üzərindəki hava məkanında uçuş aparatlarının azad uçuşları həyata keçirmək
hüququna malikdirlər. Lakin uçuşların azadlığı hədsiz deyil. Belə ki, dövlət açıq
dəniz üzərindəki hava məkanında uçuşu həyata keçirərkən, ona başqa dövlətlərin
həmin prinsip əsasında hüquqlarını, habelə beynəlxalq hüququn digər prinsiplərini
pozmağa icazə verilmir. Açıq dəniz üzərindəki hava məkanı hər hansı bir dövlətin
hakimiyyət dairəsinə daxil deyildir.
Açıq dəniz üzərindəki hava məkanından istifadə etmək üçün bütün dövlətlərin
aşağıdakı hüquqları vardır.
1) mülki və hərbi uçuş aparatlarının uçuşlarını maneəsiz həyata
keçirmək;
2) öz hava gəmisinə və onun ekipajına onlara məxsus olan yurisdiksiyanı
həyata keçirmək;
3) təhlükəsizliyi təmin etmək məqsədilə hava gəmilərinin uçuşlarının idarə
olunması və onlara nəzarət edilməsi üçün aeronaviqasiya vasitələrini tətbiq etmək;
4) dənizdəki şəraitə,
yəni dənizdə üzən hərbi, elmi-tədqiqat və ticarət
gəmilərinə onların öz mənafeləri üçün hava gəmilərindən nəzarət etmək;
5) beynəlxalq qaydaları və sahilboyu dövlətlərin qanunlarını pozmasına görə
açıq dənizdə ticarət dəniz gəmisini təqib etmək;
6) dəniz quldurluğu ilə mübarizə aparmaq üçün başqa hava gəmilərini bu işə
cəlb etmək;
7) dənizdə qanunsuz ticarət edənlərlə mübarizə aparmaq üçün hava gəmilərini
bu işə cəlb etmək. Açıq dəniz üzərindəki hava məkanında uçuşları
həyata keçirərkən,
yuxarıda göstərilən hüquqları daxil olmaqla yanaşı, dövlətlərin üzərinə müəyyən
vəzifələr də qoyulmuşdur.
Belə ki, açıq dəniz üzərində azad uçuşlardan istifadə edərkən dövlətlər
aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar:
1) İKAO tərəfindən tövsiyyə edilmiş uçuş qaydalarına riayət etmək;
2) radioaktiv materialların tətbiq edilməsi nəticəsində açıq
dəniz üzərindəki
hava məkanının çirklənməsinin qarşısını almaq;
3) açıq dəniz üzərindəki hava məkanında hər cür münaqişələrin qarşısını
almaq;
4) bədbəxt hadisələrə və təbii fəlakətə uğramış dəniz və hava gəmilərinə
yardım göstərmək;
5) açıq dəniz üzərindəki hava məkanından hər hansı nüvə sınaqlarının
keçirilməsi üçün istifadə etməmək;
6) öz hərbi və mülki hava gəmilərinin milli fərqləndirmə nişanları və
qeydiyyat nömrəsi olmadan, onların uçuşlarına yol verməmək.
Açıq dəniz üzərində uçuşların azadlığının ayrılmaz hissəsi hava gəmilərinin
beynəlxalq dəniz boğazları üzərində uçuşlarının azadlığıdır. Beynəlxalq hüququn hamı
tərəfindən qəbul edilmiş prinsiplərinə və normalarına müvafiq olaraq beynəlxalq dəniz
boğazları üzərindəki hava məkanı xarici hava gəmilərinin maneəsiz uçuşları üçün
açıqdır.
Qeyd olunduğu kimi, beynəlxalq hava hüququ
bütün dövlətlər tərəfindən
tanınmış və qəbul olunmuş beynəlxalq hüquq normaları və prinsipləri əsasında dövlətlər
tərəfindən bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr əsasında tənzimlənir.
Dostları ilə paylaş: