Mövzu Entomologiya və kənd təsərrüfatı bitkilərinə zərərverən canlılar haqqında anlayış, onların növ tərkibi, çoxalma və inkişafı. Zədə və zərər. Plan



Yüklə 265,2 Kb.
səhifə20/84
tarix03.03.2023
ölçüsü265,2 Kb.
#86539
1   ...   16   17   18   19   20   21   22   23   ...   84
entomologiya

İsveç milçəyi (Oscinella fritt L.). ikiqanadlılar (Diptera) dəstəsinin taxıl milçəkləri (Chloropidae) fəsiləsinə mənsubduo.
Yetkin fərd 1,5-2 mm böyüklükdə olub, bədəni qara rəngdədir və metal parıltısına malikdir. Bığcıqları 3 buğumludur.
Yumurtası silindrvari olub, uzunluğu 0,6 mm-dir. Sürfəsi ağ rəngdədir, ön və dal hissəsi xeyli nazikdir. Sürfənin uzunluğu 4-5 mm-dir. Yalançı baraması qonur-qəhvəyi rəngdədir.
İsveç milçəyi respublikamızda geniş yayılmaqla, dənli taxıl bitkilərinə, o cümldəən arpa və buğdaya xeyli zərər vurur.
Zərərvericinin yaşlı sürfələri əsasən payızlıq və yabanı taxıl bitkilərinin cücərtisinin gövdələri daxilində qışlayır. Azərbaycanda ildə 5 nəsil verməsi göstərilir. Əsasən payız və yaz nəsilləri zərər verir. Yay nəsilləri çox zərər verə bilmir.
Oktyabr ayında əmələ gələn payız nəslinin yetkin milçəkləri yumurta qoymağa başlayır. Yumurtalar bitkinin gövdə, yarpaq və s. orqanlarının üzərinə qoyulur. Yumurtadan çıxan sürfələr bitki gövdələrinin daxilinə girir. Onlar mərkəzi yarpağı əsasında gəmirir. Bunun nəticəsində yarpaq soluxur, saralır və sünbül başlanğıcı zədələnir. Sürfənin və yalançı baramanın inkişafı gövdə daxilində gedir.
Zəif kollanmış bitki zərərvericiyə müqavimət göstərə bilmir və məhv olur. Yaxşı kollanmış bitkilər məhv olmur, məhv olmuş gövdələrin yerinə yeni, əlavə gövdələr verir.
Bəzi sortlar zərərvericiyə müqavimət göstərə bili rvə xeyli miqdarda əlavə-yan gövdələr verir.
Mübarizə tədbirləri.

  1. Payızlıq taxıllar optimal olan vaxtda səpilməlidir.

  2. Aqrotexniki tədbirlərin bütün kompleksi (torpağın düzgün becərilməsi, əlavə gübrələrin verilməsi və s.) həyata keçirilməlidir. Bunun nəticəsində bitkilər yaxşı və bərabər inkişaf edir. bu da isveç milçəyinin zərər verməsini xeyli azaldır.

  3. Məhsul vaxtında yığılmalı, bundan sonra kövşən çevrilməlidir.

  4. Davamlı sortlar əkilməlidir.

  5. Sürfələr çıxmağa başladığı gövdə Desis preparatından hektara 0,3-0,4 l məsarif normasında emulsiyası ilə çiləmə aparmaq olar.

  6. Həmçinin kimyəvi mübarizədə hektara 0,2 kq olmaqla Dentiz 2,5 % preparatından istifadə olunmalıdır.


Yüklə 265,2 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin