Mövzu: “Azərbaycan dilində işgüzar və akade



Yüklə 262,64 Kb.
səhifə35/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   31   32   33   34   35   36   37   38   ...   142
1634046683046 Mühazirələr 1

Sözün poetik funksiyası.Sözün mətndə bədii vəzifə daşımasına, obrazlı şəkildə işlədilməsinə sözün poetik funksiyası deyilir.Mətndə poetik funksiya daşıyan söz və ya ifadə poetizm adlanır.Sözün poetik funksiyası orfun informativ (məlumat səciyyəli) vəzifəsindən fərqlənir. Məsələn: dərin qab, dərin quyu birləşmələrindəki dərin sözü informativ vəzifə daşıyır. Dərin məna, dərin düşüncə birləşmələrindəki dərin sözü isə poetik funksiyalı sözdür. Deməli, poetizm bədii sözdür. Böyük söz ustadı M. Füzuli bədii sözü (poetizmi) «diri söz» adlandırmışdır.

Bədii söz, əsasən, məcazi mənada işlənir və güclü emosiya, bədii təəssürat yaradrr. Sözün bədii imkanlarınm genişliyi birbaşa söz ustalarının istedadı və yaradıcılıq qabiliyyəti ilə bağlıdır. Bir çox sənətkarlar sözdən məharətlə istifadə yolu ilə güclü poetizmlər yaratmışlar. Zaman keçdikcə ayrı-ayrı poetizmlər hamı tərəfindən mənimsənilir və tədricən inforrnativ səciyyə daşıyır. Məsələn: daş ürək, acı söz, şirin arzu ifadələri gündəlik məişətdə tez-tez işlədilən poetizmlərdir. Frazeoloji birləşmələrin də çoxu bədii imkanlar hesabına yaranmışdır.




Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin