Mövzu: “Azərbaycan dilində işgüzar və akade



Yüklə 262,64 Kb.
səhifə20/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   16   17   18   19   20   21   22   23   ...   142
1634046683046 Mühazirələr 1

2.YAZILI NİTQ

Nitqin ikinci əsas forması yazılı nitqdir. Yazılı nitq hərflər və durğu işarələri ilə (nöqtə, vergül, nida və sual işarələri, iki nöqtə, nöqtəli vergül və s.) düzəlir. Yazılı nitq şifahi nitqin əsasında, əlifbanın meydana gəlməsindən sonra yaranmışdır. Nitqin şifahi və yazılı qollarının inkişafı və formalaşması ümumxalq danışıq dili normalarının sabitləşməsi əsasında baş verir. Şifahi nitqdə sözlərin düzgün tələffüzü, vurğunun dəqiq müəyyənləşməsi əsasdırsa, yazılı nitqdə leksik və qrammatik normalara ciddi əməl olunması başlıca şərtdir. Elmi, texniki, siyasi və s. sahələrə aid yazılı nitqdə terminlərə geniş yer verilir. Yazılı nitq ədəbi dilin əsasında formalaşdığından orfoqrafik, leksik və qrammatik normalara uyğun qurulur, əhəmiyyətli yazılı məlumatlar saxlanılır və gələcək nəsillərə ötürülür. Yazılı ədəbi dilimizin ilk nümunələri bədii əsərlərlə həyata vəsiqə almışdır. Yazılı nitq bilavasitə, əlifbamızın meydana gəlməsindən sonrakı dövrə aiddir, yazı mədəniyyəti ilə bağlıdır. Nəzmlə, çox sonralar nəsrlə yazılmış bədii əsərlər, dövlət sənədləri, dövlət başçılarının məktubları, qəzet və jurnallar, elmi və publisistik yazılar, kitablar, müxtəlif məzmunlu elan və plakatlar yazılı ədəbi dil nümunələridir. Savadlı və mədəni yazılar yazılı nitq mədəniyyətinin təməlidir. Yazı mədəniyyəti nitq mədəniyyəti və ədəbi dil normaları ilə sıx bağlıdır. Burada ədəbi dilimizin bütün üslubları təmsil olunur. Yazılı ədəbi dil əsasən, orfoqrafik normalar əsasında səlisləşir, rəvanlaşır. Şifahi ədəbi dil isə orfoepik normalarla tənzimlənir.




Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin