Sözün terminoloji funksiyası.Sözün elmi üslubdakı əsas vəzifəsinə onun terminoloji funksiyası deyilir.Mətndə birbaşa terminoloji funksiya daşıyan söz və ya ifadə termin adlanır.
Başqa üslublar üçün səciyyəvi olmayan terminlər elmi üslubun əsas göstəricilərindən biridir. Elmi mətndəki hər hansı bir sözü termin kimi qəbul etmək olmaz. Termin, ilk növbədə, ayrı-ayrı elm sahəsinə aid oları və yalnız həmin elm sahəsində işləyən mütəxəssislər üçün anlaşıqlı olur.Terminin daha bir xüsusiyyəti təkmənalı olması, yəni bir anlamı ifadə etməsi və yığcamlığıdır. Dünyanın bir çox dillərində olduğu kimi, bizim dilimizdə də alınma terminologiya — beynəlmiləl səciyyə daşıyan ixtisas sözləri çoxdur. Elmi terminlərin çoxu bir sıra dünya dillərində eyni olur. Məsələn: fonetika, leksikologiya, sinus, kosinus, qravitasiya,hidrodinamika və s.
Dostları ilə paylaş: |