Mövzu Ali məktəb psixologiyasının ümümi məsələləri Plan


Aksentuasiya tipləri və ünsiyyət xüsusiyyətləri. İsteroid tipli



Yüklə 89,63 Kb.
səhifə19/28
tarix28.01.2022
ölçüsü89,63 Kb.
#51698
1   ...   15   16   17   18   19   20   21   22   ...   28
Ali mek. psixolog yeni son mühazireler

6. Aksentuasiya tipləri və ünsiyyət xüsusiyyətləri. İsteroid tipli insanların ünsiyyəti və davranışı müəyyən xüsusiyyətlərə malikdir: hadisələrin emosional soyuqluqla dramatikləşdirilməsi, öz emosional vəziyyətini şişirtmə, özlərininolduqlarından daha maraqlı olduqları haqda iddiaları, əks əlaqəyə, başqalarının emosional vəziyyətinə həssaslıq, təlqin qabiliyyətinin olması və özünütəlqin, diqqət mərkəzində olmağa istiqamətlənmə, eqosentriklik, yalançılıq, ünsiyyətdə aktivlik və səriştəlilik, əlaqəyə və lider olmağa yüksək tələbat. İsteroidlər sərhədsiz eqosentrizmlə, yüksək qiymətləndirməyə coşğun həvəslə, narsissizmlə, empatiya ilə seçilirlər. Lakin onlar uzunmüddətli dostluq əlaqələri saxlamağı bacarmırlar, öz imkanlarından aşağı işləyirlər, tez-tez aldadırlar. Onların xüsusiyyətlərinə, həmçinin davranışın dəyişkənliyi, fəaliyyətdə xaotiklik, yüksək iddialar, özünə əminlik və özünü göstərmə də daxildir.

Narsisizm- bu isteroidin yüksək formasıdır. Özünü dərketmədə bir-biri ilə kəsişməyən, razılaşmayan iki "mən" obrazı vardır. birinci mən konsepsiya daha realdır, lakin az inkişaf edib, infantildir, ikinci mən konsepsiya müdafiəedicidir, ideallaşdırılmışdır. Narsisizmin üzdə olan səbəbləri- həddindən artıq və düşüncəsiz ana sevgisi, yüksək qəyyumluq və yüksək pərəstişdir. Digər tərəfdən, sərt tərbiyə qorxaqlıq və özünəəminsizliyi formalaşdırır. Narsisizm şəxsiyyət sindromudur və korreksiyaya yaramır. narsisizmi təşkil edən beş sindromu göstərmək olar: 1. Ünsiyyət sferasında- gördükləri insanların ideallaşdırılması, sonradan isə təəssüflənmə və əvvəlcə yaranmış dostluq və intim münasibətlərin qiymətdən düşməsi. 2. İntellektual sferada- öyrənmə və yenini mənimsəmə qabiliyyətinin aşağı olması, yaradıcılığın olmaması və ya zəif ifadəsi, fəaliyyətdə və özünütəsdiqdə aşağı motivasiya. 3. Eqosentrik qavrama və təfəkkür, qeyri-tənqidilik. Belə insanlar tədbirdə olanda adətən başqalarına söz deməyə imkan vermir, özünü balaca teatr səhnəsində hiss edir, fasiləsiz öz təəssüratlarını, xatirələrini bölüşür. 4. Etik-mənəvi sferanın inkişaf etməməsi, yüksək hədəflərin olmaması. 5. Manipulyativlik- yüksək manipulyativ bacarıqlar narsislərin əsas keyfiyyətidir (məqsəd -çox götürmək, ən yaxşıya malik olmaqdır).


Yüklə 89,63 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin