Mövzu: “Azərbaycan dilində işgüzar və akade



Yüklə 262,64 Kb.
səhifə42/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   38   39   40   41   42   43   44   45   ...   142
1634046683046 Mühazirələr 1

2.İŞGÜZAR YAZIŞMALAR

Müasir mərhələdə dövlətin əsas prioritet istiqamətlərindən biri də işgüzar yazışmaların dövlət əhəmiyyətli məsələlərdən biri kimi həyata keçirilməsidir. Belə ki, dünyada gedən qloballaşma, inteqrasiya və innovasiyalı proseslər işgüzar yazışmaların həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan milli oyanış və milli özünüdərk dövrünü yaşayır. Bu dövr hər bir şəxsin milli mənsubiyyətini dərketməsi, soykökünə qayıdış, azərbaycançılıq və s. məsələlərlə səciyyələnir. Bu proseslərdə işgüzar yazışmaların əhəmiyyəti böyükdür. Əsası ulu öndər H.Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq və vətənçilik ideologiyası onun layiqli davamçısı prezident İ.Əliyev tərəfindən ən yüksək səviyyədə həyata keçirilməkdədir. İstər ölkənin daxili siyasətində və mədəni əlaqələrində istərsədə xarici siyasətdə, mədəniyyətlərarası dialoqlar prosesində İşgüzar yazışmaların rolu və əhəmiyyəti günü gündən artmaqdadır. İşgüzar yazışmalar həm də diplomatik münasibətlərdə önəmli yerlərdən birini tutur. Beləki cəmiyyətdə sosial-iqtisadi proseslərin tənzimlənməsində, dövlət siyasətinin həyata keçirilməsində, dövlətin beynəlxalq imicinin formalaşmasında multikultural və tolerantlıq ideyasının bərqərar edilməsində, mənəvi əxlaqi dəyərlərimizin qorunmasında, İKT-nin tətbiqində və s.də İşgüzar yazışmalar və normativ hüquqi sənədlər əsas prioritetlərdən biri kimi qəbul edilir. İşgüzar yazışmaları düzgün həyata keçirmədən dövlətin sosial, iqtisadi və mədəni inkişafına hərtərəfli nail olmaq mümkün deyil. İstər işgüzar sənədlər, istər beynəlxalq səviyyəli normativ hüquqi sənədlər sağlam ünsiyyətə istinad edir. İşgüzar yazışmalarda milli mədəniyyətin öyrənilməsi və təbliği dövlət siyasətində xüsusi önəm kəsb edir. Bu baxımdan İşgüzar yazışmaların məqsədi və mahiyyəti də dövlət siyasətinə və dövlətçilik ənənələrinə əsaslanır. Hazırda İşgüzar yazışmaların həyata keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə imicinin yüksəlməsində olduqca mühüm əhəmiyyətə malikdir. Bu isə azərbaycançılıq ideologiyasının təməl daşının, onun məzmun və mahiyyətinin əsas leymotivinitəşkil edir. Bu proseslər isə hüquqi müstəvidə işgüzar əlaqələrin və diplomatik yazışmaların mahiyyətində də əks olunmaqdadır. Bu müstəvidə İşgüzar yazışmaların Azərbaycan dövlət siyasətinin hüquqi bazası əsasında qurulmasında mühüm sosial-iqtisadi aunksiyaları yerinə yetirir. Məhz elə bu baxımdan da işgüzar aləmdə fiziki və hüquqi şəxslər arasında ilkin münasibətlər kommunukasiyanın bir növü olan işgüzar yazışmalar vasitəsi ilə qurulur. İşgüzar yazışmalar- hər hansı sənədin səlis, aydın, savadlı və məzmunlu tərtib edilməsi üçün istifadə olunan qayda və vasitələrin məcmusudur. Bu qayda və vasitələrin düzgün tətbiqi sənədin praktiki əhəmiyyətini təmin edən mühüm şərtlərdən biri olmaqla, sənədə məna və məzmun dəqiqliyi verir. İşgüzar yazışmalar zamanı sənəddə ifadə olunan hər bir mülahizə və fikirlər kifayət qədər faktlarla zəngin olmalı və bu faktlarla əsaslandırılmalıdır. Yazışmaların aparılması zamanı sənədlər tərtib olunarkən, konkret faktları, məlumatları diqqətlə seçmək, yoxlamaq, onların dəqiq və etibarlı olmasına xüsusi diqqət yetirmək lazımdır. Əgər sənəddə əks olunan faktlar qeyd etdiyimiz parametrlərə uygun olarsa, onu oxuyan şəxs sənədin məzmununu başa düşməkdə çətinlik çəkməz və bunun üçün əlavə vasitələrə ehtiyac qalmaz. İşgüzar sənədlərin məqsədi müəllifin öz nöqtey-inəzərini və mövqeyini yazışmanın ünvanlandığı şəxsə çatdırmaqdan ibarətdir. Savadlı və inandırıcı arqumentlər bu məqsədə nail olunmasında əsas vasitələrdən biri kimi qiymətləndirilir. Bu yazışmalar qrammatik, etik və digər qaydalara əməl edilmədən aparıldıqda yaranmış münasibətlər nəinki inkişaf edə, əksinə ilk anındaca korlana bilər və işgüzar əlaqələr pozula bilər. Ona görə də yuxarıda qeyd olunan qaydalara əməl etməklə tərtib olunan işgüzar məktublar onu tərtib edən şəxsin və təmsil etdiyi idarə, müəssisə və təşkilatın barəsində müsbət təəsürat yarada bilər ki, bu da görülən işlərdə uğur qazanmağın vacib şərtlərindən biri kimi qiymətləndirilir.


Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin