Mövzu 2 Multikulturalizm etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin siyasət modeli kimi. Multikulturalizmin sosial hadisə kimi formalaşmasına təsir edən faktorlar. Multikulturalizm – etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin siyasət modeli


Multikulturalizm həyat tərzi kimi



Yüklə 19,26 Kb.
səhifə4/4
tarix26.04.2022
ölçüsü19,26 Kb.
#56432
1   2   3   4
Mövzu 2

Multikulturalizm həyat tərzi kimi.

Multikulturalizmi təbliğ edən ölkə onu dövlət ideologiyasının tərkib hissəsi, dövlət siyasəti səviyyəsinə qaldırır. Bir sosial hadisə kimi meydana gələn multikulturalizmin inkişafının sonrakı mərhələlə­ri onun dövlət ideologiyasına, dövlət siyasətinə çevrilməsi ilə bağlıdır. Bu mərhələlərin reallaşmasında əsas rol dövlətə məxsusdur.

Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Bu mərhələdə vətəndaş cəmiyyəti multikulturalizmin cəmiyyətdə yayılmasında olduqca fəal rol oynayır. Multikulturalizm ideyaları get-gedə ictimai şüurda möhkəmlənir. Azərbaycanda multikulturalizmin dövlət siyasəti və həyat tərzinə çevrilməsi onun yüksək inkişaf mərhələsindən xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin xalqımı­zın həyat tərzinə çevrilməsini mühüm üstünlük hesab edir: “Azərbay­canda hökm sürən ab-hava, dinlərarası, millətlərarası münasibətlər, multikulturalizm dəyərləri - bunlar bizim üçün həyat tərzidir. Ancaq əgər biz bəzi başqa ölkələrə nəzər yetirsək görərik ki, bu, heç də hər yerdə belə deyil. Əksinə, milli, dini zəmində qarşıdurmalar, müharibə­lər, toqquşmalar baş verir, məzhəb zəminində qan tökülür”. Prezident İlham Əliyev Azərbaycanda multikulturalizmin dövlət siyasəti və hə­yat tərzi olmasını Azərbaycanın böyük nailiyyəti hesab edərək, bu iki faktorun ölkədə müsbət ab-hava yaratmasını qeyd edir.

Cəmiyyətdəki çoxmədəniyyətliliyi, etnik-mədəni müxtəlifliyi xarakterizə edən multikulturalizm pozitiv hadisədir. O, cəmiyyətin inkişafında differensiasiya prosesini, müxtəlifliklərin artmasını xarak­terizə edərək onun inkişafından xəbər verir. Bununla belə cəmiyyətdə­ki çoxmədəniyyətliliyi, etnik-mədəni müxtəlifliyi xarakterizə etməklə yanaşı, multikulturalizm eyni zamanda bu müxtəlifliklərin tənzimlən­məsinə yönələn bir siyasətdir. Bir siyasət kimi multikulturalizmin etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn digər siyasət­lərdən (assimilyasiya, izolyasiya) əsas fərqi, o cümlədən əsas üstünlü­yü, ondadır ki, o, müəyyən birləşmiş cəmiyyət daxilində etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunmasına və hətta inkişafına yönəl­mişdir. Özünün bu üstünlüyü sayəsində multikulturalizm siyasəti, bir tərəfdən, assimilyasiya siyasətindən fərqli olaraq milli azlıqların etnik- mədəni dəyərlərinin ləğv edilməsinin qarşısını alır, digər tərəfdən isə milli azlıqların etnik-mədəni dəyərləri ilə titul etnosun etnik-mədəni dəyərlərinin bir-birinə qarşılıqlı təsir etmələri üçün zəruri şərait yara­dır və nəticədə etnik azlıqlara mənsub olan bütün xalqların yaşadıqları cəmiyyətə inteqrasiya olmalarına şərait yaradır.



Azərbaycanda etnik-mədəni müxtəlifliklərin tənzimlənilməsi məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, bu müxtəlifliklər əsrlər boyu ölkəmizdə multikulturalizm prinsipləri əsasında tənzimlənilir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış məra­simində demişdir: “Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Eyni zamanda, bu, bizim həyat tərzimizdir. Multikulturalizmin nisbə­tən yeni və bəzən çətin tələffüz edilən termin olmasına baxmayaraq, multikulturalizm ideyaları hər zaman ölkəmizdə mövcud olmuşdur. Tarixi dönəmdən və siyasi sistemdən asılı olmayaraq, xalqımız hər zaman istər ölkədə, istərsə də onun hüdudlarından kənarda multikulturalizmi fəal müdafiə və təşviq etmişdir”.
Yüklə 19,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin