Mövzu 17. Morfologiyanın tədrisi. Morfoloji təhlil. Morfologiya və onun tədrisi



Yüklə 242,42 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix11.05.2023
ölçüsü242,42 Kb.
#111158
1   2   3   4   5
movzu 17

mücərrəd mənalı isimləri, onların kim? nə? hara? suallarına cavab verdiyini, ümumi 
 xüsusi isimləri, kəmiyyətə görə tək  cəm olmasını, quruluşca : sadə, düzəltmə və 
mürəkkəbliyini, hallarını, mənsubiyyət şəkilçisi qəbul etməsini, topluluq bildirməsini, 
cümlədə bütün üzvlər yerində işlənməsini konkret nümunələr və praktik çalışmaların 
köməyi ilə öyrətməliyik. Eləcə də ümumi isimlərin xüsusi isimlərə çevrilməsini 
(Məs. Alabaş, Pələng, Xallı, Bozdar və s. it adı, Məstan pişik adı və s), xüsusi 
isimlərdən ümumi isimlər düzəldilməsini ( Məs. Azərbaycan–azərbaycanlı, Bakı-
bakılı, Moskva – moskvalı, Cəlilabad – cəlilabadlı və s.) , bu isimlərin bir halda böyük, 
başqa halda kiçik hərflərlə yazılmasının səbəbini şagirdlərə izah etməliyik. “ Peşə” , 
“sənət” məfhumu əmələ gətirən şəkilçilərdən (balıqçı, dənizçi, dəmirçi, bağban, 


müəllimlik, dülgərlik və s.) mücərrəd məna daşıyan (mərd-lik, gözəl-lik, yaxşı-lıq, pis-
lik və s.) sözlərin yaradılması üzrə şagirdləri işlətmək çox maraqlı yaradıcılıq tələb edir.
“ Sifət ”mövzusunun tədrisi zamanı biz şagirdlərə əşyanın “ əlamət ” və ya
“keyfiyyət ” bildirməsini izah edib başa salmalıyıq. Belə ki, əlamət əşyanın gözlə 
görünən nişanəsidir. Məs. qırmızı ( bayraq ), böyük ( bina ), uzun ( yol ), gözəl 
(mənzərə ) və s. ; keyfiyyət isə əşyanın gözlə görünməyən nişanəsidir. Məs. şirin  
(çay), duzlu ( xörək ), iradəli ( adam ) və s. 
Bu mənada əşya və hadisələrin əlamət və keyfiyyətləri, adətən, sifətlər vasitəsilə 
müəyyən olunur. Necə? nə cür? hansı? suallarına cavab olur və sifət cümlədə, əsasən, 
təyin yerində işlənir.
Müxtəlif təmrinlər vasitəsilə əşya və hadisələri səsinə görə (gurultulu, sakit, 
cingiltili), rənginə görə ( qırmızı, yaşıl, qara), dadına görə (turş, şirin, acı ), formasına 

Yüklə 242,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin