Mövzu: “Azərbaycan dilində işgüzar və akade



Yüklə 262,64 Kb.
səhifə93/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   89   90   91   92   93   94   95   96   ...   142
1634046683046 Mühazirələr 1

Mədəni səviyyə

Natiqin nitqi, danışığı onun şəxsiyyətini, mədəni səviyyəsini, dünyagörüşünü müəyyənləşdirən, ətrafdakılarla münasibətini nizamlayan başlıca amildir. Danışıq zamanı başqasının heysiyyətinə toxunan, şəxsiyyətini təhqir edən, ədəb qaydalarına uyğun olmayan söz və ifadələrə (məsələn, zırrama, qurumsaq, qanmaz, anlamaz, gopa basma, içəri soxulmaq, meymun, keçəl, xosunlaşmaq, kəllən haqqı, böyük fısqırıq, burnunu soxmaq, əkilmək, məzələnmək, anqırmaq, bağırmaq, soxuşdurmaq, burcutmaq, aradan sürüşmək, dürtmək (yemək mənasında), sərsəm, boşboğaz, toqqanın altını bərkitmək, özü doğub göbəyini özü bağlamaq, ipli-mıxlı yoxa çıxmaq, eşşəyin quyruğuna bağlamaq və s.) yol verilməməlidir. Bu cür sözlər və ifadələr hansı münasibətlə deyilməsindən asılı olmayaraq həmişə böyük narazılıqla qarşılanır və çox zaman adamların inciməsinə, bəzən isə hətta savaşmasına da səbəb olur. Xalqın milli təfəkkürünə, etnoqrafiyasına, ənənələrinə uyğun müəyyən nitq etiketi normaları, qaydaları vardır ki, hər bir mədəni və savadlı adamın onlara əməl etməsi nitq mədəniyyəti baxımından zəruri sayılır. Danışığın milli mintalitetimizə uyğunluğu ünsiyyətin müxtəlif məqamları, situasiyalarında söz, ifadə, nitq etiketlərindən düzgün istifadə edilməsində özünü göstərir. Ən münasib, xoşagələn etiketlərin (nəzakətli, ürəkaçan söz və ifadələrin) yerində işlədilməsi ünsiyyətə girənlər, dinləyicilər tərəfindən razılıqla qarşılanır. İnsanın arzusu, istəyi, hətta bəzən də taleyi çox zaman onun müvafiq nitq etiketlərini işlədə bilməsindən asılı olur. Bu tələblərin gözlənilməməsi insanların narazılığına, münasibətin, qarşılıqlı anlaşmanın pozulmasına gətirib çıxarırCəmiyyətdə, kollektivdə, ailədə və s. yerlərdə hər bir fərdin şəxsiyyətinə, mənliyinə hörmət edilməlidir. Amma çox vaxt belə olmur. Müəyyən bir münaqişə fonunda tərəflərdən biri başqasına qarşı qaba və nalayiq sözlər, ifadələr (məs.: qotur, yaramaz, alçaq, ləçər, əclaf, tülkü, bayquş, qoyun, eşşək, donuz, heyvərə və s.) işlədir ki, bununla da onu təhqir edir, şəxsiyyət və mənəviyyatını alçaldır. Başqasına qarşı hər hansı bir münasibətlə qaba və təhqiredici sözlər işlətməsi həmin adamın özünün lazımi əxlaqi keyfiyyətə sahib olmadığını göstərir. Tanışlarımdan biri haqsız təhqirə məruz qalmışdır. Soruşduqda ki, niyə cavab vermədin, o dedi ki, bu mənim üçün çətindir, tərbiyəm buna yol vermir. İnsanlar arasında müxtəlif səbəbdən konfliktlər, narazılıqlar, mübahisələr və s. ola bilər. Bütün hallarda etik normalar gözlənilməli, təhqiramiz sözlərə, ifadələrə yol verilməməlidir. Bunları işlədənlər tənbeh olunmalıdır. Nitqə verilən bu tələb məktəb praktikasında xüsusi əhəmiyyət kəsb edir. Nitqin etik normalarını şagird və tələbələr daha çox müəllimin danışığı ilə mənimsəyir, əxz edirlər. Bu cəhət nəzərə alınmalı, hər hansı bir səbəbdən əsəbilik keçirən müəllim şagird, tələbə və digərləri ilə ünsiyyətdə özünü dərhal ələ almağı, danışığında heysiyyətə toxunan, şəxsiyyəti təhqir edən söz və ifadələr (məsələn, qanacaqsız, tərbiyəsiz, alçaq, yekəbaş, başdan xarab, qanmaz, heyvərə, kütbeyn, tupoy və s.) işlətməkdən çəkinməlidir

Nitq mədəniyyəti mədəni davranmağın başlıca şərti olan nitq vərdişlərini öyrədir. Mədəni danışıq üçün hər bir şəxs nitq prosesində səslərin düzgün tələffüzünü, fonetik hadisə və qanunları, vurğunun, intonasiyanın işlənmə qaydalarını bilməlidir. Nitqin kamilliyini şərtləndirən əsas amillərdən biri də zəngin söz ehtiyatına malik olmaqdır. Söz ehtiyatı zəngin olan, sözlərin məna çalarlarını nitqində düzgün əlaqələndirməyi bacaran, geniş erudisiyalı insan öz fikrini çətinlik çəkmədən məntiqi cəhətdən ifadə edə bilmək qabiliyyətində olur.



- Belə şəxslər mədəni davranmalı, həmsöhbət olmağa çalımalıdır; - Tərəf-müqabili dinləməyi bacarmalı, onların yeni ideyalar və tövsiyyələr söyləmək istəklərini qiymətləndirməli və onlara qarşı diqqətli olmalıdır; - Ünsiyyətdə olduğu insanlardan müəyyən qaydaları gözləməyi tələb etdiyi kimi, şəxsin özü də buna əməl etməlidir; - İnsanların zəif cəhətlərini şişirtmək olmaz; - Bir şeyin doğrulğunu isbat etmək üçün bütün imkanlar və vasitələr tükənməmiş səlahiyyətdən və xidməti statusdan istifadə edilməməlidir; - Ünsiyyət zamanı qışqırmaq, söyüşə və təhqirlərə yol vermək olmaz; - Gərginliyi aradan qaldırmaq üçün məqamında və hədd daxilində yumordan da istifadə etmək lazımdır; - İstənilən şəraitdə nəzakətli olmaq gərəkdir; - Qərar qəbul edərkən vəziyyəti və şəraiti nəzərə alınmalıdır; - Öz günahlarını qarşı tərəfin üzərinə yıxmaq olmaz və s. Sözsüz ki, bu və ya digər sahədən olan məşhur peşəkarla əməkdaşlıq, işə yeni başlayan tərəf üçün arzu olunan nəticənin əldə edilməsini asanlaşdırır. Amma bir çox insanlar işgüzar münasibətlər yaratmağa çalışdığı zaman kobud səhvlərə yol verir, bu da etik davranış normalarına əməl olunmaması ilə izah oluna bilər. Yüksəksəviyyəli tərəfdaşlıq münasibətləri qurmaq üçün aşağıdakı şərtlərə əməl olunmalıdır: 1. Əməkdaşlıqla bağlı birbaşa təkliflər etmək olmaz. Özünə hörmət edən hər bir peşəkar yaxşı tanımadığı şəxsin ona birbaşa etdiyi təklifi qəbul etməz.

Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin