Mövzu 17. Morfologiyanın tədrisi. Morfoloji təhlil. Morfologiya və onun tədrisi


görə ( yumru, yastı, uzunsov), hərəkət sürətinə görə



Yüklə 242,42 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix11.05.2023
ölçüsü242,42 Kb.
#111158
1   2   3   4   5
movzu 17

görə ( yumru, yastı, uzunsov), hərəkət sürətinə görə (sürətli, yavaş, yeyin), 
mənsubiyyətinə görə ( sinfi, tarixi, ədəbi ), vaxta görə ( axşamkı, dünənki, bugünkü ), 
yerə görə ( buralı, şəhərli, kəndli ), keyfiyyətinə görə (əla, yaxşı, orta) və s. 
fərqlənmələri şagirdlərə aydın şəkildə çatdırmalı, belə sözləri nümunələrdə işlədə 
bilməyi öyrətməliyik. Bu zaman şagirdlərin müstəqil düşünmə bacarıqlarını inkişaf 
etdirib formalaşdırmalıyıq. Sifətin dərəcələri konkret nümunələrlə şagirdlərə 
aşılanmalı ( ağ - ağımtıl, ağappaq ; qırmızı - qırmızımtıl, qıpqırmızı və s.). Sifət 
haqqında məlumatı dərinləşdirmək üçün sinonim ( kök – yoğun – dolu ; uca – uzun – 
hündür....) antonim ( şad – qəmli, çalışqan – tənbəl, qorxaq – cəsur...) çalışmalardan, 
onları cümlələrdə işlətmək və yaradıcı imla yazılardan da istifadə etmək faydalıdır.
Sayın tədrisi zamanı onun əşyanın miqdar və ya sırasını bildirdiyini, neçə? nə 
qədər? neçənci? suallarından birinə cavab verdiyini, onun qrammatik əlamətini, 
quruluşunu, mənaca növünü, orfoqrafiyasını, hansı cümlə üzvü yerində işlənə bilməsini 
şagirdlərə öyrətməliyik. Konkret çalışma nümunələri əsasında bilik, bacarıq, 
vərdişlərini yoxlamaqla möhkəmləndirməliyik.
Əvəzliyin tədrisi zamanı şagirdlərə öyrətməliyik ki, əvəzlik nitqdə əşya, əlamət, 
kəmiyyət və s. bildirən sözlərin lüzumsuz təkrarının qarşısını alannitqin üslub 
gözəlliyinə imkan yaradan nitq hissəsidir. Məsələn, Bacım orta məktəbi bitirdi. O
bu il ali məktəbə daxil olacaqdır. Cümlələrdən birincisində bacım isminin yerini ikinci 
cümlədə o əvəzliyi tutmuşdur.Bundan sonra, Biz hər tərəfi qalın meşə ilə əhatə 
olunmuş Göy gölə çatdıq. Mən belə meşə görməmişdim və s. cümlələri taxtada yazılıb 
izah edilir. Müəllim göstərir ki, ikinci cümlədəki belə sözü meşənin əlamətinə - birinci 
cümlədəki qalın sözünə işarədir.Bununla belə əvəzlikləri yersiz işlətməyə də imkan 
verilməməlidir. Onda əvəzliklər əhəmiyyətini itirər və nitqin üslubunu poza bilər. 
Nəhayət, qrammatik təhlillər və müxtəlif çalışmaların köməyilə şagirdlər əvəzliyin 
cümlədə mübtəda, xəbər,tamamlıq, təyin və zərfliklə ifadə olunduğunu bilməlidirlər. 



Yüklə 242,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin