Mövzu 1. Ali məktəb psixologiyasının ümümi məsələləri
Plan:
Ali məktəb psixologiyasının mövzusu və vəzifələri
Psixologiya elminin metodologiyası və tədqiqat metodları
Ali təshilli mütəxəssisə verilən tələblər
Tələbə şəxsiyyətinin inkişafının xüsusiyyətləri.
1.Ali məktəb psixologiyasının mövzusu və vəzifələri
Psixologiya fərdi və qrup psixi hadisələri, onların mahiyyətini, qanunauyğunluqlarını, inkişaf və təşəkkülünü, insanın fəaliyyət və davranışını öyrənir. Ali məktəb psixologiyası isə tələbələrin, müəllimlərin və ali məktəb rəhbərlərinin fəaliyyətinin psixoloji xüsusiyyətlərini və psixikasını öyrənir. Psixikanın öyrənilməsi, onun ətraf mühitlə qarşılıqlı əlaqəsinin dinamikasını aşkar edir, inkişafı və dəyişiklikləri müəyyən edir.
Psixi hadisələr dərk edilədə bilər, dərk edilməyə də bilər. Fizioloq İ.Pavlov vaxtı ilə yazırdı ki,biz gözəl bilirik ki, daxili psixi həyat nə dərəcədə süurlu və kortəbii ola bilər. Daxili və xarici şəraitlə əlaqədar olaraq, psixi hadisələr qiymətləndirici, istiqamətverici, nəzarətedici, qıcıqlandırıcı funksiya daşıyır.
Psixi proseslər- duyğular, qavrayış, təsəvvür, təxəyyül, hafizə, təfəkkür və nitq biliklərin mənimsənilməsinə, problemlərin həllinə, şəraiti qiymətləndirməyə, ayrı-ayrı obyektlərin öyrənilməsinə, hadisələri qabaqlamağa imkan verir.
Emosional proselər- insanın daxili aləminə rövnəq verir, onun imkanlarını fəallaşdırır, tələbat və məqsədin müvafiqliyini bildirir.
İradi proselər- davranışların idarə olunmasında, səylərin səfərbər olunmasında, şüurluluqda vəözünütənzim hallarında aşkarlanır. Ən çoxda maneə və çətinliklərin aradan qaldırılmasında rol oynayır. Psixi proseslər, insanların davranışının və fəaliyyyətinin ayrılmaz tərkib hissəsidir. Onların iştirakı olmadan heç bir məsələ həll edilə bilməz.
Psixi vəziyyətlər- psixikanın bütövlükdə müvəqqəti halıdır ki, (yüksəliş, inam, hazır olmaq, təmin olunmaq, şübhələr, üzülmək, təhqir olunmaq və s.) bundan da dərketmə prosesinin səviyyəsi, əməli fəaliyyətdə nailiyyətlər, idarəetmə və tərbiyəetmədə insanlara təsiretmənin nəticələri çox asılıdır.
Dostları ilə paylaş: |