Mövzu 17. Beynəlxalq hava hüququ p L a n


c) beynəlxalq mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi



Yüklə 316,26 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix02.06.2023
ölçüsü316,26 Kb.
#123523
1   2   3   4   5   6   7   8   9   10
158 movzu 17. beynelxalq hava huququ

c) beynəlxalq mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi. 
Beynəlxalq hava hüququnun əsas prinsiplərindən biri də beynəlxalq mülki 
aviasiyanın təhlükəsizliyinin təmin edilməsi prinsipidir.
Beynəlxalq mülki aviasiya haqqında 1944-cü ildə qəbul olnmuş Çikaqo 
Konvensiyası "təhlükəsizlik" termini haqqında geniş formada açıqlama vermişdir. 
Həmin termin anlayışı üç qrup normalara bölünür.
Birinci qrupda "təhlükəsizlik" termini bir qədər dar mənada işlənir. Bu qrupa 
aşağıdakı müddəalar daxildir:
1) dövlət öz hava gəmiləri üçün qaydaları müəyyən edərkən mülki hava 
gəmilərinin uçuşlarının təhlükəsizliyi nəzərə alınmalıdır. (Çikaqo Konvensiyasının 46-cı 
maddəsi);
2) qeyri-müntəzəm uçuşlarda uçuşun təhlükəsizliyi məqsədi ilə lazımi 
aeronaviqasiya vasitələri olmayan rayonlarda hərəkət etmək niyyətində olan hava 
gəmilərindən uçuşa xüsusi icazənin alınmasını tələb etmək (maddə 5);
3) aeronaviqasiya təminatının vasitələri hava hərəkətinin təhlükəsizliyi və 
operativliyi (cəldliyi) məqsədilə verilir (maddə 15);


4) pilotsuz hava gəmisinin uçuşuna elə nəzarət edilməlidir ki, mülki hava 
gəmilərinin uçuşlarında təhlükənin yaranması halı istisna olunsun (maddə 8).
İkinci qrupa o müddəalar daxil edilir ki, onlarda mülki aviasiyadan istifadə 
edilməsinin təsiri ictimai fəaliyyətin digər sahələrinin təhlükəsizliyinə zəmanət versin.
Üçüncü qrupda "təhlükəsizlik" termini bir qədər geniş mənada işlənir və bu 
qrupu mülki aviasiyanın təhlükəsizliyinə aid olan bütün müddəalar təşkil edir.
Bu prinsipdən dövlətlər üçün iki başlıca vəzifə irəli gəlir: 
1. aviasiya texnikasının, hava limanlarının, köməkçi xidmətlərin və hava 
marşrutlarının texniki etibarlılığını təmin etmək üzrə tədbirlər görmək; 
2. mülki aviasiyanın fəaliyyətinə qeyri-qanuni müdaxilə aktları ilə mübarizə 
aparmaq. 
Birinci vəzifənin həyata keçirilməsində Beynəlxalq mülki aviasiya təşkilatının 
(İKAO) böyük rolu vardır. Bu təşkilat çərçivəsində dövlətlər mütəmadi olaraq hava 
gəmilərinin uçuşa yararlılığı, uçuş və texniki heyətin lazımi peşə hazırlığı, rabitə 
sistemləri və aeronaviqasiya xəritələri, hava limanlarının və enmə meydançalarının 
xarakteristikası və aviasiyanın təhlükəsizliyi ilə bağlı bütün digər məsələlərə aid 
beynəlxalq reqlamentlər işləyib hazırlayırlar. 
İkinci vəzifənin həyata keçirilməsi ilə əlaqədar dövlətlər beynəlxalq 
müqavilələr bağlayır və beynəlxalq mülki aviasiya üçün təhlükə törədən cinayət 
əməlləri ilə mübarizənin beynəlxalq-hüquqi və dövlətdaxili vasitələrini müəyyən 
edirlər. Bu sahədə üç əsas universal müqavilə mövcuddur:
- Hava gəmisində törədilən hüquq pozuntuları və bəzi digər aktlar haqqında 
1963-cü il Tokio Konvensiyası; 
- Hava gəmilərinin qeyri-qanuni ələ keçirilməsi ilə mübarizə haqqında 1970-ci 
il Haaqa Konvensiyası; 
- Mülki aviasiyanın təhlükəsizliyi əleyhinə yönəlmiş qeyri-qanuni aktlarla 
mübarizə haqqında 1971-ci il Monreal Konvensiyası. 
Tokio Konvensiyası hava gəmisində törədilən istənilən cinayətlərə tətbiq 
edilir. Haaqa Konvensiyasına görə, uçuşda olan hava gəmisində şəxs o halda 
cinayət törətmiş sayılır ki: 


- «a) qeyri-qanuni olaraq, zorakılıq yolu ilə və ya zorakılıq tətbiq edilməsi ilə 
hədələməklə və yaxud istənilən digər formada qorxutma yolu ilə bu hava gəmisini 
ələ keçirir və ya onun üzərində nəzarət həyata keçirir, yaxud istənilən belə bir 
hərəkət törətməyə cəhd edir; 
b) istənilən belə bir əməlin törədilməsində və ya törədilməyə cəhd 
edilməsində iştirakçı kimi çıxış edir» (1-ci maddə).
Monreal Konvensiyası beynəlxalq mülki aviasiya üçün təhlükəli olan cinayət 
əməllərinin siyahısını genişləndirmişdir. Konvensiyanın 1-ci maddəsinə əsasən, 
aşağıdakı əməllərdən birini qeyri-qanuni və qəsdən törətmiş şəxs cinayət etmiş 
sayılır: 
a) uçuşda olan hava gəmisindəki şəxsə qarşı zorakılıq aktı törədilməsi, əgər bu 
akt həmin hava gəmisini təhlükəyə məruz qoyarsa; 
b) istismarda olan hava gəmisinin məhv edilməsi və ya hava gəmisinə, onu 
sıradan çıxaran və ya uçuş zamanı onu təhlükəyə məruz qoya bilən zədə 
yetirilməsi; 
c) istismarda olan hava gəmisinə hər hansı bir üsulla qurğu və ya maddə 
qoyulması və ya buna gətirib çıxara bilən müəyyən hərəkətlər edilməsi, əgər bu 
qurğu və ya maddə həmin hava gəmisini dağıda və ya onu sıradan çıxara bilərsə və 
yaxud onu uçuş zamanı təhlükəyə məruz qoya bilən zədə yetirə bilərsə
d) aeronaviqasiya avadanlığının məhv edilməsi və ya zədələnməsi və yaxud 
onun istismarına müdaxilə edilməsi, əgər istənilən belə bir akt uçuşda olan hava 
gəmilərini təhlükəyə məruz qoya bilərsə
e) bilərəkdən yalan məlumatlar verilməsi, əgər bu, uçuşda olan hava gəmisini 
təhlükəyə qoya bilərsə. 
Göstərilən maddənin 2-ci hissəsinə görə, yuxarıda sadalanan cinayətlərdən hər 
hansı birini törətməyə cəhd edən və ya istənilən belə bir cinayətin törədilməsində 
iştirakçı kimi çıxış edən hər hansı bir şəxs də cinayət törətmiş sayılır. 

Yüklə 316,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin