məlumati - kommunikativ, tənzimedici- kommunikativ, affektiv- kommuni-kativ.
Göründüyü kimi, B.F.Lomova görə ünsiyyət birinci növbədə məlumatın,
informasiyanın verilməsi və qəbul olunması vəzifəsini, başqa sözlə informasiya
mübadiləsi funksiyasını yerinə yetirir. Məhz buna görə də, təsadüfi deyildir ki, informasiya mübadiləsini ünsiyyətin əsas cəhətlərindən biri kimi qəbul edirlər.
Ünsiyyət şəraitində psixikanın tənzimedici funksiyası spesifik şəkildə təzahür edir. Ünsiyyət sayəsində fərd təkcə öz davranışını deyil, eyni zamanda başqa adamların davranışını tənzim emək imkanını da əldə edir. Ünsiyyət bu funksiyanı yerinə yetirmklə insanlar arasında səmərəli qarşılıqlı münasibətlərin yaranmasına, qarşılıqlı münasibətləri tənzim etməyə xidmət edir.
Bununla yanaşı olaraq ünsiyyətdə olduğu adamlar da həmin fərdin davranışına öz tənzimedici təsirini göstərir. Məhz birgə fəaliyyət zamanı bu cür qarşılıqlı təsir prosesində ünsiyyətin tşnzimedici-kommunikativ funksiyası həyata keçir.
Lakin ünsiyyət zamanı insanlar yalnız informasiya mübadiləsi ilə məhdudlaşmır,
eyni zamanda bu prosesdə davranışın qarşılıqlı tənziminə də təsir göstərirlər.
Bunun isə əhəmiyyəti öz-özünə aydındır. Ünsiyyət bu funksiyanı yerinə
yetirməklə insanlar arasında səmərəli qarşılıqlı münasibətlərin yaranmasına,
qarşılıqlı münasibətləri tənzim etməyə xidmət edir.
Ünsiyyətin affektiv-kommunikativ funksiyasının əhəmiyyəti də az deyildir.
Ünsiyyət prosesində insanlar bir-biri ilə informasiya mübadiləsi aparır.
Dostları ilə paylaş: |