Mövzu №4. Avtomatlaşdırılmış iş yeri


Avtomatlaşdırılmış iş yeri



Yüklə 188,05 Kb.
səhifə4/5
tarix16.05.2023
ölçüsü188,05 Kb.
#114573
1   2   3   4   5
Mövzu №4. Avtomatlaşdırılmış iş yeri

Avtomatlaşdırılmış iş yeri dedikdə peşəkar əməyin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş və mütəxəssisə tələb olunan sənədlərin və verilənlərin hazırlanması, redaktə edilməsi, axtarışı və ekrana çıxarılması, çapı ilə təmin edən texniki və proqram vasitələrinin fərdi kompleksi başa düşülür.
AİY operatoru müəyyən funksiyaların yerinə yetirilməsi üçün tələb olunan bütün vasitələrlə təmin edir. AİY-in tərkibinə peşəkar-yönlü funksional və təminedici informasiya texnologiyaları toplusu ilə təchiz olunmuş və birbaşa iş yerində quraşdırılan fərdi kompüter daxildir.
Başqa sözlə, AİY – obyektin idarə edilməsi strukturuna və məqsədlərin paylanması sisteminə görə ayrılmış və müstəqil proqram-aparat kompleksi şəklində tərtib olunmuş iqtisadi informasiya sisteminin bir hissəsidir.
Funksional informasiya texnologiyası ya tam şəkildə, və ya onun hər hansi bir hissəsi AİY-in tərkibinə daxildir. Funksional informasiya texnologiyasının konkret olaraq hansı hissəsinin bu və ya digər AİY ilə əlaqəli olması, birinci növbədə, obyektin idarə edilməsi strukturunda məqsədlərin dekompozisiyası ilə müəyyən olunur. Avtomatlaşdırılmış iş yerində funksional informasiya texnologiyasının bu cür paylanması predmet texnologiyasının özünün tələblərini pozmamalıdır.
Əksər hallarda AİY-də vəziyyətin təhlili üçün informasiyanın ancaq hazırlanması imkanı həyata keçirilmişdir. Bu informasiya əsasında işçi bu cür təhlili yerinə yetirə və sonra idarəedici qərarı qəbul edə bilər.
İşçinin birbaşa iştirakı olmadan qərarların hazırlanması ancaq ekspert sistemlərində mümkündür. Ekspert sistemi
“Necə edək ki, ...?” sualına cavab verməlidir.
Ekspert sistemi – yüksək dərəcəli peşəkarların bilik və bacarıqlarının tətbiqi və bu biliklərin idarəetmə prosesində istifadəsi üçün nəzərdə tutulmuş bir sistemdir. Bu cür sistemlər məhdud tətbiq sahələri üçün işlənir, belə ki, onların istifadəsi biliklərin emalı və saxlanması üçün böyük həcmdə kompüter resurslarını tələb edir. Ekspert sistemlərinin qurulmasının əsasını biliklərin təsviri modellərinə əsaslanan biliklər bazası təşkil edir.
İstənilən informasiya texnologiyasının istifadəsi zamanı verilənlərin, proqramların və kompüter sistemlərinin mühafizəsi vasitələrinə xüsusi diqqət yetirmək lazımdır. Buna görə də
AİY-lərin mühafizə olunması dərəcəsi onların təsnifləşdirilməsi əlamətlərindən biri kimi çıxış edə bilər.
Əgər meyar kimi idarəetmənin təşkilati strukturu götürülərsə, onda şərti olaraq rəhbər işçinin AİY-ni, orta və operativ səviyyələrin idarə işçisinin AİY-ni qeyd etmək olar.
İnformasiyanın seçici paylanması prinsipinə uyğun olaraq bu şəxslərin fərqli informasiya dəstəyinə ehtiyacları var.
Rəhbər işçidən düzgün qərarların qəbuluna imkan verən ümumiləşdirilmiş, doğru və müfəssəl informasiya tələb olunur. Ona müəssisənin fəaliyyətinin müxtəlif sahələrinin təhlili və planlaşdırılması vasitələri lazımdır. Bu vasitələrə iqtisadiriyazi, statistik üsullar, müəssisənin müxtəlif sahələrinin fəaliyyətinin modelləşdirilməsi, təhlili, proqnozlaşdırılması üsulları aiddir. Təminat texnologiyalarından aşağıdakılar tələb olunur: cədvəl, qrafik, mətn prosessorları, elektron poçt, VBİS.
AİY-lərin nomenklaturası və onlara daxil edilən informasiya texnologiyalarına aşağıdakılar təsir edir:
− müəssisədə yaranmış idarəetmə strukturu;
− predmet sahələrinin texnologiyaları;
− işçilər arasında vəzifələrin və məqsədlərin bölüşdürülməsi.
Orta və operativ səviyyələrin idarə işçilərinin AİY-ləri konkret predmet sahəsində (anbardarların, əməliyyatçıların, bank işçilərinin, sığorta kompaniyaları işçilərinin və s. AİYləri) qərarların qəbulu və peşəkar fəaliyyətin həyata keçirilməsi üçün istifadə olunurlar.
Yeni İT EHM-lərin lokal və paylanmış kompüter şəbəkələri əsasında yeni texnologiyaları, FEHM və ixtisas sahəsinə uyğun avtomatlaşdırılmış iş yerləri əsasında idarəedici informasiyanın emalını, həmçinin süni intellekt vasitələri əsasında idarəedici qərarların qəbulunu birləşdirir.

Yüklə 188,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin