Mövzu: “Azərbaycan dilində işgüzar və akade



Yüklə 262,64 Kb.
səhifə29/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   25   26   27   28   29   30   31   32   ...   142
1634046683046 Mühazirələr 1

4.QRAMMATİK NORMA

Qrammatik norma dilin quruluşuna, onun nitq prosesindəki fəaliyyətinə aiddir. Bura sintaktik əlaqə formaları, şəkilçilərin ardıcıllığı, sözlərin cümlədə sıralanması, cümlə üzvlərinin dəqiq yeri, mənsubiyyət, hal, dərəcə, zaman, şəxs və s. kimi qrammatik kateqoriyaların ədəbi dildə gözlənilməsi ilə bağlı qaydalar daxildir. Qrammatik norma nitqdə sözlər və cümlələr arasındakı əlaqələrin düzgün qurulmasını tənzimləyir. Ədəbi dilimizin qrammatik norması ümumxalq dilinin qrammatik quruluşunu əks etdirir və onun əsasında qurulmuşdur. Sözlər və cümlələr arasındakı əlaqə düzgün qurulmadıqda qrammatik səhvlər meydana çıxır ki, nitq mədəniyyəti məhz bu tipli səhvləri aşkara çıxarır və onların aradan qaldırılmasına xidmət göstərir. Ədəbi dilin qrammatik normalarına aşağıdakı qaydaları daxil edə bilərik: 1) Azərbaycan dilində miqdar saylarından sonra gələn isimlər tək halda işlədilir: iki top, üç kitab, dörd tələbə, yüz qoyun və s. Hazırda şagird və tələbələr orta ümumtəhsil və ali məktəblərdə rus, ingilis, fransız, alman və s. dilləri (ən azı iki xarici dili) öyrəndiklərindən onlar bilirlər ki, bu dillərdə isimlər miqdar sayları ilə uzlaşır. Amma Azərbaycan dilində bu hal mövcud deyil, yəni isimlərin çoxluq ifadə etməsi üçün cəm şəkilçisini qəbul etməsi lazım gəlmir. "Beş cür futbol topları", "on müxtəlif idman köynəkləri" işlətmək qrammatik normanın pozulması deməkdir. 2) Azərbaycan dilində mənsubiyyət kateqoriyası şəxs əvəzlikləri ilə əlaqədardır və əşyanın hansı şəxsə mənsub olduğunu bildirmək üçün isimlərə artırılan mənsubiyyət şəkilçiləri ilə formalaşır. Mənsubiyyət kateqoriyasının elementləri ikinci tərəfdə ifadə olunur. Dilimizdə mənsubiyyət kateqoriyası şəxs əvəzliklərinin iştirakı olmadan da düzəlir: kitabım, topumuz, dəftərin, eviniz, çantası və s. Mənsubiyyət kateqoriyasında yığcamlıq yaratmaq məqsədilə sahib şəxs ixtisara düşür, mən- 257 subiyyət şəkilçili söz həm də sahib şəxsi əvəz edir. Amma rus, ingilis, fransız dillərində bu mümkün deyildir. Eləcə də, dilimizdə I və II şəxsin cəmində ikinci tərəfin mənsubiyyət şəkilçiləri olmadan mənsubiyyət anlayışını ifadə etmək mümkündür (adları çəkilən xarici dillərdə olduğu kimi): Bizim məktəb, sizin ev. Lakin birinci tərəfin işlənmədiyi hallarda mənsubiyyət şəkilçisinin işlənməsi artıq labüd olur: məktəbimiz, eviniz. Dilimizin özünəməxsus xüsusiyyəti burada da özünü göstərir. Mənim məktəb, sənin ev, onun və ya onların bağ deyilməz. Deməli, nitqdə lll növ təyini söz birləşməsi yiyəlik halda işlənmiş şəxs əvəzliyi ilə formalaşır, sahiblik anlayışını bildirən birinci tərəf isə ixtisar oluna bilir: "mənim anam" əvəzinə anam, "sənin adın" əvəzinə adın, onun (onların) atası" əvəzinə atası işlədilir və bu zaman əsas məna nəinki dəyişmir, həm də üslubi məqam kimi cümlədə səlislik, ahəngdarlıq, yığcamlıq yaranır. Elə bu qayda ilə mənsubiyyət şəkilçili getdiyim, gəldiyiniz, oyunçularımız, içdikləri tipli sözləri də ayrılıqda işlətmək və cümləni daha yığcam şəklə salmaq olur. Canlı danışıq dilində, sual-cavab şəklində gedən dialoq-müsahibələrdə mənsubiyyət kateqoriyasının ikinci tərəfi ixtisara düşür. Məsələn: - Bu kimin topudur? - Mənim. - Bəs dedilər ki, onundur. - Yox, onun deyil, mənimdir. 3) ll şəxsin cəmində xəbərlik kateqoriyasının -sınız4 şəkilçisi -sız4 şəklində tələffüz olunur: məşqçisiniz-[məşqçisiz], futbolçusunuz-[futbolçusuz] və s. 4) Feilin inkarlıq kateqoriyası təsdiq formada olan felə - ma/-mə şəkilçisini artırmaqla düzəlir. Məs: o yazır-o yazmır, sən oxuyursan-sən oxumursan. Amma inkarlığı -ma/mə şəkilçisi olmadan da yaratmaq mümkündür. Nə, nə də ədatları işlənəndə felin inkarlıq şəkilçisini işlətməyə ehtiyac qalmır: O nə yazır, nə (də) oxuyur. Biz bu cümləni “o nə yazmır, nə də oxumur” şəklində ifadə etsək, dilimizin qrammatik norması pozulmuş olacaqdır. Nə, nə də ədatları felin qarşısında deyil, cümlənin başqa üzvlərinin yanında gələndə şagird və tələbələr 258 qrammatik normanın pozulmasını aydın təsəvvür etmirlər. Məs: “Nə müəllimin yazdığı aşağı kredit balı, nə də dekanın göstərişi mənim qanuni oxuduğum Akademiyadan çıxarılmağıma haqq qazandıra bilməz”. Cümlədə inkarlıq bağlayıcılarının işlənməsinə baxmayaraq xəbərin yenidən inkarlıq şəkilçisini qəbul etməsi düzgün deyildir. Qəzet səhifələrində, dərslik və dərs vəsaitlərində, ən çox da danışıq dilində bu qayda tez-tez pozulur. 5) Zərflər işlənmə yerindən asılı olmayaraq hərəkətlə (fellə), cümlənin xəbəri ilə əlaqədar olur. Tələbələr bilməlidirlər ki, zərf kimi işlənə bilən sözlər həm isim (səhər, günorta, axĢam), həm sifət (yaxın, uzaq, pis, yaxĢı), həm də say (az, çox, xeyli) kimi çıxış edə bilməz. Bir nitq hissəsinə aid olan sözün başqa bir nitq hissəsi ola bilməməsi professor Yusif Seyidovun əsərlərində aydınlaşdırılsa da, hələ də orta və ali məktəb dərsliklərində əvvəlki səhv fikirlər təkrarlanır. Tələbələr nitq hissəsi olan zərfi cümlənin ikinci dərəcəli üzvü olan zərfliklə qarışdırırlar. Doğrudur, onlar zərfin nitq hissəsi, zərfliyin cümlə üzvü olduğunu çox vaxt deyə bilsələr də, cümlə təhlilində fikirlərini əsaslandıra bilmirlər. 6) Məlumdur ki, adlara (isim, sifət, saylara) əvvəl kəmiyyət, sonra mənsubiyyət, daha sonra hal, ondan sonra isə xəbər kateqoriyasının əlamətləri (şəkilçilər) artırılır: tələbə+ lər+imiz +in+dir, məşq+çi+lər+imiz+dən+siniz və s. 7) Felin kökünə əvvəl təsirlik, sonra növ, daha sonra şəkil, ondan sonra isə şəxs - xəbər əlaməti (şəkilçisi) artırılır: sil+dir+ il+məli+dir. Bura inkarlıq, kəmiyyət şəkilçilərini, hətta -mı4 sual ədatını da arıtrmaq mümkündür: sil+dir+il+məli+dir+ mi? (gərək) yaz+iş+ma+ya+sınız. Tək-tək hallarda qrammatik normanın pozulmasına rast gəlirik: “Onlar dərslərini gecələr öyrənirlərmiĢ” cümləsində qrammatik norma pozulmuşdur, çünki -imiĢ hissəciyi -lər cəmlik şəkilçisindən əvvəl işlənməli idi. 8) Sözlərin nitq axını prosesindəki sırası əhəmiyyətli olduğu üçün onun pozulması qrammatik qaydanın pozulmasına gə- 259 tirib çıxarır. Məsələn: “Sizi mən çox vaxtlarda istəyirdim görmək”. “Artıq mənim gözləməyimdən nə çıxar indi”. Danışıq dilində belə cümlələrə rast gəlirik. “Görmək” “istəyirdim” sözündən əvvəl, “indi” cümlənin başlanğıcında, “artıq” sözü isə “nə çıxar”-dan əvvəl işənərsə, cümlə dilin qrammatik normasına uyğun olar. 9) Dilimizdə mübtəda ilə xəbər sintaktik-qrammatik cəhətdən şəxsə və kəmiyyətə görə uzlaşmalıdır: “Tələbələr-oğlanlı, qızlı hamı universitetə gedirlər”. “Bir neçə tələbə futbol toplarını torda stadiona aparırlar”. İlk baxışda cümlələr düzgündür. Mübtəda hansı şəxsdə, hansı kəmiyyətdədirsə, xəbər də həmin şəxsdə və kəmiyyətdə olmalıdır. “Tələbələr gedirdilər” cümləsində uzlaşma düzgün sayılmalıdır, amma “hamı” əvəzliyində cəmlik anlayışı olsa da, “hamı gedirdilər” deyilməz


Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin