Mövzu:Azərbaycan dilinin üslublar sistemi
Plan:
1.Üslublar haqqında ümumi məlumat
2.Bədii üslub
3.Publisistik üslub
4.Rəsmi işgüzar üslub
5.Elmi üslub
6.Epistolyar üslub
1.ÜSLUB VƏ ÜSLUBİYYAT
Dilçilikdə, ədəbiyyatşünaslıqda, musiqidə, vokal sənətində, memarlıqda, xalçaçılıqda və insan idrakının, sosial şüurun fəaliyyət göstərdiyi bir sıra sahələrdə üslub (stil) aparıcı xüsusiyyətə malikdir. Stil sözü dünya elmində və mədəniyyətdə üsluba nisbətən daha qədimdir, Stil termini yunan dilindən latın dilinə keçmiş ―Stilus‖ sözündən ölub, çubuq, qələm deməkdir. Sonradan bu söz yazı manerası ―Obraz sisteminin bədii təsvir vasitələrinin, yaradıcılıq üsullarının ümumiliyi olub, ideya vəhdəti eyniliyi və şərtləndirilir. Üslub termini isə ərəbcə tərz, ifadə tərzi, üsul mənasındadır. Ümumiyyətlə götürdükdə, üslub hər şeyin öz «məni»dir. Yəni hər hansı bir kateqoriyadan olan fəaliyyət növünün özünəməxsus keyfiyyət məcmusudur. Hər hansı bir sahənin ilkin inkişaf mərhələsində üslubu ola bilməz. Lap elə dilin özünü götürmüş olsaq, onun ilkin inkişaf mərhələsində hansıı üslubundan bəhs etmək olar? Qəbilə dilinin bədii, funksional, elmi və s. Üslubundan danışmaq olarmı? Üslubun yaranması və çoxlu üslubların meydana gəlməsi dilin inkişafı ilə bağlıdır. Bütün dil üslubları dilin inkişaf səviyyəsindən asılıdır. Üslub çox geniş anlayışdır. Bu gün artıq akademik üslub, arxaik üslub, dialoq üslubu, monoloq üslubu, janr üslubu, realist üslub, romantik üslub, funksional üslub, bədii üslub, elmi üslub və s. üslub növləri vardır ki, bunların hamısı dilin öz inkişafı və tarixi durumu ilə bağlıdır. Bundan əlavə, poetik üslub – ayrı-ayrı sənətkarların fərdi üslubu da vardır ki, onlar da bilavasitə dilin tarixi inkişafından asılıdır.,
2.Bədii üslub
Bədii üşlub — milli bədii təfəkkürün ifadəsidir. Obrazlı, emosional nitq formasıdır. Bədii üslub ədəbi dilimzin tərkibində həmişə aparıcı olmıışdur.Funksional imkanlarının genişliyinə görə bədii üsluba ədəbi — bədii dil də deyilir. Bədii üslubun ən vacib şərti və ümumi cəhəti obrazlılıqdır. Bədii üslubun obrazlılığı həm fonetik, həm leksik, həm də qrammatik səviyyədə özünü göstərir.
Fonetik səviyyədə bədii üslubun göstəriciləri alliterasiya, assonans, təkrar və intonasiyadır. Birinci üç göstərici nitqdə ritm yaradan əsas vasitələrdir.
Alliterasiya eyni samit səslərin təkrarına deyilir.Məsələn: «Yaxşılığa yaxşüıq hər kişinin işidi, yamanlığa yaxsılıq ər kişinin işidi» atalar sözündə təkrar olunan y və ş samitləri nitqdə alliterasiya yaradır. Nəsiminin: «Al ilə ala gözlərin aldadı aldı könlümü; Alına bax nə al edar, kimsə irişməz alına » beytində isə 1 samitinin təkrarı alliterasiyadır.
Dostları ilə paylaş: |