərini müəyyən etmək hüququ;
2) dövlət sərhəddinin kəsib keçmə yerini müəyyən etmək hüququ;
3) xarici hava gəmilərinin müntəzəm uçuşları üçün açıq olan marşrutları 
müəyyən etmək hüququ;
4) xarici hava gəmilərinin yerə enməsi üçün açıq olan aeroportların siyahısını 
müəyyən etmək hüququ;
5) uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə xarici hava gəmilərinə və 
onların ekipajlarına edilən tələbləri müəyyən etmək hüququ;
6) uçuşların aeronaviqasiya təminatının yerüstü vasitələrindən istifadə 
edilməsi qaydasını və şərtlərini müəyyən etmək hüququ.


İkinci qrupa dövlət tərəfindən onun ərazisi üzərində beynəlxalq hava 
əlaqələrini həyata keçirən zaman yaranan kommersiya məsələlərinin tənzimlənməsi və 
nizama salınması ilə bağlı bütün konkret hüquqlar daxildir.
Üçüncü qrup cinayət, mülki və inzibati yurisdiksiyanın məsələləri ilə bağlıdır. 
Ölkələr öz hava məkanının sərəncamçısı olmaqla, digər ölkələrə məxsus olan hava 
gəmilərinin uçuşları üçün icazə sistemlərini müəyyən etməklə bərabər, öz ərazisi 
məkanında dövlət cinayət sanksiyalarını milli qanunlar əsasında hava gəmisinin ölkənin 
hava məkanında qaydaları pozduğu halda tətbiq etmək hüququna malikdir. Dövlət 
tərəfindən cinayət sanksiyalarının tətbiq edilməsində əsas məqsəd ölkənin siyasi və 
iqtisadi maraqlarını təmin etmək, o cümlədən, dövlətin təhlükəsizliyini və hava 
gəmisinin hava məkanında uçuşunun təhlükəsizliyini təmin etməkdən ibarətdir.

Yüklə 316,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin