Mövzu 23, 24, 25. Analizatorlar qoxu orqanı



Yüklə 46,14 Kb.
səhifə1/7
tarix31.12.2021
ölçüsü46,14 Kb.
#50143
  1   2   3   4   5   6   7
MÖVZU 23,24, 25 ; DUYĞU ÜZVLƏRİ.


MÖVZU 23, 24, 25.

ANALİZATORLAR

Qoxu orqanı (organum olfactorium)-burun boşluğunun yuxarı şöbəsində-yuxarı burun balıqqulağı və burun arakəsməsinin yuxarı hissəsinin selikli qişasında yerləşir. 1mm2 sahədə 30 000 neyrosensor hüceyrələr vardır. Qoxu hüceyrələrinin dendritlərində- qalınlaşmış distal hissədə 10-12 qoxu kirpikcikləri xaric olur. Bunlar hərəkətli olub, havada olan qaz (qoxu) molekullarının təsirindən yığılırlar. Qoxu hüceyrələrinin bazal hissəsindən neyrit (akson) xaric olur. Bunlar saplar şəklində (15-20 ədəd qoxu sapları) birləşərək qoxu sinirlərini əmələ gətirir. Qoxu sinirləri xəlbir sümüyünün xəlbir səhifəsindən keçərək kəllə boşluğunda yerləşən qoxu soğanağında-mitral hüceyrələrdə tamamlanır. Bu hüceyrələrin çıxıntıları qoxu yolunu, sonra qoxu üçbucağını əmələ gətirərək 3 zolağa (bayır, içəri, ara) bölünürlər. İçəri və ara zolaqlar ön dəliklənmiş, döyənəkaltı sahəyə daxil olub limbik sistemin tərkibinə keçirlər. Bayır zolaq isə qoxunun qabıq mərkəzində - gicgah payında (dənizatı yanı qırışığın qarmağında) yerləşır. Yenidoğulmuşlarda qoxu güclü inkişaf edib, lakin 1 yaş və ondan sonra qoxu hissiyyatı 40-50%-ə qədər enir. Qoxu hssinin artması hiperosmiya, azalması hiposmiya, olmaması anosmiya adlanır.





Yüklə 46,14 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin