Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri


Tələbələri təlim-idrak fəaliyyətinə görə bir neçə tipə



Yüklə 0,49 Mb.
səhifə87/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   83   84   85   86   87   88   89   90   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1

Tələbələri təlim-idrak fəaliyyətinə görə bir neçə tipə ayırmaq olar:

Birinci tip tələbələr ali məktəbdə təhsil prosesinin məqsəd və vəzifələrinə kompleks şəkildə yanaşır. Tədris proqramının hüdudlarından kənara çıxır, daha geniş biliklər almağa səy göstərirlər. Ali məktəb həyatında sosial fəallıq göstərirlər. Bu qəbildən olan tələbələr professional bacarıqlara yiyələnməyə çalışır, təlim-idrak fəaliyyətlərini səmərəli qurmağa cəhd edirlər. Bütün tədris fənlərini əla oxuyur, elmi polemikaya girməyi xoşlayır, elmi axtarışlarla məşğul olurlar.

İkinci tip tələbələr dar ixtisaslaşmaya yönəlmiş olurlar. Bu qəbildən olan tələbələr də proqram çərçivəsindən kənara çıxırlar. Lakin daha geniş biliklər əldə etməyə səy göstərən birincilərdən fərqli olaraq bu tipə daxil olan tələbələr biliklərini dərinləşdirməyə çalışırlar. Bütün maraq və meyilləri peşə və ixtisasla bağlıdır. Yaxşı oxuyurlar, onları maraqlandırmayan fənlərdən də müvəffəq qiymət alırlar. Belə tələbələri ixtisasla bağlı fənlər daha çox maraqlandırır. İxtisasla bağlı ədəbiyyat oxumağa üstünlük versələr də, ictimai elmlərə xüsusi maraq göstərmirlər.

Üçüncü tip tələbələr ancaq proqram çərçivəsi daxilində bilik və bacarıqlar əldə etməyə çalışırlar. Onlarda yaradıcılıq və fəallıq zəif təzahür edir.

Dördüncü tip tələbələr pis oxumurlar. Tədris proqramına seçici münasibət bəsləyir, “xoşladıqları” fənlərlə məşğul olurlar. Lakin tədris məşğələlərinə müntəzəm gəlmirlər. Professional maraqları kifayət qədər formalaşmış olmur.

Beşinci tip tələbələr tənbəldir. Onlar ali məktəbə valideynlərinin təkidi ilə, yaxud “kampaniya” xatirinə (təki ali təhsil olsun deyə) və yaxud da əsgərlikdən yayınmaq məqsədilə daxil olurlar. Təlimə biganədirlər, tez-tez dərs buraxırlar, daim akademik borcları olur.

“İdeal” tələbə necə olmalıdır sualına keçmiş illərin müəllimləri belə cavab verirlər: “intizam, səy, məsuliyyət, ali təhsil dairəsi”.

Müasir dövrün müəllimlərinin böyük əksəriyyətinin cavabı isə belədir: “intizamlılıq, ədəb-ərkan, mərifət”.




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin