Qədim yazılı abidələrimizdə olduğu kimi şivələrimizdə də quruluşca mürəkkəb olan tabeli və tabesiz mürəkkəb cümlələr işlənməkdədir. Sözün intonasiya ilə bağlanan tabesiz mürəkkəb cümlələr intensiVişlə
Qədim yazılı abidələrimizdə olduğu kimi şivələrimizdə də quruluşca mürəkkəb olan tabeli və tabesiz mürəkkəb cümlələr işlənməkdədir. Sözün intonasiya ilə bağlanan tabesiz mürəkkəb cümlələr intensiVişlənməsilə seçilir.
Tədqiqat üçün bəzən eyni dilin müxtəlif dialektləri müqayisə edilə bilər. Bu istiqamətdə Azərbaycanın cənubu ilə uzun müddət əlaqələr kəsilsə də, son illər geniş təhlillər aparılır. Monoqrafiyalar meydana çıxır. Belə əsərlərdən biri də Məhərrəm Məmmədlinin «Azərbaycan dilinin Təbriz dialekti» (B.2008) əsəridir. Onun müşahidələrinə görə, Təbriz dialektində Azərbaycanın cənub şivəsində rast gəldiyi bütün cəhətlər özünü göstərir.