Mövzu Ali məktəb psixologiyasının ümümi məsələləri Plan


Melanxolik temperament tipi



Yüklə 89,63 Kb.
səhifə12/28
tarix28.01.2022
ölçüsü89,63 Kb.
#51698
1   ...   8   9   10   11   12   13   14   15   ...   28
Ali mek. psixolog yeni son mühazireler

Melanxolik temperament tipi- yüksək senzitivlik. Aşağı reaktivlik və aktivlik, rigidlik. İntrovertlik. Yüksək oyanıqlıq. Depressiv səciyyəli emosiyalar. Ağır templi reaksiyalar.

Tələbəlrin fəaliyyətində şəxsiyyətin təmayülü ilə bağlı temperamentlə birgə xarakter də özünü nümayiş etdirir.



Xarakter deyildikdə, insanın sarsılmayan psixi tutumu nəzərə alınır. Bu elə keyfiyyətlərin cəmidir ki, bütün davranışa təsir göstərir.

Şəxsiyyət üçün tipik davranış tərzini şərtləndirən, fəaliyyət və ünsiyyətdə əmələ gələn və təzahür edən davamlı fərdi xüsusiyyətlərin məcmusuna xarakter deyilir.

Xarakterdə ətraf mühitə, əməyə, başqa insanlara və şəxsin özünə olan münasibət vardır. Müəllim hər bir tələbənin xrakterini dərindən öyrənməli, onun mənfi və müsbət cəhətlərini ayırd etməlidir.

Tələbənin xarakteri bir sıra xüsusiyyətlərdən ibarət olan tam halda formalaşır ki, bunları qruplar üzrə belə bölmək olar: birinci qrup əqli xüsusiyyətlərdir –buraya müşahidəçilik,fikir yürütmək, ağlın dərinliyi daxil edilir; ikinci qrup emosiya xüsusiyyətləridir –buraya inamlılıq, şən həyat tərzi, gümrahlıq daxildir; üçüncü qrup iradi keyfiyyətlərdir – buraya məqsədyönlülük, təşəbbüskarlıq, özünüələalmaq, qətiyyətlik, mərdlik, intizamlılıq və s.daxildir; dördüncü qrup əxlaqi keyfiyyətlərdir –buraya şərəflilik, düzlük, vəzifə borcu, kollektivçilik və s.daxildir. Bunlarla birlikdə onu da qeyd etmək lazımdır ki, insan xarakteri şəxsiyyətin vahid, bütöv halda təcəssümüdür.

Xarakter güclü və zəif, qapalı və ünsiyyətli, ictimai təmayüllü və eqoist, məqsədli və ziddiyyətli olur. Ən başlıcası, tələbənin xarakterini göstərən hərəkətlər və fəaliyyətidir, xüsusilə kollektivdə davranışıdır, mənimsəmə prosesi və ictimai işidir.

Xarakterin mahiyyətini başa düşmək üçün xüsusi əhəmiyyət kəsb edən motivasiya sahəsini aydınlaşdırmaq lazımdır. Motivasiya sahəsi xarakterin formalaşmasında mühüm rol oynayır. Dünyagörüşü və əqidə şəxsiyyətin motivasiya sahəsinin nüvəsini təşkil edir. Xarakter şəxsiyyətin dünya görüşü və qəidəsindən bilavasitə asılıdır. Psixologiyada bu asılılığı ifadə etmək üçün münasibət anlayışından istifadə edirlər. İnsanın psixi həyatının bütün cəhətləri bu və ya digər dərəcədə onun münasibətləri sistemi ilə bağlıdır. Xarakterin əsas əlamətləri də bu zəmində formalaşır və inkişaf edir. İnsanın xarici aləmə münasibətləri öz əksini onun xarakter əlamətlərində tapır.

Xarakter insanı müəyyən tərzdə, hətta bəzən şəraitə olmayan şəkildə hərəkət etməyə təhrik etməsi nə qədər mürəkkəb səciyyə daşıyırsa-daşısın, o, qanunauyğun hadisədir. Bu qanunauyğunluq isə ancaq şəxsiyyətin motivasiya sahəsi ilə, birinci növbədə, insanda müəyyən əqidənin formalaşması ilə bağlıdır




Yüklə 89,63 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin