Mövzu: 21 Nitqin üslubları



Yüklə 58,64 Kb.
səhifə6/17
tarix03.06.2022
ölçüsü58,64 Kb.
#60508
1   2   3   4   5   6   7   8   9   ...   17
Mövzu -21 1

Ritorik sual. Müasir Azərbaycan dilində sual cümləsinin elə bir forması işlədilir ki, bu cümlələr cavab almaq deyil, nitqin təsirini artırmaq, dinləyicini düşünməyə sövq etmək məqsədi daşıyır. Bunlar ritorik sual cümləsi adlanır. Məsələn;


Arzuya bax, sevgilim, tellərindən incəmi?


(M.Müşfiq)


Vətənim verdi mənə nanu-nəmək,


Vətəni, məncə, unutmaq nə demək?


(A.Səhhət)

Vətən və ana. Bu iki sözdən şirin və müqəddəs nə ola bilər? və s.


Bu qəbildən olan sualların bir qismi (bədii suallar) dildə frazeoloji vahid kimi sabitləşmişdir: “Ağ at arpa yeməz?”, “Varlığa nə darlıq?”, “Çay nədir, say nədir?”, “Dəvəyə çimdik neylər?” və s. Natiqlik sənətində bu tipli cümlələrdən dinləyicilərin diqqətini səfərbər etmək, müəyyən fikri qətiləşdirmək, məlum olanı bir daha təsdiqləmək (məsələn, Danışığında qüsurlara yol verən müəllim öz şagirdlərini mədəni nitqə yiyələndirə bilərmi?; Özünə umac ova bilməyən, özgəyə necə əriştə kəsə bilər? s.) məqsədilə istifadə edilir. Mühazirəçi lazım bildikdə (sualın izahına ehtiyac duyulduqda) bu suallara özü cavab verə bilər.


Nitqin üslubi rəngarəngliyinin təmin edilməsində dilin bədii təsvir vasitələrinin (metafora, metonimiya, sinekdoxa, epitet, müqayisə, bənzətmə, mübaliğə, tabu sözlər və s.) də rolu böyükdür. Onlardan bir neçəsini yığcam şəkildə şərh edirik.




Metafora. Metafora yunan sözü olub mənası “məna keçirilməsi” deməkdir. Metafora müxtəlif əşyalar arasında əlaqə - (bənzətmə, oxşarlıq, müqayisə) kimi dərk edib, onları eyni səs tərkibli sözlə adlandırmaqdır. Məsələn; canavarın başlıca xüsusiyyəti güclü, yırtıcı, vəhşi, dağıdıcı olmasıdır. Hər hansı adamda belə xüsusiyyət olarsa, ona “canavar” deyilir və bu sözlə bağlı dildə metafora yaranır. Yaxud, bic, hiyləgər adama “tülkü” deyilərsə, bu da metaforadır. Hal-hazırda məşhur səhnə ustaları, müğənni və başqalarının “ulduz” adlandırıl-ması da metaforadır. Dilimizdə heyvan adlarından: pələng, aslan, canavar, tülkü, çaqqal, ayı, ilan, qoyun, quzu, maral, ceyran, öküz, eşşək, qurbağa və s.; quş adlarından tərlan, bülbül, kəklik, sona, göyərçin, bayquş; həşərat adlarından hörümçək, əqrəb və s. sözləri metaforik mənada işlənə bilir. Danışıq dilində insan-lar dəyərləndirilərkən onlara verilən mənfi və müsbət qiymətlər müvafiq metaforalarla ifadə olunur. Müsbət xüsusiyyəti ifadə edəndə ceyran, maral, aslan, pələng, sona, bülbül, göyərçin, mənfi xüsusiyyətləri göstərmək üçün tülkü, öküz, ilan, qurbağa və s. kimi metaforalar işlədilir.

Metaforalar əşya və hadisələrin müəyyən bənzəyiş əlaqələri əsasında yaranır. Dilçilik ədəbiyyatında bu oxşarlığın aşağıdakı formaları göstərilir:


zahiri oxşarlıqla əlaqədar yaranan metaforalar. Bəzən insana aid cəhətlər adi oxşarlıq nəticəsində başqa əşyaların üzərinə keçirilir. Məsələn; qabın boğazı, ayaqqabının burnu, çayın qolu, südün üzü s.


daxili əlamətlərinə görə oxşarlıq nəticəsində əmələ gələn metaforalar. Məsələn; tülkü, maral, aslan, canavar, quzu, göyərçin, sona və s. Heyvan və quş adları insan üzərinə köçürüldükdə həmin sözlər metaforaya çevrilir. İnsana və ümumiyyətlə, canlılara məxsus xassələr əşyaların üzərinə köçürüləndə metafora əmələ gəlir. Məsələn; ölüm gəzir, fikir doğur, işlər axsayır, ay doğur s.


Metafora, adətən, bədii təsvir vasitəsi kimi qiymətləndirilir və onun


haqqında bu səpkidə bəhs edilir. Eyni zamanda məcazın bu növündən emosional-ekspressiv xarakterli nitqdə təsirli bir vasitə kimi istifadə olunur. Qədim Roma alimi Kvinntilian metaforanı məcazın ən yaxşı növü hesab etməklə onu “təbiətin vergisi” kini qiymətləndirmişdir: “Metafora, yaxud məna köçürməsi nitqi gözəlləşdirməklə bərabər, adları olmayan əşyalara da ad verir” (22, s.16).


Mədəni nitqdə, natiqlik sənətində metaforadan istifadənin əhəmiyyəti böyükdür. Natiq dərin və incə hissləri verə bilmək, dinləyicinin estetik zövqünü oxşamaq, ona qüvvətli emosional təsir göstərmək üçün dilin bu ifadəlilik vasitəsini ustalıqla işlətməyi bacarmalıdır.





Yüklə 58,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin