Avtomatlaşdırılmış iş yerlərinin təkamülü
Uzun illərdir ki, iş yerləri ofislər, iclas otaqları da daxil olmaqla fiziki məkanlara istinad edərək inkişaf etmiş, əməkdaşlarla ani əlçatanlıq imkanlarının əldə edilə biləcəyi dövrə gəlib çatmışdır. Xüsusilə də indiki pandemiya dövründə bir çox ofis sənədlərindən və layihələrdən onlayn şəkildə istifadə edilir. Ofis ortamında informasiya mübadiləsinin ani olaraq reallaşdırılması populyarlıq qazanmış, elektron poçt xidməti isə yazışmalar üçün əlverişli vasitə olaraq istifadə edilir.
Gartner avtomatlaşdırılmış iş yerlərinin təkamülünü 4 nəslə bölür.
Birinci nəsil avtomatlaşdırılmış iş yerlərinin tətbiqi məhsuldarlığın artmasına və kommunikasiyanın təşkil olunmasına yönəlmişdi. Audio və video konfrans əlaqələri, qrup şəklində planlaşdırılmış diskussiya forumları əməkdaşlar arasında, eləcə də əməkdaşlar və müştərilər arasında ünsiyyəti yaxşılaşdırdı.
İkinci nəsil avtomatlaşdırılmış iş yerlərinin tətbiqində İnternetin imkanlarından ani mesajların göndərilməsi, veb konfransların təşkil edilməsi, komandanların təşkil edilməsi üçün virtual komanda vasitələrinin istifadəsi və sosial əməkdaşlığın inteqrasiyası və genişləndirilməsi həyata keçirildi.
Avtomatlaşdırılmış iş yerlərinin təkamülü
Bir çox müəssisə və təşkilatlar avtomatlaşdırılmış iş yerlərinin üçüncü nəslindədirlər. Burada mobil qurğular, bulud xidmətləri və smartfonlar biliklərin mübadiləsi, qərarların qəbul edilməsi və maraqlara görə birliklərin yaradılması üçün platformaların təqdim edilməsinə şərait yaradırlar. Bir neçə əməkdaş asanlıqla ünsiyyət qura və bir layihə üzərində işləyə bilərlər. Bu nəslin texnologiyaları məhsuldarlığı artırır, işçiləri əməkdaşlığa sövq edir, ünsiyyəti sadələşdirir və birliyi artırır. Əməkdaşlar faylları təhlükəsiz buludda saxlaya bilər, öz resurslarına ixtiyari yerdən və istədikləri zaman müraciət edə bilərlər: aça bilər, mübadilə edə bilər, redaktə işi apara bilərlər. Xəbər lentlərinin alətləri təşkilatlara ən yeni informasiyaları paylaşmaq imkanı verir, korporativ məlumatları canlı yayımda translyasiya edir və real zaman rejimində əks-əlaqə təşkil etməyə imkan yaradırlar.
Dördüncü nəsil - innovativ avtomatlaşdırılmış iş yeri olub, Süni İntellekt (AI), Machine Learning (ML) və Things Enterprise (EoT) kimi texnologiyalara əsaslanaraq təşkilatlarda vaxtında qərar qəbul etmək üçün aktual, dəqiq və etibarlı informasiyanın emalını təmin edir. Yeni nəsil avtomatlaşdırılmış iş yeri texnologiyaları təşkilat və müəssisələrə onların daha səmərəli, məhsuldar və qənaətcil olmaları üçün zəruri alət və sistemlər təqdim edirlər. Süni intellekt Chatbot vasitəsilə həyata keçiriləcək və əməkdaşlar öz vaxtlarını daha məhsuldar işlərə sərf etsinlər deyə işçi robotlar rutin ofis işlərinin avtomatlaşdırmasına kömək edəcəkdir. Bu texnologiyalar müştəri dəstəyini optimallaşdırır, müştəriyə cavab vaxtını azaldır və müştərilərə xidmət səviyyəsinin artırır. Biznes-analitika alətləri müxtəlif mənbələrdən verilənləri toplayır və proqnozlaşdırma, aktivliyin izlənməsi və resursların idarə edilməsi üçün işguzar planlar hazırlayır. Nəhayət, 5G şəbəkə texnologiyaları sürətli İnternet əlaqələrini təmin edərək işçilərin mobil cihazlar vasitəsilə istənilən yerdə və istənilən vaxt xidmətlərdən yararlana bilmələri əlçatan olacaq.
Son 10 ildə ofis işləri təkrarlanan rutin əməliyyatlardan biliklərə əsaslanan daha elastik və adaptasiya olunan məsələlərin həllinə keçmişdir. Əməkdaşlar məhsuldar iş metodları ilə uzlaşaraq işlədikdə və lazım olan informasiyaları vaxtında əldə etdiklərində onlar şirkət və ya müəssisənin daha az vaxtını və resursunu sərf etmiş olurlar.
Dostları ilə paylaş: |