Mövzu №23 Səs pozulmaları. Afaniya və disfoniya



Yüklə 18,16 Kb.
tarix02.01.2022
ölçüsü18,16 Kb.
#35513
Def.Loq əsas.müh23


MÖVZU №23
Səs pozulmaları. Afaniya və disfoniya

Plan:


1.Səsin xarakeristikası

2.Uşaq səsinin inkişaf mərhələləri. Səs qüsurlarının növləri


Səs – elastik səs qırışlarının titrəyişi zamanı yaranan səslərin xarakteristikasıdır. Səsin yüksəkliyi səs tellərinin titrəyişindən və tezliyindən asılıdır. Səs - uzaq məsafədən eşitməni təmin edir, eşitmə ücün əsas vasitədir. Səsin xarakteristikasına səsin hündürlüyü, tembri, rezonansı, qüvvəsi aiddir.

Səsin hündürlüyü səs tellərinin uzunluqundan, qalınlığından asılıdır. Aşağı və orta tonlarda rəqslənən səs telləri uzunlaşır və qalınlaşır. Bu zaman onlar iki qalın gərginləşmiş bir-birinə sıx yapışmış əzələ şəklini alır. Onların aralanması çox qısa məqamda baş verir: rəqslənmə hava axınına perpendikulyar istiqamətdə baş verir, alınan səs obertonlarla (əsas tona qarışan sadə tonlar) zəngin səs alınır. Tonun yüksəlməsi zamanı səs telləri qısalır və nazikləşir. Fonasiya zamanı rezonans qırtlaqda yaranan ayrı-ayrı səslərin obertonlarını gücləndirir, bu zaman havanın titrəyişi baş verir. Rezonanas – amplitudanın kəskin güclənməsidir. Rezonatorların iki əsas forması var – baş və döş rezonatorları.

Səsin tembri – səsin keyfiyətidir.Tembr hər bir ihsanın səsi ücün, hər bir nitq səsi ücün xarakterikdir. Birinci halda bu bütün səs aparatının quruluşundan və fəaliyyətindən asılıdr, ikinci halda isə, hər bir səsin xüsusiyyətinə uyğun artukulyasiya qaydasından asılıdır.

Səsin qüvvəsi – rəqs tezliyindən və ya amplitudasından asılıdır. Rəqslənmə tezliyi böyük olduğca, səsin qüvvəsi də yüksək olur.

Uşaq səsinin inkişafı bir neçə mərhələyə bölünür:

- məktəbəqədər(6-7 yaşana qədər);

- mutasiyadan əvvəlki mərhələ (6-13);

- mutasiya mərhələsi (13-15 yaş);

- mutasiyadan sonrakı mərhələ (15-17 yaş).



Mutasiya - cinsi yetişkənlik dövründə endokrin dəyişmənin təsiri nəticəsində səsin dəyişməsidir. Bu mərhələ mutasion mərhələ adlanır və bir neçə il ərzində davam edir. Mutasiyanın sonuncu mərhələsində insanın səs yaradıcılığı mexanizmi möhkəmləndirilir.

Səsin pozulması – səs aparatının patoloji dəyişməsi nəticəsində fonasiyanın olmaması və ya pozulmasıdır. Səsin ptologiyasını təyin edən iki termin var: afoniya və disfoniya. Afoniya – səsin tam olmaması deməkdir. Disfoniyasəsin hündürlüyünü, gücünün və tembrinin natamam pozulmasıdır. Bu terminlər qüsurun birüzə verilməsi səviyyəsini bildirirlər, onların araxasında səs yaradan üzvlərin müxtəlif dəyişmələrini izləyəy bilmək olar. Loqopedik təsirirn pedaqoji istiqaməti – fonopediya adlanır. Fonopediya- qırtlağın əzələ fəallığına yönəlmiş kompleks pedaqoji təsir sistemidir.

Səs qüsurlarının aradan qaldırılması zamanı korreksion işin metodikası səsi bərpasına yönəlməlidir. Səs pozulmasının mexanizmindən və etiologiyasından asılı olaraq onun bərpasının ikn vəzifəsi ayrılır. Birinci vəzifə - kompensator imkanların istifadəsi, ikncisi isə patoloji səslənmə vasitəsinin aradan götürülməsi. Bu vəzifələrin realizasiyası ücün olan tələblər aşağıdakılardır:

- qırtlağın sinir-əzələ funksiyasının fəallaşdırılması;

- səs aparatının ikncili qüsurlarının yaranması qarşısının alınması;

- fonasiyanın pozulmuş kinesteziyalarının bərpası;

- tənəffüsün və fonasoyanın bərpası.

Bunun əsasında korreksiyanın aşağıdakı mərhələlərı müəyyənləşdirilir:

- rasional psixoterapiya;

- fizioloji və fonasion tənəffüsün korreksiyası;

- bərpa olunmuş fonasiyanın avtomatlaşdırılması.

Səsin formalaşması uzun bir mərhələni təşkil edir. Bu müddətdə səs müəyyən təsirlərə məruz qalır, təsirlərin uzun zaman və dəfələrlə olması səsin pozğunluqlarına gətirib çəxara bilər.Sağlam səsin tərbiyyəsi ən əvvəl nitq tənəffüsünü və tələffüzünü tərbiyə və təşkil etməyi tələb edir, bundan sonra səs çalışmalarına keçmək lazımdır. Düzgün nitq tənəffüsü ücün əsas tələblər bunlardır: tənəffüsün qarışıq tipindən istifadəsi (diafraqma-qabırğa tərəf). Diafraqma və döş qəfəsinin tənəffüsündə iştirakı əl ilə nəzarət edilir. İlk tənəffüs çalışmaları uzanmış vəziyyətdə aparılmalıdır, sonra isə tədricən oturaq və ya ayaq üstə keçirmək olar. Qeyd etmək lazımdır ki, normal səsin bərpası ücün tibbi müdaxilənin olması da vacibdir. Tibbi müdaxilə bunlardan ibarətdir: - medikamentoz müalicə, inqolyasiya;

- adenoidlərin, poliplərin, yumşaq damağın yarığının tikilməsi (cərrahiyə əməliyyəat vasitəsi ilə);

- elektroterapiya;

- əl və ya elektrik vibratorla udlağın massaji;

- müalicəvi gimnastika;

- psixoterapiya və s..

Müxtəlif səs pozulmalarının qarşısının alınması üçün səsin tərbiyəsinə və qorunmasına erkən yaşalrından başlamağa lazımdır. Səsin inkişafı tədricən olmalıdır, uşağın səs aparatı zəif olduğundan bu proses incəliyi tələb edir. Səsin qorunması üçün profilaktik tədbirlərdən istifadə etmək vacibdir. Rasional terapiya, korreksion-loqopedik işin düzgün qurulması səs funksiyasının yaxşılaşdırılmasına şərait yaradır və nevrotik birüzəverilmələrini zəiflədir.
Mövzu üzrə suallar


  1. Səs, səsin xüsusiyyətləri

  2. Səs qüsurlarının müayinəsi və korreksiyası

Ədəbiyyat siyahısı


1. N.T.Hüseynova , T.H.Ağayeva “Loqopediya” Bakı 2018

2. N.T.Hüseynova., M.Ş.Məlikov “Xüsusi pedaqogikanın müasir problemləri” Bakı-2018
Yüklə 18,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin