Mövzu: 1Özünü dərketmə bacarıqları p L a n



Yüklə 28,6 Kb.
səhifə4/4
tarix28.11.2023
ölçüsü28,6 Kb.
#166986
1   2   3   4
Soft skills Mövzu.1

3.Vizyon
Hər bir insanın daxilində onun gələcək vizyonu ilə bağlı məlumatlar mövcuddur. Yaşam ərzində məişət və sosial problemlər bu vizyonu bizdən gizlədir.Vizyon hər bir şəxsin həyatının və peşəkar karyerasının əsas mövzusudur.
Vizyon qısamüddətli qərarlar qəbul etmək üçün prioritetlərinizi təyin edən uzunmüddətli bir mənzərədir. Vizyon həyata istiqamət verir və eyni zamanda qərarlarınız üçün kontekstyaradır. Hara getdiyinizi bilmirsinizsə - planlamadan getdiyiniz yol sizi qeyri-müəyyən olan yerə aparacaq. Vizyon insanların potensiallarını və bundan daha artığını aşkarlamağa həvəsləndirir. Vizyon sizi digərlərinə rol model yəni nümunə edir. Digərləri həyatınızda və karyeranızda aydın şəkildə müəyyən edilmiş vizyon olduğunu gördükdə sizi təqlid edəcəkdir. Vizyonun formalaşdırılması üçün xəyali dünyanın inkişafı, beyində canlandırma, vizuallaşdırma vərdişinin yaradılması və inkişafı olduqca zəruridir. Bunun üçün bir çox alətlər mövcuddur. Nümunə olaraq, “Yubiley qaydası”nı göstərə bilərik. Bu alətin tətbiqi üçün təsəvvür edin ki, bir anlıq gələcəyə səfər edirsiniz və orada Müəyyən bir Yubileyinizi qeyd edirsiniz. Bu yaşda özünüzü necə hiss edirsiniz? Özünüzə kənardan baxın, bu yaşınızı hiss edin. Necə görünürsünüz? Özünüzün ən yaxşı versiyanızı kənardan izləyin, gözəl bədən  quruluşunda, yaxşı görünürsünüz. Bu sizin yubileyinizdir və siz görə bilərsiniz ki, özünüzü necə yaxşı hiss edirsiniz. Keçdiyiniz həyat yoluna kənardan baxarkən özünüzə afərin deyəbilərsiniz. Bu yaşda sizin üçün vacib olanlar nədir?

4. Həyat balansı
Bizi xoşbəxt edən fəaliyyətlər neqativ düşüncə və əhvalımızın həm məhsulu, həm də səbəbidir. Davranışlarımızla hərəkətə keçməklə bu dövrü qıra bilərik. Özümüzü yorğun və ya bezmiş hiss etdikdə, heç bir şey etməməyə və ya məhdud addımlar atmağa meylliyik. Biz daha passiv işlərə, məsələn, yatmaq və ya telefonda vaxt keçirməyə üstünlük veririk ki, bu da ictimailəşməni və aktiv fəaliyyətləri aşağı salır. Əslində bunun səbəbini başa düşmək asandır: əhvalımız aşağı olanda və depressiyaya düşərkən belə ən sadə tapşırıqlar çox səy və enerji tələb edir. Eyni zamanda həzz aldığımız şeylərin bir anlıq can sıxıcı olması biz idurğun fəaliyyətlərə sürükləyir. 1973-cü ildə amerikalı davranış terapevti Çarlz Foster depressiyaya düşən insanların heç bir şey etməməyə meylli olduqlarını müşahidə etmiş və həmin şəxslərin onları xoşbəxt edən və onlar üçün mənalı olan işləri də həvəssiz gördüklərini aşkar etmişdir. Fosterə görə, aktivliyin bu azalması depressiyadan xəbər verir. Onun bu müşahidələri depressiyanın 
davranış modelini inkişaf etdirdi və bu günə qədər istifadə olunmağa davam edir. Beləliklə, insanların həyat döngüsü passiv şəkildə irəliləməyə başlayır. Bu mənfi dövr birdən-birə baş vermir, əslində, aydın bir səbəb var. Hull York Tibb Məktəbinin klinik psixologiya professoru Din Makmillanın fikrincə, depressiyada müşahidə olunan əhval-ruhiyyə "böyük məzmun fərqinin" nəticəsidir. Misal üçün; Universitet həyatı tələbənin sevdiyi şeyləri etməsinə mane ola bilər. Eynilə, uzun müddətli təcrid və karantin adi həzz rejiminə mane ola və ya məhdudlaşdıra bilər. Bəs həyat balansı pozulduğu zaman nə etməliyik?! Birinci mərhələdə bir həftə ərzində etdiyiniz bütün fəaliyyətləri qeyd edin. Qrafiki onlayn-mobil tədbiqlər vasitəsilə və ya özünüz bir qeyd dəftərçəsində yarada bilərsiniz. Boş vaxt cədvəli hazırlayın, hər günü səhər-günorta-axşam bölmələrinə bölün və saatları yerləşdirin. Sonra həftəlik olaraq etdiyiniz hər şeyi yazın. Qısa qeydlər edin və bütün fəaliyyətlərin yanında xal toplayın (0 – özümü çox bədbəxt hiss edirəm və 10 – özümü çox yaxşı hiss edirəm). Misal üçün; Səhər televizora baxdığınızı və əhvalınızın 3 bal olduğunu və günortadan sonra idmana getdiyinizi və 5 bal qeyd etdiyinizi yazdınız. Şərqi İngiltərə Universitetinin klinik psixoloqu Laura Passa görə, bunu etməkdə məqsəd “həftəlik vəziyyətə baxdığımız zaman davranışdakı kiçik dəyişikliklərin necə böyük fərq yarada biləcəyi haqqında məlumat toplamaq”dır. Sonra etdiklərinizi, sizin hansı fəaliyyətlərinizin yüksək əhval yaratdığını aşkara çıxarın. Bir sonrakı həftələrdə isə plan qurmağa çalışın və ən əsası, sizə xoş təəssürat yaradan işləri, fəaliyyətləri bu planınıza daxil edin. Məsələn, hər günün sonunda fəaliyyətlərdən sonra hisslərinizi qeyd edin. Kiçik və ya mənfi hisslərlə əlaqəli olmasından asılı olmayaraq, hansının müsbət təsir göstərdiyini qeyd edin. Yaşadığınız bütün qazancları nəzərdən keçirin; Kiməsə "yox" deyə bilmək, illərlə gözlədiyiniz işi bitirmək kimi. Bu qiymətləndirmə növbəti həftələrin planlaşdırılmasına kömək edəcək. Bir işə başlamaq və ya tamamlamaq üçün özünüzü hazır hiss etmədiyiniz vaxtları da qeyd edin və növbəti dəfə onu idarə etməyin yollarını düşünün. Unutmayın ki, əhvalınızdakı dəyişikliklər tez baş verməyə bilər. Bununla da, sizə müsbət təsir edəcək fəaliyyətlərin fərqində olacaqsınız. McMillan demişdir ki: “Özünüzü ruhdan saldığınız zaman hərəkətə keçmək çətin ola bilər, amma indi mövzunu, həyat yaşamınızı dəyişdirməyin vaxtıdır. Bir müddət çətin ola bilər, amma uğur qazandıqda davam edin. Buna bir təcrübə kimi baxın və təcrübənin nəticəsinə çatmaq üçün tələb olunan vaxtı gözləyin. Həftələr keçəcək, amma nəticəsini görəcəksiniz” deyə, prosesi ümumiləşdirir.
Yüklə 28,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin