Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri



Yüklə 0,49 Mb.
səhifə88/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   84   85   86   87   88   89   90   91   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1

Ali məktəb tələbələrinin vəzifələri aşağıdakılardır:

  • öz biliklərini daim artırmaq və dərinləşdirmək;

  • praktik bacarıq və vərdişlər qazanmaq;

  • peşə-ixtisas hazırlığını təkmilləşdirmək;

  • təhsil müəssisəsinin Nizamnaməsinə və daxili qaydalarına əməl etmək;

  • əxlaq və etika normalarına riayət etmək;

  • təlim-tərbiyə prosesi ilə bağlı birgə yaşayış qaydalarına əməl etmək.

3.Pedaqoji ünsiyyətin tələbə şəxsiyyətinin formalaşmasına təsiri

Ünsiyyət – fəaliyyətin mühüm tərkib hissəsi, zəruri atributudur. Şəxsiyyətin inkişafı yalnız fəaliyyət və ünsiyyət prosesində reallaşır.

İnsan psixikasının mühüm komponenti olan ünsiyyət – iki və daha çox adamın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı fəaliyyətidir. Ünsiyyətin predmeti başqa adamdır. K.Marks başqa adamı ən böyük sərvət adlandırırdı. O, yazırdı ki, insan həmişə “başqa insan kimi ən böyük sərvətə...” tələbat hiss edir. Ünsiyyətə tələbat insanın digər tələbatları içərisində xüsusi yer tutur. Çünki ünsiyyət tələbatı insanın psixi inkişafının əsas amilidir.

L.S.Vıqotski ünsiyyət tələbatına uşağın psixi inkişafının əsas və hərəkətverici qüvvəsi kimi xüsusi əhəmiyyət verirdi. O göstərirdi ki, uşağın xarici aləmə, hətta ən sadə münasibəti də başqa adama münasibət vasitəsilə əks olunur.

Ünsiyyətin motivləri son dərəcə mürəkkəb xarakter daşıyır. İnsanın təkcə kiminlə və necə söhbət etməsi faktına əsasən ünsiyyətin motivləri haqqında fikir söyləmək birtərəfli olardı. Elmi-tədqiqat təcrübəsi ilə sübut edilmişdir ki, insan üçün ən böyük cəza – onu başqa adamlarla ünsiyyətdən məhrum etməkdir.

Görkəmli mütəfəkkirlər,əxlaq nəzəriyyəçiləri ünsiyyətdən məhrumluğu bədbəxtliklə eyniləşdirmişlər. Ünsiyyət şadlığı, sevinci ikiqat artıran, qəmi və qüssəni, dərdi və kədəri isə azaldan qüvvədir. Bununla əlaqədar öz dövründə “Alimlər Sultanı” adını daşıyan, Şərqin görkəmli mütəfəkkiri Mövlana Cəlaləddin Rumi yazırdı ki, dərdli insan içi tüstü dolu bir otağa bənzər. Onu dinləmək – həmin otağa bir pəncərə açmaq kimidir.

Hələ qədim zamanlardan insanlara məlum idi ki, uşaqların çoxu yetim evində tez ölür. 1760-cı ildə ispan yepiskoplarından biri öz gündəliyində yazmışdı: “Yetim evində uşaq kədərli olur və onların bir çoxu kədər çəkdiyi üçün ölür”. Bu ona görə belə olrdu ki, onların ünsiyyət tələbatı təmin olunmurdu.

Pedaqoji-psixoloji ədəbiyyatda ünsiyyətin əsas aspektləri aşağıdakı kimi fərqləndirilir:

- Kommunikasiya – fərdlər arasında informasiya mübadiləsi;

- İnteraksiya – qarşılıqlı təsirin ümumi strategiyası;

- Persepsiya – qavrayış, başqasını başa düşmək.

Pedaqoji ünsiyyət geniş anlayışdır. Ali təhsil müəssisəsinin rəhbər işçiləri ilə müəllim kollektivi arasında, müəllimlərlə - müəllimlər arasında, müəllimlər və tələbələr arasında olan ünsiyyət pedaqoji ünsiyyətdir. Ali məktəb müəllimlərinin öz tələbələri ilə ünsiyyətləri şəxsiyyətlərarası münasibətlərin özünəməxsus sferasını təşkil edir.

Ali təhsil müəssisəsində pedaqoji ünsiyyətin funksiyalarını aşağıdakı kimi konkretləşdirmək olar:

- tələbənin ahəngdar inkişafını və mütəxəssis kimi formalaşmasını təmin etmək;

- tələbə kollektivindəki sosial-pedaqoji-psixoloji prosesləri idarə etmək;

- ali təhsil müəssisəsində, tələbə qruplarında sağlam mənəvi-psixoloji mühit yaratmaq;


- fərdi-idraki funksiya (yenini öyrətmək və ya öyrənmək);

- emosional funksiya (qiymətləndirmək,təəssüratı bölüşdürmək,münasibət bildirmək) və s.

Pedaqoji ünsiyyətin məzmunu müəllimin qarşıya qoyduğu məqsədin, motivlərin düzgün dərk edilməsi, tətbiq olunan vasitələrin səmərəliliyi, tərəf-müqabillərinin müəyyən normalara əməl etməsi ilə müəyyənləşir.

Pedaqoji ünsiyyətin avtoritar, demoktarik, liberal, qeyri-sabit (ardıcıl olmayan) üslubları vardır. Ən səmərəli ünsiyyət üslubu – demokratik üslubdur. Pedaqoji ünsiyyətdə bu üslubu əsas götürən müəllimlər tələbəni subyekt kimi qəbul edir, tələbə kollektivi ilə hesablaşır, liderlərin təkliflərini qəbul edir, tələbələrin müstəqilliyini, təşəbbüskarlığını dəstəkləyir, müsbət emosional əlaqələrə üstünlük verir, tələbələrin fərdi xüsusiyyətlərini, ehtiyac və tələbatlarını nəzərə alırlar. Belə müəllimlərdə heç vaxt neqativ durum olmur.

Pedaqoji ünsiyyət nə qədər səmərəli qurularsa, tələbə kollektivinin idarə olunması, təhsil-tərbiyə işinin təşkili, tələbə şəxsiyyətinin inkişafı da bir o qədər səmərəli olar.

Tələbə və müəllim arasında pedaqoji ünsiyyətin səmərəliliyi aşağıdakı kimi şərtlənir:



  • ali məktəbdə tələbə-müəllim əməkdaşlığının yaradılması;

  • tələbəyə gələcək mütəxəssis kimi yanaşılması;

  • tələbənin yetkin insan olmasının nəzərə alınması;

  • tələbənin peşə marağından pedaqoji ünsiyyətdə bir amil kimi istifadə edilməsi;

  • tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması;

  • müəllimin tələbələri öz fəaliyyət növlərinə cəlb etməsi.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin