Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri



Yüklə 0,49 Mb.
səhifə92/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   88   89   90   91   92   93   94   95   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1

Liderlik dedikdə, tələbələrdən birinin şəxsi nüfuzu ilə qrup yoldaşlarının daranışına təsiri, onları bu və ya digər fəaliyyətə təhrik etməsi başa düşülür. Lider özünün işgüzarlığı, kommunikativ bacarığı, intellekti, iradi-emosional sferasının xüsusiyyətləri, təşkilatçılıq qabilliyəti və digər şəxsi keyfiyyətləri ilə fərqlənir. Məhz bunun sayəsində də lider öz qrup yoldaşlarının psixologiyasına təsir göstərə bilir. Bəzən qrup lideri bir deyil, bir neçə tələbədən ibarət olur.

Psixoloqlar liderin üç əsas funksiyasını müəyyən edirlər.



  • Təşkilatçılıq funksiyası. Lider qrupun məqsədini müəyyən edir, işi planlaşdırır, metod və vasitələri seçir, rol və vəzifə bölgüsü aparır, nəzarət edir və s.

  • Informasiya funksiyası. Lider qrupun fəaliyyəti üçün zəruri olan informasiyanı toplayır və qrup üzvlərinə çatdırır.

  • Sosializasiya funksiyası. Lider müəyyən keyfiyyətləri formalaşdırmaq və inkişaf etdirmək məqsədi ilə qrup üzvlərinə təsir göstərir. Liderin istifadə etdiyi pozitiv və neqativ sanksiyalar da sosial funksiyaya daxildir.

Akademik qrup mütəxəssis şəxsiyyətinin inkişafına həlledici təsir göstərdiyində ali təhsil mütəxəssisində xüsusi diqqət obyektinə çevrilir. Lakin unutmaq olmaz ki, akademik qrup mütəxəssis şəxsiyyətini inkişaf etdirən yeganə amil deyil. Şəxsiyyət bir qrupda deyil biri-biri ilə qarşılıqlı əlaqədə olan müxtəlif qruplar sistemində inkişaf edir, tələbə təkcə akademik qrupun deyil, gənclər təşkilatının, tələbə elmi birliyinin, bədii özfəaliyyət dərnəyi, idman bölmələri, klublar və digər qrupların üzvü olur. Fikrimizi əsaslandırmaq məqsədi ilə, üzvlük və referant qrup anlayışlarının mahiyyətini açıqlayaq.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin