Mövzu Bədən tərbiyəsi və idmanın idarə edilməsinin təşkili


İdman federasiyalarında menecment



Yüklə 82,1 Kb.
səhifə4/13
tarix02.01.2022
ölçüsü82,1 Kb.
#41526
1   2   3   4   5   6   7   8   9   ...   13
movzu-7

7.3. İdman federasiyalarında menecment.

 Respublika idman federasiyası öz statusuna görə qeyri-hökumət təşkilatıdır. Respublika idman federasiyalarının yaradılması, fəaliyyəti, yenidən təşkili və ləğvi bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən həyata keçirilir.

İdman federasiyası — müvafiq idman növü üzrə klubların və komandaların könüllü üzvlüyü əsasında yaradılan, həmin idman növünün  respublikada inkişafını təmin edən, müvafiq beynəlxalq idman federasiyasının nizamnaməsi və onun müəyyən etdiyi qaydalara və  Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən ictimai birlikdir. İdman federasiyaları: bədən tərbiyəsi və idman üzrə dövlət proqramına uyğun olaraq müvafiq idman növlərini inkişaf etdirir;  respublika və beynəlxalq yarışların və tədbirlərin keçirilməsini təşkil edir; beynəlxalq federasiyalarda Azərbaycan Respublikasını təmsil edir; müvafiq icra hakimiyyəti orqanı idmançıların və yığma komandaların beynəlxalq yarışlara, qitə və dünya çempionatlarına, olimpiya  oyunlarına hazırlığını və iştirakını təmin edir;  hər il üçün yığma komandaların və məşqçilərin heyətini müəyyənləşdirir və müvafiq idman növləri üzrə idman hakimlərinin  hazırlanması işləri ilə məşğul olurlar.

 İdman təşkilatları və ayrı-ayrı idmançılar yarış qaydalarına və beynəlxalq idman təşkilatlarının nizamnamələrinə uyğun olaraq beynəlxalq  idman yarışlarında iştirak edə bilərlər.

 Beynəlxalq yarışlarda Azərbaycan Respublikasını rəsmi təmsil etmək hüququ müvafiq icra hakimiyyəti orqanına, onun müəyyən etdiyi  qaydada idman növləri üzrə müvafiq federasiyalara və ya digər idman yönümlü ictimai birliklərə məxsusdur.

Azərbaycan Respublikasının ərazisində bir idman növü üzrə yalnız bir ictimai birlik respublika idman federasiyası qismində akkreditasiya oluna bilər. İctimai birliklərə respublika idman federasiyası statusunun verilməsi üçün onların dövlət akkreditasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. İctimai birlik Milli Olimpiya Komitəsinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət akkreditasiyasından keçdikdən sonra respublika idman federasiyası statusunu alır və respublika idman federasiyalarının dövlət reyestrinə daxil edilir. Olimpiya, paralimpiya, deflimpiya və xüsusi olimpiya oyunlarının proqramlarına daxil olunmuş idman növləri üzrə respublika idman federasiyaları idmançıların olimpiya oyunlarına hazırlığı və iştirakı prosesində Milli Olimpiya, Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri ilə əməkdaşlıq edirlər.

 Respublika idman federasiyaları aşağıdakı hüquqlara malikdir:

- öz səlahiyyətləri çərçivəsində bədən tərbiyəsi və idman sahəsində normativ hüquqi aktların və idman növlərinin inkişafı proqramlarının işlənib hazırlanmasında və həyata keçməsində iştirak etmək;

- müvafiq idman növü üzrə müxtəlif səviyyəli yarışların keçirilməsi sistemini təkmilləşdirmək, ölkə ərazisində idman növü üzrə çempionatları, birincilikləri, kubok yarışlarını və digər respublika, həmçinin beynəlxalq idman yarışlarını təşkil etmək və keçirmək;

- müvafiq idman növündə məşqçilərin, hakimlərin, bədən tərbiyəsi-idman sahəsində digər mütəxəssislərin hazırlanması, əlavə təhsili və attestasiyası üzrə tədbirlər həyata keçirmək;

- idmançıların bir bədən tərbiyəsi-idman təşkilatından digərinə keçməsi məsələlərinin təşkilində iştirak etmək;

- beynəlxalq idman təşkilatlarının reqlamentləri və bu Qanunun müddəaları əsasında idman növü üzrə idman klublarının fəaliyyətinin əlaqələndirilməsində iştirak etmək;

- öz səlahiyyətləri çərçivəsində xarici ölkələrin idman təşkilatları və beynəlxalq idman təşkilatları ilə beynəlxalq əlaqələri inkişaf etdirmək və möhkəmləndirmək.

Respublika idman federasiyaları aşağıdakı vəzifələri yerinə yetirir:

- idman növlərini inkişaf etdirmək və təbliğ etmək;

- öz səlahiyyətləri çərçivəsində milli yığma komandaları formalaşdırmaq və idman növü üzrə beynəlxalq yarışlarda iştirakını təmin etmək;

- idman növü üzrə yüksək səviyyəli idmançıların hazırlığı sistemini təkmilləşdirmək;

- idmançıların, məşqçilərin, idman sahəsində çalışan digər mütəxəssislərin sosial müdafiəsi üçün şəraitin yaradılmasında iştirak etmək, idman veteranlarının qayğısına qalmaq;

- beynəlxalq idman federasiyaları tərəfindən təsdiq olunmuş qaydalar nəzərə alınmaqla müvafiq idman növləri üçün qaydaları işləyib hazırlamaq;

- idmanda dopinq vasitələri və (və ya) üsullarından istifadəyə, eləcə də idmanda ayrı-seçkilik və zorakılığa qarşı fəaliyyət göstərmək, mübarizə aparmaq;

- müəyyən edilmiş qaydada müvafiq idman növlərinin respublika Vahid idman təsnifatına daxil edilməsi məqsədi ilə idman növləri üçün tələblər və normalar, həmçinin idman hakimlərinə müvafiq kateqoriyalar üzrə təsnifat tələblərini işləyib hazırlamaq;

- idman yarışlarının manipulyasiyasına qarşı mübarizə aparmaq və bununla əlaqədar normativ hüquqi aktlara uyğun olaraq müvafiq tədbirlər görmək;

- “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa və milli antidopinq qurumunun qaydalarına uyğun olaraq, idmançıya və ya onun köməkçi heyətinə sanksiya tətbiq edildiyi halda, həmin sanksiyaların icra olunmasını təmin etmək.

Respublika idman federasiyaları uşaq-gənclər idmanının inkişafına, idman məktəblərinin, olimpiya ehtiyatı məktəblərinin və olimpiya mərkəzlərinin fəaliyyətinə kömək göstərirlər. Respublika idman federasiyaları sağlamlıq imkanları məhdud uşaqların və əlillərin maraq göstərdikləri, xüsusilə paralimpiya, deflimpiya və xüsusi olimpiya oyunlarının proqramlarına daxil edilmiş idman növlərinin ölkədə geniş inkişafı və bu idman növləri üzrə idmançıların hazırlanması istiqamətində fəaliyyət göstərirlər. Respublika idman federasiyaları beynəlxalq idman təşkilatlarına üzv ola, beynəlxalq idman təşkilatlarının üzvü statusuna uyğun şəkildə qanunvericiliyə zidd olmayan hüquqlar əldə edə və vəzifələr daşıya bilərlər.




Yüklə 82,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin