Nəzərdə tutulmuş qaydada, adətən, raziliğa gələn müqavilə tərəfləri
müqavilədə aşağidaki məzmunda verilən məlumatlari göstərməlidirlər.
-təyin olunmuş və ehtiyatdaki hava limanlari barədə bütün lazimi məlumatlar;
-hər bir dövlətin ərazisi hüdudunda uçuşlarin istinqamətləri haqqinda bütün zəruri
məlumatlar;
-hava gəmiləri tərəfindən dispetçer xidmətinin proseduralarinin yerinə
yetirilməsinə zəruri olan aeronaviqasiya vasitələri haqqinda məlumatlar;
-uçuşdan əvvəl və uçuş zamani hava xətləri üzrə meteroloji şərait barədə
məlumatlar.
Açiq dəniz üzərində hava məkaninin beynəlxalq hüquqi rejiminin əsasinda
«azad uçuş» prinsipi durmuşdur. Bu prinsipə müvafiq olaraq, bütün ölkələrin, o
cümlədən sahilyani olan və olmayan ölkələrin hava gəmiləri açiq dəniz üzərindən azad
uçuş həyata keçirə bilərlər. Dövlət ərazisi üzərindəki uçuşlardan fərqli olaraq açiq dəniz
üzərindən uçuşlara heç bir aidiyyəti orqanlardan icazə almaq tələb olunmur.
Lakin azad uçuşlari həyata keçirərkən dövlətlər bir sira qüvvədə olan
qaydalara əməl etməlidirlər. Ilk əvvəl dövlətlər nəzərə almalidirlar ki, onlara məxsus
olan hava gəmiləri açiq dəniz üzərindən uçuşu həyata keçirən zaman nəzərdə tutulmuş
beynəlxalq rayonda başqa dövlətə məxsus olan dəniz və hava gəmilərinə qarşi
qanunazidd hərəkətlər etməsinlər.
Bu cür qanunazidd hərəkətlərə aşağidakilar aiddir: 1) az hündürlükdən xarici
dəniz gəmilərinin üzərindən hərbi hava gəmiləri tərəfindən qəsdən və təhlükəli dövrə
uçuşlari; 2)xarici hava gəmilərini sixma, onlara yolverilməz az hündürlükdən
yaxinlaşma; 3)açiq dənizin hava məkaninda uçuşlarin təhlükəsizliyinə real təhlükə
yaradan digər oxşar hərəkətlər.
Hava gəmisinin qeydə alindiği dövlət açiq dəniz üzərindən uçuşlar zamani
həmin gəmi barəsində onun bütün uçuşu boyunca öz yurisdiksiyasini həyata keçirir.
Açiq dəniz üzərindəki hava məkaninda olan hər hansi hava gəmisi qeydə alindiği
dövlətdən savayi heç bir dövlətdən asili deyil və toxunulmazdir. Həmin hava gəmisi
yalniz qeydə alindiği dövlətin qanunlarina tabedir. Bununla belə, başqa dövlətlərin hava
gəmilərinin kursunun və marşrutlarinin dəyişməsini tələb etməyə, onlardan uçuşlari və
yerəenmə məntəqələri barədə sorğular etməyə, habelə başqa dövlətə təhlükə yaradan və
ya onun açiq dəniz üzərindən uçuş azadliğindan bərabər istifadə etmək hüquqlarini
pozan hər hansi hərəkətlər etməyə hüququ yoxdur.
Açiq dəniz üzərindən uçan zaman hava gəmisinin qeydə alindiği dövlətin
milli fərqlənmə nişanlari və qeydiyyat nömrəsi olmalidir. Hava gəmisinin qeydiyyat
nömrəsi və fərqlənmə nişani olmadiği halda, həmin gəmi milli sayilmir və o, beynəlxalq
hüquqi müdafiədən məhrum olur.
Açiq dənizin hava məkaninin müəyyən rayonlarinda hava hərəkətlərinə
xidmət edilməsi üzrə dövlətlərin üzərinə müvafiq vəzifələr qoyulur və onlar müəyyən
hüquqlari həyata keçirirlər. Bu məqsədlə, dövlətlər özlərinin və xarici hava gəmilərinin
uçuşlarini idarə edirlər, uçuşlari planlaşdirir və uyğunlaşdirirlar. Bu hüquq və
vəzifələrin əsasinda başqa ölkələrin raziliği ilə açiq dəniz üzərindən beynəlxalq uçuşlara
xidmətetmə öhdəliyi götürülür. Adətən, belə öhdəlik maraqli dövlətlər arasinda olan
razilaşma formasinda təsbit olunur.
Buna baxmayaraq, bu cür öhdəliklər hava hərəkətinə xidməti həyata keçirən
dövlətlərə açiq dənizin hava məkanina müstəqil hüquqlar vermir.
1985-ci il «Açiq dəniz haqqinda» Cenevrə konvensiyasinin «tətbiq etmə»
həddində müddəasina müvafiq olaraq, hərbi hava gəmiləri və ya dövlət xidmətində olan
və bu işə müvəkkil olunmuş hava gəmiləri açiq dənizdə müəyyən məcburi tədbirlər,
yəni qanun - qaydalari pozan xarici hava gəmiləri barəsində ciddi məhdudlaşdirma
hərəkətləri üzrə tədbirlər görə bilərlər.
Sahilyani ölkələrin ərazi sulari üzərində arxasinda hava gəmilərini təqib
etməyə o zaman yol verilir ki, sahilyani dövlətlərin səlahiyyətli orqanlarinda hava
gəmilərinin həmin ölkənin qayda - qanunlarini pozmalari haqqinda kifayət qədər əsas
olsun. Təqibetmə daxili sularda, ərazi sularinda və ya təqib edən dövlətin sərhəd
zonasindan başlanmali və yalniz qaydani pozan gəmiyə dayanmasi barədə işarə
veriləndən sonra başlana bilər. Təqib olunan gəmi öz ölkəsinin və ya üçüncü ölkənin
ərazisinə daxil olan kimi təqib qurtarir.
1958-ci il Cenevrə konvensiyasi hərbi təyyarə tərəfindən dəniz gəmilərinin
təqib edilməsini xüsusilə nizama salinmasi üçün əsas normativ aktdir.
Ərazidə qanun - qaydalari pozan dəniz gəmisinə dayanmasi barədə əmr verən
və həmin gəmini özü saxlaya bilməyən hərbi təyyarə dəniz gəmisini o vaxta kimi təqib
etməlidir ki, sahilyani ölkənin dəniz gəmisi və ya təyyarəsi onu dəyişməyə gəlsin.
1958-ci il Konvensiyasina görə açiq dənizdə hər hansi dəniz gəmisini uçuş
aparati tərəfindən saxlanmasini əsaslandirmaq üçün yalniz uçuş aparati tərəfindən dəniz
gəmisinin törətdiyi hüquqpozmanin müəyyən edilməsi kifayət deyil. Bunun üçün gərək,
eyni zamanda, hüquq qaydasini pozan dəniz gəmisinə onun dayanmasi barədə tələb
göndərilsin.
Əgər dəniz gəmisi kifayət qədər əsaslar olmadiği halda dayandirilibsa və ya
saxlanilibsa, onda həmin dəniz gəmisinin sahibinə ona vurulan zərər ödənilməlidir.
1959-cu il Antarktika barəsində müqavilənin sahə təsiri şelf buzlaqlari daxil
olmaqla, cənub en dairəsinin 60-ci parallelin daha cənub rayonu ilə müəyyən edilmişdir.
Antarktika barəsində müqavilə öz təsirini Antarktika materikinin özünə və
yanindaki dəniz məkanina aid edir. Həmin müqavilənin əsas müddəalari Antarktika
üzərindəki hava məkaninin rejimini və oradaki uçuşlar hüququnu müəyyən edirlər.
Antarktika üzərindəki hava məkani bütün dövlətlərin mülki hava gəmilərinin
uçuşlari üçün azaddir. Burada hava gəmilərinin uçuşlari IKAO-nun standartlarina ciddi
uyğun olaraq həyata keçirilir.
Hərbi hava gəmilərinin Antarktika üzərindəki hava məkaninda uçuşlari yalniz
1959-cu ilin Müqaviləsinin məqsədlərinə görə, havadan Müqavilənin müddəalarina
riayət edilməsinə nəzarət etmək üçün həyata keçirilə bilər.
Müqavilə iştirakçisi olan dövlətlər Antarktikaya göndərdikləri bütün
ekspedisiyalar, habelə öz hava gəmilərinin həmin rayonda uçuşlari barədə əvvəlcədən
bir-birinə məlumat verməyə borcludurlar.
1944-cü il Çikaqo konvensiyasinda nəzərdə tutulur ki, açiq dəniz üzərindəki
hava məkaninda Konvensiyanin tələblərinə uyğun olaraq müəyyən edilmiş uçuş
qaydalari qüvvədədir.
Açiq dəniz üzərindəki hava məkaninin səmərəli istifadə edilməsi məqsədilə,
IKAO həmin məkanin rayonlara bölünməsi prinsiplərini hazirlamişdir. Bu rayonlarda
müvafiq idarəetmə və məlumatlarla təminetmə vasitəsilə beynəlxalq uçuşlarin xidməti
həyata keçirilir. Həmin rayonlar 4 əsas kateqoriyaya bölünürlər: 1)konsultativ, yəni
məsləhətçi hava məkani; 2)nəzarət edilən hava məkani; 3)uçuşlar üçün təhlükəli
zonalar; 4) məhdudlaşdirilmiş uçuşlar üçün rejim zonalari.
Bundan başqa, açiq dəniz üzərindəki hava məkaninda beynəlxalq uçuşlarin
nizama salinmasi IKAO-nun regional konfranslarinda həyata keçirilir. Bu konfranslarda
baxilan məsələlərin əsas dairəsi açiq dəniz rayonlari üzərində daha qənaətli beynəlxalq
trasslarin seçilməsi, müəyyən edilmiş hava trasslari üzrə uçuşlarin idarə edilməsinin
təşkili, rabitə və meteoroloji məlumatlarla təminetmə məsələləri ilə bağlidir.
Açiq dənizin azadliği prinsipinin ayrilmaz hissəsi olan beynəlxalq
boğazlardan dəniz gəmilərinin seyrinin və boğazlar üzərindəki hava məkanindan hava
gəmilərinin uçuşlarinin sərbəstliyidir.
Beynəlxalq boğazlari 2 hissəyə bölmək olar: 1)əsas beynəlxalq dünya su
yollari olan boğazlar; 2)qapali dənizlərə aparan boğazlar;
Əsas dünya su yollari olan beynəlxalq boğazlar - açiq dəniz və okeanlari və ya
açiq dənizin iki hissəsini birləşdirən boğazlardir və onlar uzun müddətdir ki, dəniz
gəmilərinin beynəlxalq seyrinə istifadə olunan dünya su yollaridir. Bu cür boğazlara La-
Manş, Hibraltar, Magellan, Sinqapur, Pa-de-kale və başqalari aiddir.
Beynəlxalq hüququn hami tərəfindən qəbul edilmiş prinsip və normalarina
müvafiq olaraq, əsas dünya su yollari olan beynəlxalq boğazlar, onlardan ticarət dəniz
gəmilərinin və hərbi dəniz gəmilərinin maneəsiz keçmələri, habelə həmin boğazlarin
üzərindəki hava məkanindan hava gəmilərinin maneəsiz uçuşlari üçün həmişə açiqdir.
Beynəlxalq boğazlar problemi BMT-nin dəniz hüququ üzrə III konfransinda
(1974-cü il) mərkəzi yerlərdən birini tutmuşdu. Həmin konfransda müxtəlif dövlətlər
beynəlxalq boğazlarin rejiminə aid layihələr təqdim etmişlər. Layihələr konfrans
iştirakçilari tərəfindən baxildiqdan sonra «Müqavilələr üçün ümumi mətn» adli qərar
qəbul olunmuşdur. Qərarin 34-cü maddəsi müəyyən edir ki, gəmilərin beynəlxalq
seyrinə istifadə olunan beynəlxalq boğazlardan hərəkət rejimi bu cür boğazlari əmələ
gətirən sularin statusuna və boğazlarla sərhədləri olan ölkələr tərəfindən onlarin belə
sular üzərindəki hava məkanin öz yurisdiksiyasini həyata keçirməsinə toxunmur.
Əsas dünya su yollari olan beynəlxalq boğazlarda bütün dəniz və hava
gəmiləri tranzitlə keçmək hüququna malikdirlər və onlara maneə törətmək olmaz.
Yalniz boğaz üzərindən tez və arasi kəsilmədən uçuşun və dəniz gəmisi
seyrinin azad həyata keçirilməsi tranzit keçidini təmsil edir.
Ümumi müddəalarla yanaşi, «Ümumi mətn» beynəlxalq boğazlardan tranzitlə
hərəkəti həyata keçirən dəniz gəmiləri və uçuş aparatlarinin konkret vəzifələrini
müəyyən edir. Bu vəzifələr aşağidakilardan ibarətdir: 1)boğazlardan və ya onun
üzərindəki hava məkanindan ləngitmədən keçmək; 2)boğazlarla sərhəddi olan
dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə qarşi hədə gəlməkdən və güc tətbiq
etməkdən çəkinmək; 3) ez və arasi kəsilmədən tranzitin adi qaydasina xas olan
fəaliyyətdən başqa hər hansi digər fəaliyyətdən çəkinmək.
Tranzit uçuşlari zamani təyyarələr açiq dəniz üzərindən uçuşlarin
təhlükəsizliyinə aid olan beynəlxalq qaydalara, üsullara, habelə IKAO tərəfindən
müəyyən edilmiş naviqasiya qaydalarina riayət etməlidirlər.
«Ümumi mətndə» göstərilmişdir ki, boğazlarla sərhəddi olan dövlətlərə
boğazlardan keçidə aid olan qanun - qaydalari qəbul etmək hüququ verilir. Lakin
onlarin tətbiq edilməsi tranzit keçidini məhrum etməməli, pozmamali və ya tranzit
keçidi hüququnu məhdudlaşdirmamalidir. Bu qanun - qaydalara bütün hava gəmiləri
tərəfindən riayət edilməlidir.
Həmin qanun - qaydalari pozan dəniz və ya hava gəmisi boğazlarla sərhəddi
olan dövlətlərə vurduğu hər hansi zərərə görə beynəlxalq məsuliyyət daşiyir.
Boğazlarla sərhəddi olan və boğazlardan istifadə edən dövlətlər öz
aralarindaki razilaşma üzrə boğazlarda zəruri naviqasiya avadanliğinin və təhlükəsizlik
vasitələrinin müəyyən edilməsi və saxlanilmasi işində əməkdaşliq etməlidirlər.
Sahilyani ölkələr isə bundan başqa, boğazlarda dəniz gəmilərinin seyrinə və ya boğaz
üzərindən hava gəmilərinin uçuşuna təhlükə barəsində müəyyən qaydada məlumat
verməyə borcludurlar.
Dostları ilə paylaş: |