Mövzu 5 ÖLKƏ iqtisadiyyatinin inkişafinda turizmin rolu



Yüklə 118,53 Kb.
səhifə2/2
tarix21.06.2022
ölçüsü118,53 Kb.
#61950
1   2
5.ÖLKƏ IQT.-NIN INKIŞ.TURIZMIN ROLU

Ölkə

2009

2010

2011

2019

1

Fransa

76.8

76.8

79.5

90

2

ABŞ

55.0

59.7

62.3

79.3

3

Çin

50.9

55.7

57.6

65.7

4

İspaniya

52.2

52.7

56.7

83.7

5

İtaliya

43.7

43.6

46.1

64.5

6

Böyük Britaniya

28.2

28.1

29.3

39.4

7

Türkiyə

25.5

27.0

29.2

51.2

8

Almaniya

24.2

26.9

28.4

39.6

9

Malayziya

23.6

24.6

23.3

32

10

Meksika

21.6

22.4

23.4

45.0
Ən çox turist qəbul edən ölkələr

Turizmin inkişaf etmiş ölkələrə xas bir sektor olduğu deyilə bilər. Dünya üzrə ən çox turist cəlb edən və turizm gəliri əldə edən ilk on ölkəyə diqqət yetirəndə onların çoxunun inkişaf etmiş qərb ölkələri olduğu görünür.



Turizmin iqtisadiyyatdakı təsirləri mövzusunda ölkələr arasında müqayisə aparılarsa, inkişaf etmiş ölkələrin iqtisadiyyatlarının az inkişaf etmiş, ya da inkişafda olan ölkələrə nisbətən daha yüksək dəyərlərə sahib olması gerçəkliyi görünür. İnkişaf etmiş ölkələrin turizmdən əldə etmiş olduqları pul gəlirləri inkişafda olan ölkələrin əldə etmiş olduqları pul gəlirlərindən çox yüksəkdir. Ancaq, inkişafda olan bir çox ölkələr üçün turizmdən əldə olunan müəyyən miqdardakı turizm gəlirləri o ölkələrin iqtisadi inkişafları baxımından çox önəmlidir. Bu yöndən baxıldığında, iqtisadiyyatları məşhur olmayan, əkinçilik ölkəsi mövqeyində olan bir çox az inkişaf etmiş ölkələrdə turizmin iqtisadi yararları və təsirləri inkişaf etmiş ölkələrin iqtisadiyyatında olduğundan daha çox ola bilər. Məsələn, inkişafda olan bir ölkədə turistlər tərəfindən səyahət üçün xərclənən hər dollar əsasən məşğulluğun təmin edilməsi məqsədilə istifadə edilərkən, inkişaf etmiş bir ölkədə səyahət üçün xərclənən hər dollar bir otel inşası, ya da yeniləmə investisiyaları kimi istifadə edilir.
Turizmə ən çox xərc çəkən ölkələr mlrd $



Ölkə

2009

2010

2019

1

Almaniya

81.2

77.7

14.8

2

ABŞ

74.1

75.5

19,4

3

Çin

43.7

54.9

11.8

4

Böyük Britaniya

50.1

48.6




5

Fransa

38.5

39.4

2.5

6

Kanada

24.2

29.5




7

Yaponiya

25.1

27.9

1.8

8

İtaliya

27.9

27.1




9

Rusiya Federasiyası

20.9

26.5




10

Avstraliya

17.6

22.5



İnkişafda olan bir ölkədə turizmdən əldə edilən gəlir ölkənin daha təcili və əhəmiyyətli makroiqtisadi problemlərini həll etməkdə istifadə edilir. Başqa sözlə, az inkişaf etmiş və ya inkişafda olan bir ölkədə turizmdən əldə edilən gəlir qeyri-turizm sektorlarına yönəldilərkən, inkişaf etmiş bir ölkədə daha çox turizm sektoruna yönəldilir. Yeni məşğulluq sahələrinin yaradılması, gərəyi duyulan pul gəlirinin əldə edilməsi və bölgələrarası iqtisadi tarazlıqların saxlanması kimi səbəblərlə, inkişafda olan ölkələr xüsusilə, 1980-ci ildən sonra turizm sektorunun inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verməyə başlamışlar. Bu əhəmiyyəti, turizm sektoruna yönəldilən investisiyalardan və mənbələrdən; idarəçilik, maliyyə və hüquq sahəsində təmin edilən sadəliklərdən; turizm sektoru üçün önəmli potensiala sahib olan bölgə və regionların xarici səyahətçilərin istifadəsinə açılmasından anlamaq mümkündür.


İEÖ-lərin təcrübəsi göstərir ki, turizm iqtisadiyyata təsir göstərən güclü qüvvədir. O, dövlət büdcəsinin formalaşmasında, ticarət balansının sabitləşməsində mühüm rol oynayır. Lakin turizmin rolu bununla bitmir. Turizmin inkişafı ölkədə işsizlik kimi ağır bir problemin öhdəsindən gəlir, ölkə təsərrüfatının bütün sahələrinə təsir göstərir və onların inkişafının katalizatoru rolunu oynayır.
Bir çox dünya ölkələrinin məhsul istehsalının əhəmiyyətli bir hissəsi turizmə və onun növlərinə xidmət edir. Məsələn, Yunanıstanda istehsal olunan məhsulun 10%-i şopinq turizmi üçün nəzərdə tutulmuşdur.
Müasir dövrdə turizm sənayesinin dünya iqtisadiyyatına göstərdiyi müsbət təsirləri görməmək mümkün deyil. Çünki, ən azından, dünyanın bir sıra inkişaf etmiş ölkələrində (İspaniya, İtaliya, Fransa, İngiltərə, ABŞ və s.) turizmdən əldə olunan gəlirlər ölkə büdcəsinə mühüm təsir göstərir.
Turizmin “qeyri-turizm” sahələrinə təsiri vardır:

  • Aeroportların, yolların, mağazaların, kinoteatrların tikilməsi və müasirləşdirilməsi;

  • Şəhərlərin abadlaşdırılması;

  • Abidələrin, meşə massivlərinin bərpası;

  • Su hövzələrinin təmizlənməsi;

  • Nəqliyyat sənayesinin inkişafı;

  • Yeyinti sənayesinin inkişafı;

  • Toxuculuğun inkişafı;

  • Ayaqqabı istehsalının inkişafı;

  • Digər sahələrin inkişafı.

Turizm böyük-kiçik bir çox təşkilatın, fəaliyyətin, ölkənin, ərazinin və insanların özlərinin təsir etdiyi dinamik bir dəyişmədir. Fərqli turizm növlərinin və hərəkətlərinin fərqli ərazilərdə müxtəlif tərzdə iqtisadi təsirləri vardır. Məsələn, rekreasiya turizmi və sahil turizmi kimi turizm növləri daha çox dəniz sahili olan ərazilərin iqtisadi quruluşuna təsir edir. Buna misal olaraq Fransanın Aralıq dənizi sahillərini, ABŞ-ın Florida yarımadasını, Havay adalarını, İspaniyanın Kanar adalarınıgöstərmək olar.


İş və ya konqres turizmi isə böyük şəhər mərkəzlərinin iqtisadi quruluşuna təsir edir. Londonda böyük bir ərazi məhz konqres, səgilərin keçirilməsi məqsədilə bir sıra konqres mərkəzləri tikilib. Bu ərazidə eyni zamanda hotellər, ictimai iaşə ocaqları fəaliyyət göstərir.
Bu məzmunda, turizmin iqtisadi təsirləri ərazilərin xüsusiyyəti baxımından üç ayrı şəkildə qruplaşdırılır:

  • Turizmdə inkişaf etməmiş ərazi;

  • Turizmdə inkişafda olan ərazi;

  • Turizmdə inkişaf etmiş ərazi.

Turizmin turizmdə inkişaf etməmiş və ya turizmə yeni başlayan bir ərazinin iqtisadi quruluşu üzərindəki təsiri çox az olarkən, turizmdə inkişafda olan ərazi üçün orta səviyyədə təsiri olur. Turizmin turizmdə inkişaf etmiş ərazilər üzərindəki iqtisadi təsiri isə olduqca yüksək səviyyədə olur. İran, Pakistan, Suriya və s. ölkələr turizmdə inkişaf etməmiş ərazilər; Çin, Rusiya, Azərbaycan, Braziliya, Hindistan və s. ölkələr turizmdə inkişafda olan ərazilər; İspaniya, ABŞ, Fransa, İngiltərə və s. ölkələr isə turizmdə inkişaf etmiş ərazilərdir.
Ölkə iqtisadiyyatını turizm vasitəsilə inkişaf etdirmək və gəlir əldə etmək məqsədilə turizm ehtiyatlarından səmərəli istifadə olunmalıdır. Belə ki, ölkə iqtisadiyyatının inkişafında turizmin rolunu xüsusi qiymətləndirmək, turizm potensialı olan bölgələrdə turizmin inkişafına xüsusi dəstək vermək, onun növlərini inkişaf etdirmək lazımdır.
Ölkədə daxili turizmi inkişaf etdirmək vasitəsilə ölkədən xaricə gedə biləcək potensial turistləri ölkə daxilində səyahət etməyə həvəsləndirmək olar. Bu məqsədlə aparılan işlər ölkədən valyuta axınının qarşısını alır və valyuta axınını ölkə daxilinə yönəldir. Bundan başqa, daxili turizm ölkə daxilində siyasi və iqtisadi sabitliyi möhkəmləndirir. Ölkədə siyasi sabitlik ona görə möhkəmlənir ki, turizmdən əldə olunan gəlir əhalinin müxtəlif təbəqələri arasında ədalətlə və görülən işin müqabilində paylanılır. Ölkədə iqtisadi sabitlik isə ona görə möhkəmlənir ki, turizm çoxlu iş yerləri yaradır və turizm məhsulunu hasil etmək üçün hazırlanma prosesində çoxlu adamlar iştirak edir.
Turizm məhsulunun alıcılıq qabiliyyətinin olmasından ötrü ölkədə kifayət qədər iqtisadi inkişafın olması zəruridir. Çünki, iqtisadi cəhətdən maddi imkanlı şəxslər səyahətə çıxa bilir, imkansızlar isə çıxa bilmir. Buna görə də, gəliri olmayan iqtisadiyyatda kütləvi turizm də ola bilməz.
Digər tərəfdən, beynəlxalq turizmin gəlmə turizm bazarının inkişafına dəstək verməklə xarici turistləri ölkəyə cəlb etmək olar.
Ölkədə daxili turizmin və müvafiq strukturun inkişafı işə elmi və sistemli yanaşma tələb edir. Ölkəyə turist cəlb etmək üçün informasiya və təbliğat vasitələrinin, məsələn, xüsusi kitabçaların buraxılması vacibdir.
Yüklə 118,53 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin