Mövzu: “Azərbaycan dilində işgüzar və akade


Azərbaycan dilində işlənən söz qrupları



Yüklə 262,64 Kb.
səhifə31/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   27   28   29   30   31   32   33   34   ...   142
1634046683046 Mühazirələr 1

Azərbaycan dilində işlənən söz qrupları

Dilin leksik tərkibini təşkil edən bütün vahidlər hər cəhətdən bir-birinə oxşamır. Dildəki hər bir leksik vahidin özünəməxsus xüsusiyyətləri və üslubi vəzifələri vardır. Buna görə də bəzi sözlər dilin bütün üslublarında işlənə bildiyi halda, digər qrup sözlər müəyyən üslubi məqsəd üçün yalnız bir üslubda işlənir. Bundan başqa, dildə bəzi sözlərdən az, bəzi sözlərdən isə çox istifadə olunur və s. Bütün bu cəhətlər nəzərə alınaraq müasir Azərbaycan ədəbi dilinin leksikası, əsasən, aşağıdakı söz qruplarına bölünür: ümumişlək sözlər, poetik sözlər, köhnəlmiş sözlər, neologizmlər, terminlər, dialektizmlər, loru sözlər, vulqar sözlər. Ümumişlək sözlər Ümumişlək sözlər Cəmiyyət və kainata aid əşya, hadisə, əlamət və s. anlayışların adını bildirib dildə çox işlənən sözlərə ümumişlək sözlər deyilir. Bunlar hamı tərəfindən eyni dərəcədə və eyni mənada başa düşülür; Məsələn: Yenə də yamyaşıl geyinir dağlar, Göz kimi durulur qaynar bulaqlar. Əriyir güneylər döşündəki qar, Yağış da isladır o göy çəməni, Təbiət ilhama çağırır məni! Bu misralardakı sözlərin hamısı ümumişləkdir. Çünki bunlar və bu qəbildən olan digər sözlər Azərbaycan dilində danışanlar üçün eyni dərəcədə aydındır. Ümumişlək sözlər dilin leksik tərkibinin başlıca olaraq, əsas hissəsini təşkil edir və ən zəruri, həyati anlayışları əks etdirir. Belə sözlər maddi varlığa və eləcə də insan fəaliyyətinin bütün sahələrinə aid olur; məsələn:  ad bildirənlər: ata, ana, ev, ot, ət, yağ, bal, baş;  əlamət və keyfiyyət bildirənlər: yaxşı, pis, ağ, qırmızı, acı, şirin;  miqdar və kəmiyyət bildirənlər: beş, on, yüz, az, çox;  hal və hərəkət bildirənlər: yatmaq, oxumaq, yemək, gəlmək, getmək. Ümumişlək sözlər dilin hər bir üslubunda, yəni bədii, elmi, ictimai, rəsmi üslublarında işlənə bilir və işləndiyi nitqdə fikrin bütün dərinliyi ilə sadə və təbii ifadə olunmasına imkan verir. Poetik sözlər Yüksək obrazlılığa, emosianallığa və ifadəliliyə malik olan sözlərə poetik sözlər deyilir. Poetik söz nitqə incəlik verir və onu bədiiləşdirir; məsələn: Ey əzəli can ilə cananımız! Eşqi-ruxundur əbədi şanımız! (Nəsimi) Hə, balam, doğrusu, ay dadaş mən dəxi Məsləhət ondan o yana bilmərəm. (M.Ə.Sabir) Bu misralardakı canan və dadaş sözləri poetik sözlərdir. Bunlar ümumişlək və digər sözlərdən öz xüsusiyyətlərinə görə fərqlənir. Ədəbi dildə poetik sözlər müx təlif yollarla meydana gəlir. Bunlardan bir neçəsinə nəzər yetirək. 1)Bəzi poetik sözlər xalq poeziyasından gəlir; məsələn: Düşüb can dara, yerdə, Qalıb qanara yerdə Öldürdü canan məni, Getdi can ara yerdə. Tarixən folklor poeziyası üçün xarakterik olan canan sözü öz poetikliyini saxlayaraq ədəbi dilə keçmişdir. 2) Bəzi poetik sözlər ədəbi dilin yeni söz yaratmaq imkanları əsasında əmələ gəlir; məsələn: Kürün qırağında, Muğan düzündə, Zəmisi, tarlası suyun gözündə, Salmanlı adlanan bir kəndciyəz var (S.Vurğun) Bu misralardakı kənd sözü şəkilçi vasitəsi ilə kəndciyəz formasında poetikləşdirilmişdir. 3) Başqa dillərdən keçmiş bəzi sözlər poetik xarakter almışdır. Məsələn; mənşəcə başqa dillərə məxsus olan əlvida, səma, sayə, əfsus, acaba, mavi və s. Kimi sözlər dilimizdə əsasən fikrin obrazlı ifadə olunmasına xidmət etdiyi üçün poetikləşmiş vahidlərdir. Dildə poetik sözlər olduğu kimi poetik ifadələr də vardır; məsələn: Mən qartalam, qıy vuranda havada Düşmənlərim tir-tir əsir yuvada. (Ə.Qasımov) Bu misaldakı qıy vurmaq tir-tir əsmək ifadələri poetik xarakter daşıyır. Dildəki poetik söz və ifadələrin hamısı poetizm adlanır. Poetizmlər əsasən ədəbi dilin bədii üslubunda işlənir. Köhnəlmiş sözlər Fəal şəkildə istifadədən qalan sözlərə köhnəlmiş söz deyilir. Azərbaycan dilinin lüğət tərkibində müəyyən miqdar köhnəlmiş söz vardır. Bunlara aşağıdakıları misal göstərmək olar: ağa, nökər, bəy, girvənkə, çuxa, arxalıq, qul, cüt və s. Dildə bu və ya başqa bir sözün köhnəlməsi olduqca mürəkkəb bir prosesin nəticəsidir. Buna görə də bu və ya digər sözün köhnəlməsi süni olaraq sərhəd qoymaq mümkün deyildir. Söz dildə ya uzun illər fəal vahid kimi ömür sürür, ya da bəzi səbəblərlə əlaqədar olaraq müəyyən dövrdən sonra köhnələ bilir. Hər bir sözün taleyi onun ifadə etdiyi məna ilə və xidmət etdiyi xalqın düşüncəsi ilə bağlı olur.Bütün bunlara əsasən də sözün köhnəlməsi obyektiv qanunauyğunluq əsasında meydana çıxır. Bəs köhnəlmiş sözlər necə müəyyən edilir? Bu qrup sözlərin müəyyənləşdirilməsi üçün əsas meyar dilin müasir vəziyyətidir. Köhnəlmiş hər bir söz dilin bugünkü vəziyyəti ilə yoxlanılır, onun nə dərəcədə işlənib-işlənmədiyi aydınlaşdırılır. Köhnəlmiş söz müəyyənləşdirilərkən tarixilik prinsipi əsas götürülür. Yəni hər bir fakta tarixilik cəhətdən yanaşılır; məsələn: XIX əsrdə M.F.Axundov əsərlərində yüzbaşı, murov, yasavul və s. kimi sözlər işlənilmişdir. Bu sözlər hazırkı dövr üçün köhnəlmişdir. Lakin XIX əsrdə bunlar fəal istifadə olunan adi sözlər idi. Deməli bu və ya başqa bir söz bir dövr üçün adi, digər dövr üçün arxaik ola bilir. Dildə köhnəlmiş sözlərin köhnəlmə dərəcəsi eyni olmur. Belə ki, bəzi sözlər az, bəzi sözlər isə çox köhnəlir. Bu nöqteyi-nəzərdən Azərbaycan dilindəki köhnəlmiş sözləri iki qismə bölmək olar: 1) Ancaq müasir ədəbi dil üçün köhnəlmiş sözlər. Bu qrup sözlər vaxtı ilə ədəbi dildə də olub, hazırda ümumxalq Azərbaycan dilinin yalnız dialekt və şivələrində işlənir; məsələn: Səndən neçə min can ayrı düşdü, Tən ya çürüdü, ya sayru düşdü. (Xətayi) Can mey andırdı əhl mövbəyə məkrar gül (M.Füzuli) Ünümdən titrədi tamam vilayət Elə sandılar ki, qopdu qiyamət. (M.P.Vaqif) Bu misralardakı sayru sözü xəstə mənasında, andırmaq sözü yada salmaq, xatırlamaq mənasında dilimizin bir sıra dialekt və şivələrində işlənməkdədir. Səs mənasında olan ün sözü isə bəzi dialekt və şivələrdə hələ də yaşayaraq səs sözü ilə qoşalaşmış şəkildə işlənir. 2. Ümumdil üçün köhnəlmiş sözlər. Bu qrup sözlər vaxtı ilə dildə işlənib, indi isə nə ədəbi dildə, nə danışıq dilində istifadə olunmayan sözlərdir. Belə sözlərə əsasən qədim abidələrin dilində təsadüf olunur; məsələn: Oğlun sağdır əsəndir avdadır.(Kitabi Dədə Qorqud) Bu misaldakı əsən sözü X-XI əsrlərdə salamat mənasında işlənmiş, indi isə demək olar ki, tamamilə köhnəlmişdir. Dildə istər az, istərsə də çox dərəcədə köhnəlmiş olan hər hansı bir söz bu və ya digər qohum dillərdə fəal söz kimi işlənə bilir. Bunu başqa şəkildə desək qohum dillər üçün ortaqlı olan sözlərin bir dildə köhnəlməsi həmin sözün digər dillərdə də köhnəlməsi üçün şərt ola bilmir və ola da bilməz. Köhnəlmiş sözlərin hamısı eyni əlamətə malik olmayıb, bir qrupu digərindən bu və ya başqa xüsusiyyətləri ilə fərqlənir. Bunlardan bəziləri ifadə etdikləri məfhumdan ayrılaraq, bəziləri isə məfhumla bərabər köhnəlmişdir. Bu nöqteyi-nəzərdən Azərbaycan dilindəki köhnəlmiş sözlər iki qrupa bölünür: tarixizmlər və arxaizmlər. TARİXİZMLƏR İfadə etdikləri əşya və hadisə ilə birlikdə köhnəlmiş sözləri şərti olaraq tarixizm adlandırmaq olar; məsələn: yasavul, darğa, qazı və s. Tarixizmlər əsasən dövlət quruluşu, ictimai vasitə və münasibətlərlə bağlı meydana çıxan köhnəlmiş sözlərdir. Buna görə də tarixizmlərin ifadə etdikləri anlayışların köhnəlməsi başlıca olaraq cəmiyyətin və ictimai quruluşun yüksək tərəqqisi və inkişafı ilə əlaqədardır. Bu qrup sözlər müxtəlif dövrlərdə meydana çıxdığı üçün bunların bəzisi qısa, bəzisi isə uzun tarixə malikdir. Məsələn: qolçomaq, rəncbər, mədrəsə, mollaxana və s. Kimi sözlər təxminən 40 il bundan əvvəl köhnəlməyə başlamışdır. Lakin bəzi sözlər, hətta lap yaxın zamanlarda köhnəlmiş, yaxud da köhnəlməkdədir. Hazırda dilimizdəki patefon sözü belə bir prosesi keçirməkdədir. Tarixizmlər müxtəlif sahələrə aid ola bilir; məsələn:  Vəzifə adı bildirənlər: koxa, darğa, onbaşı, kəndxuda  Silah adı bildirənlər: qalxan, şeşpər  Ölçü adı bildirənlər: misqal, batman, girvənkə  Geyim adı bildirənlər: çuxa, əba, arxalıq  Alət adı bildirənlər: xış, cüt  Dini anlayış bildirənlər: falçı, şeyx, zəkat, dərviş  Müəssisə adı bildirənlər: qazamat, mədrəsə, mollaxana Deməli, köhnəlmiş sözlərdən tarixizmləri müəyyən edən əsas meyar həm sözün, həm də onun ifadə etdiyi anlayışın fəal istifadədən qalmasıdır; bunların hər ikisinin köhnəlməsidir. Arxa-izm geniş anlayışdır. Dilin bütün sahələrində, yəni səs sistemində, lüğət tərkibində, qrammatik quruluşunda, orfoqrafiyasında, orfoepiyasında arxaizm hadisəsi vardır. Buna əsasən arxaizmlər bir neçə növə bölünür: fonetik, lüğəvi və qrammatik arxaizmlər. Bunlardan lüğəvi arxaizmlər leksikologiya bəhsində öyrənilir


Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin