Mövzu: “Azərbaycan dilində işgüzar və akade



Yüklə 262,64 Kb.
səhifə28/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   24   25   26   27   28   29   30   31   ...   142
1634046683046 Mühazirələr 1

3.LEKSİK NORMA

Leksik normada əsas prinsip işlədilən sözlərin mənaca aydınlığıdır. Nitqin anlaşıqlı olması üçün sözlərin mənası danışana da, dinləyənə də tam məlum olmalıdır. Danışan öz nitqində alınma sözlərə və ya dialektizmlərə çox yer verərsə, onların mənası, əlbəttə, bütün dinləyicilərə eyni dərəcədə anlaşıqlı ola bilməz. Kitablarda, lüğətlərdə müxtəlif yazı məxəzlərində sözləri, adətən, bir variantda görürük. Amma xalq danışıq dilində və dialektlərdə ədəbi dildə oxuduqlarımızın variantları da mövcuddur: "asan" əvəzinə asand, hasan, hasand; "ev" əvəzinə əv, öy, öv; "pendir" əvəzinə penir, pəndir; "deyil" əvəzinə dəyil, degil, döyü, döyül; "pəncərə" əvəzinə pencərə; "ayaq" əvəzinə əyağ; "bıçaq" əvəzinə pıçax; "hökumət" əvəzinə hökmət; "təcrübə" əvəzinə təcürbə; "indi" əvəzinə hindi; "telefon" əvəzinə telfun; "şəkil" əvəzinə Ģikil; "əlbəttə" əvəzinə həlbət, həlbətdə; "yenə" əvəzinə genə; "cümə" əvəzinə cuma; "yəni" əvəzinə yanı və s. Azərbaycan ədəbi dilinin lüğət tərkibi zəngin olduğuna görə burada ümumxalq danışıq dilinə, yaxud dialekt və şivələrə məxsus sözlərlə yanaşı alınma sözlərə - bir tərəfdən ərəb-fars mənşəli, digər tərəfdən isə XlX əsrdən başlayaraq (M.B.Nadimin, Q.Zakirin, M.F.Axundzadənin əsərlərində, H.Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzetində və s.) rus dilindən və rus dili vasitəsilə dünya dillərindən alınmış çoxlu söz və ifadələrə rast gəlirik. Deməli, dilimizin lüğət tərkibi milli mənşəli və alınma sözlərdən ibarətdir. Milli mənşəli sözlərdə orfoqrafik normalar onların bir variantlı tələffüzü üzrə sabitləşməyə doğru getmişdir. Leksik semantik normanın keyfiyyəti istər danışıq dilindən gəlmiş milli sözlərdə, istərsə də alınmalarda özünü qabarıq göstərir. Milli mənşəli sözlərdə orfoqrafik normalar onların bir variantlı olmasını şərtləndirir. Dilimizin lüğət tərkibində elə sözlərə rast gəlirik ki, onlar qədim tarixə malik deyildir. Onlar, deyək ki, əlli il bundan əvvəl dilimizdə olmamışdır, termin kimi də başqa dillərdən alınmamışdır. Dilçilikdə özləşmə meyilli kimi meydana çıxan bu sözlər sözyaratma hesabınadır. Alınma sözlərin dilə gətirilməsi əleyhinə yönəlmiş bu proses alınmalar üçün qarşılıq tapmağı nəzərdə tutur. Özləşmə, əsasən, söz sənətkarlarının xalq dilinə və Türkiyə türkcəsinə müraciəti əsasında qarşılığı milli dilimizdə olmayan, oxşarlıq əsasında sözyaratma prosesidir. Bir qismi keçən əsrin 70-ci illərindən sonra rus dilindən alınmaların kalka üsulu ilə düzəlmiş variantlarıdır ki, bura çimərlik, duracaq, əy- ləc, yelçəkər, sərinkeĢ, tozsoran, soyuducu, dabankeĢ, açıqca və s. kimi sözlər daxildir. Bu tip sözlərin rus dilindəki qarşılığının hesabına yaranmasını məktəblilər və tələbələr bilməsələr də, orta və yaşlı nəsil yaxşı xatırlayır. Amma hərbiləşmə (militarizm), köçkün (emiqrant), yetəsay (kvorum), çağdaş (müasir), yüzillik (əsr), durum (vəziyyət), özəlləşmə (xüsusiləĢmə), soyqırım (genosid), soyad (familiya) və s. kimi sözlərin işlənməsində paralellik olsa da, saxlanc, dönəm, qaynaq, bölgə, öndər, soykökü, istilikölçən, bilgisayar, cangüdən, duyum, toplum, bağımsız və s. kimi leksik vahidlər xalqımızın müstəqillik qazanması sayəsində, özləşmə nəticəsində dilimizdə sabitləşməkdədir. Deməli, dildə yalnız uyğun qarşılığı olmayan sözlərin hazır şəkildə alınıb işlədilməsi zəruridir. Lakin dildə uyğun qarşılıq olduqda, yaxud onu düzəltmək mümkün olarsa, mənbə dildəkinə uyğun yaradılmalıdır. Dilin leksikasında kəmiyyətinə görə ikinci yeri alınma sözlər tutur. Alınma leksika ədəbi dilin funksional üslubundan sayılan elmi üslubda üstün mövqeyə malikdir. Elmi üslubda işlənən alınma söz-terminlər elmi(sahə) ədəbiyyatda çoxluq təşkil edir, şifahi nitqdə isə elm adamlarının leksikonunda özünü göstərir. Dilin lüğət tərkibinə daxil olan terminlər adi ümumişlək sözlərdən fərqlənir. Elm və texnikanın inkişafı ilə əlaqədar Avropa dillərindən alınmış söz-terminlər elmin bu və ya digər sahəsində işlənir və həmin sahə ilə bağlı adamların nitqi üçün xarakterikdir. Məsələn: sirroz, infarkt, insult, miningit, miokard təbabətə, karatedo, uĢu, kikboksinq, muay tay, xetttrik, xavbek idmana; metafora, anafora, metonimiya, sinekdoxa, epitet, məsnəvi ədəbiyyatşünaslığa; assimilyasiya, dissimilyasiya, metateza, eliziya, proteza, elliptik cümlə kimi sözlər dilçiliyə aiddir.


Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin