Bazarkənd kəndi. (Kəlbəçər rayonu). Qarabağ silsiləsinin ətəyində, Xaçın
çayının sahilində yecləşir. XIX əsrdə İrandan köçüb gələn ermənilərin bir
hissəsi bu kənddə yerləşdirilib. Bundan sonra kəndin adını dəyişdirərək
Tismaqahoğ adlandırırlar (ermənicə “meşə yeri”). Kəndin tarixi adı 1992-ci
ildə yenidən özünə qaytarıldı. Tədqiqatçılar bu toponimi türkdilli bazar-basar
etnonimi ilə bağlı olduğunu yazırlar. Qırqızlarda və özbəklərdə bazar,
qaraqalpaqlarda və kalmıklarda basar, Qərbi Sibirin türkdilli xalqlarında bazar-
basar adlı tayfa mövcuddur. Onlar mənşəcə qıpçaq tayfalarındandırlar.
Zaqatala rayonunda Bazar kəndi, Baş Qafqaz silsiləsində Bazardüzü dağı,
Qusar və Qəbələ rayonları yaxınlığında Bazaryurd dağı, eləcə də Füzuli
rayonudakı Qarğabazar kəndi “bazar” komponenti ilə bağlı toponimlərdir
(Bazar kəndi, Baş Qafqaz silsiləsində Bazardüzü dağı, Qusar və Qəbələ
rayonları yaxınlığında Bazaryurd dağı, eləçə də Füzuli rayonundakı
Qarğabazar kəndi “bazar” komponenti ilə bağlı toponimlərdir. Coğrafiyaçı
alim Elxan Nuriyev yazır ki, bazar sözü ilə əlaqədar yaranan toponimlər geniş
areala malikdir və bu sözlə yaranan adların heç də hamısını ticarət yeri ilə
əlaqələndirmək olmaz. Bazar komponentli etnonim mənşəli adlar da
mövcuddur.
N.Q
-----------------------
Dostları ilə paylaş: |