Mövzu: “Azərbaycan dilində işgüzar və akade



Yüklə 262,64 Kb.
səhifə19/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   15   16   17   18   19   20   21   22   ...   142
1634046683046 Mühazirələr 1

MÖVZU: NİTQİN FORMALARI

Nitqin formaları

Plan:

1.Şifahi nitq

2.Yazılı nitq

3.Yazılı nitqlə şifahi nitqin fərqli cəhətləri

4.Nitqin növləri: monoloji və dioloji nitq

5.Yazılı nitqə dair təqdimat hazırlamaq

6.Şifahi nitqə dair təqdimat hazırlamaq

1. ŞİFAHİ NİTQ



Xalq danışıq dilinin cilalanmış forması olan şifahi ədəbi dil ciddi fonetik, leksik, morfoloji və sintaktik normalar əsasında təzahür edir. Bu normalarla dialektlərdən və danışıq dilindən fərqlənən ədəbi dilin şifahi forması qədim dövrlərdən, hələ əlifba və yazı meydana gəlməmişdən xalq yaradıcılıq dili kimi insanlar arasında holavarlar, sayaçı sözləri, ağılar, atalar sözləri, zərb-məsəllər, qaravəlli, tapmaca, nağıllar, bayatılar, mahnılar, xalq oyun-tamaşaları şəklində yayılmışdır. Bugünkü şifahi ədəbi dil ali və orta məktəb müəllimlərinin, səhnədə aktyorların, söz ustalarının, radio və televiziya verilişlərində diktorların, aparıcıların, müəyyən məsələlərlə ekrana çıxan jurnalistlərin, şair və yazıçıların, ümumiyyətlə, həqiqi mənada ziyalıların dilidir ki, daima forma və məzmunca, intonasiya qaydalarına uyğun olaraq səlisləşir və zənginləşir. Şifahi nitqi xarakterizə edən başlıca cəhət onun eşidilməsidir. Bu nitq danışılan, söylənilən, səslənən nitqdir. O, əl-qol, bədən hərəkətləri, üz, göz, qaş, dodaq-mimika hərəkətləri və səsin ahəngi ilə müşayiət olunur, başqa cür desək, şifahi nitqdə danışan intonasiyadan (avaz, vurğu, fasilə, ritm, temp, intensivlik və s.), mimika, pantomim elementlərindən və jestikulyasiyadan istifadə edə bilir. Şifahi nitqin ayrılmaz hissəsi olan səsin ahəngi və bədən üzvlərinin hərəkətləri söylənilən fikri müxtəlif çalarda çat- 126 dırmağa yardımçı olur. Məsələn: “Bu tələbə əla oğlandır” – cümləsini biz hiss-həyəcanla, ahəngdar səs tonu ilə səsləndirib sağ əlimizi azacıq qaldıraraq və baş barmağımızı yuxarı tutaraq bu tələbənin əla, başqalarından mənəvi cəhətdən çox seçilən ağıllı, hər şeyin yerini bilən, ətrafdakılara dost əli uzatmağa həmişə hazır olan bir insan olmasına öz münasibətimizi bildirmiş oluruq. Əgər həmin cümləni biz sual intonasiyası ilə deyərək üst dodağımızı burnumuza tərəf qaldırıb, yaxud üzgözümüzü turşudub əl barmaqlarımızı azca yuxarı qaldırıb, ani tərzdə aşağı salmaqla həmin tələbəyə mənfi münasibətimizi bildirmiş olarıq, həm də onun yaxşı tələbə olmasını şübhə altına alarıq. Biz bu cümləni adi, nəqli cümlə intonasiyası ilə deyib fikri təsdiqləyiriksə, onda başımızı hörmətlə endirib qaldırırıq. Əgər oğlanın əla tələbə olması ilə razılaşmırıqsa, başımızı qismən arxaya aparıb gətiririk, bəzən də dilimizdə mənfi münasibət bildirən və “yox” anlamında işlədilən “cık” vokativ səs-sözdən istifadə edirik. Eşitmə, dinləmə, qavrayış üçün nəzərdə tutulan şifahi nitqin baş vermə səbəbi insanın beyin fəaliyyəti, düşünmə qabiliyyəti ilə bağlıdır. Danışan dinləyicilərinə təsir mexanizmi kimi intonasiyaya böyük məsuliyyətlə yanaşır. Əgər səsin ahəngində elə bir ciddi dəyişiklik yoxdursa, nitq adi nəqli cümlə intonasiyasından kənara çıxmırsa, danışan gözlərini dinləyicisinə (dinləyicilərə) yox, başı aşağı yerə və ya hər hansı bir naməlum nöqtəyə dikirsə, pantomim elementlərindən istifadə etmirsə, belə nitq onun özünə də, dinləyənlərə də lazımsız və sönük görünəcək, cansıxıcılıq yaradacaqdır. Belə məqamlarda intonasiyanın tərkib hissələri olan avazlanma, vurğu, fasilə, temp şifahi nitqin xüsusiyyətləri kimi necə də əhəmiyyətli və lazımlıdır. Nitq zamanı dinləyici danışana baxıb onun mimika və jestlərini görmürsə, səsinin ahəngində hansı hissləri yaşamasını duymursa, təkcə nitqin məzmununu tutursa, bu, artıq canlı danışıq olmadığı kimi, həvəslə dinləmə də deyil, məcburiyyət 127 üzündən oturub qalmaq, yazılı nitqi gözlə oxumaq prosesinə bənzər bir şeydir. Oxucu yazıda müəllifin monoloqonu oxuyub onun keçirdiyi hissləri duymağa, edə biləcəyi pantomim hərəkətləri özünün düşündüyü, anladığı şəkildə təsəvvür edir ki, bu da artıq şifahi nitqlə yox, yazılı nitqlə bağlı xüsusiyyətdir. Şifahi nitqin xüsusiyyətlərini belə qruplaşdırırlar:

1) Şifahi nitq söylənilir və eşidilir;

2) Şifahi nitqdə dinləyicilərin kimliyi nəzərə alınmaqla dilin leksikasından hamıya aydın, ümumişlək sözlərə üstünlük verilir. Bu nitq ailə-məişət üslubundakı nitqdən yalnız məzmununa görə fərqlənir;

3) Şifahi nitqdə cümlələr, əsasən, qısa və sadə olur, yarımçıq və elliptik, yaxud sözcümlələr, qısa replikalar üstün yer tutur:

4) Şifahi nitqdə danışıq dilinin xüsusiyyətləri gözlənilir;

5) Şifahi nitqdə intonasiya, avazlanma, fasilə, vurğu və s. kimi vasitələrdən geniş istifadə olunur;

6) Tələb olunan məqamlarda mimika və jestikulyasiyaya yer verilir;

7) Şifahi nitq axını sürətli olur Danışılan mövzudan, şəraitdən, nitqin məqsədindən, danışanın yaşından, tutduğu vəzifədən, mövzunun məcburi və məsləhət xarakterli olmasından asılı olaraq danışığın sürəti, söz işlətmə tempi, intensivlik, fasilə həmişə gözlənilir. Şifahi nitqin ən ümdə xüsusiyyəti ailə-məişət üslubundan fərqli olaraq, müəyyən məsələ haqqında xüsusi hazırlaşmadan sərbəst danışmaqdır. Əlbəttə, qeydsiz-filansız müəyyən məsələ barəsində nitq söyləmək, çıxış etmək böyük hünər, istedad tələb etməsə də, daışanın anlama, nəticə çıxarma, məsələnin mahiyyətinə uyğun danışıq bacarığı olmalıdır.Aşıq yaradıcılığı daha çox yazılı ədəbiyyatla bağlıdır.




Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin